Nesirvaz - Wikipedia
Nəsirvaz - Haqqında Məlumat
Nəsirvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Nəsirvaz | |
---|---|
39°10′04″ şm. e. 45°55′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.942 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəNəsirvaz Naxçıvanın qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Kənddə 5-ci əsrə aid alban kilsəsi mövcuddur. Kəndin yaxınlığında qayaüstü təsvirlər aşkar edilmişdir (bax Gəmiqaya rəsimləri). “Nəbi yurdu” adlanan ərazidə isə qayaüstü təsvirlərlə yanaşı, Tunc və Dəmir dövrlərinə aid maddi mədəniyyət qalıqları və orta əsrlərə aid maraqlı qəbir abidələri də var.[2]
Mədəniyyəti
redaktəKəndin ibtidai məktəbi, tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi
redaktəRayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, dağ ətəyindədir.
Əhalisi
redaktəƏhalisi 166 nəfərdir.[3]
İqtisadiyyatı
redaktəNəsirvaz kəndi Bist bələdiyyəsinin tərkibindədir.
Kənd əhalisi əsasən arıçılıq və heyvandarlıqla məşğuldur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Nəsirvaz kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.