Nizaminin Portreti - Wikipedia
"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə[1] Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıqovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.[2].
Nizaminin portreti | ||
---|---|---|
| ||
Rəssam | Qəzənfər Xalıqov | |
Tarixi | 1940 | |
Üslubu | portret | |
Texnikası | yağlı boya | |
Saxlanıldığı yer | Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi |
Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir.[2]
Tarixi
redaktə1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi."[2]
Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş əsərlər arasında ən yaxşısı seçilərək, birinciliyə layiq görülmüşdür.[2]
Müsabiqədə Xalıqovla yanaşı K. Xanlarov, A. Qasımov, T. Tağıyev, M. Nəcəfov, B. Semyonov, R. Topçubaşov və başqaları da iştirak etmişdilər.[3]
Rəsimin çəkilməsi
redaktə1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyi keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur. Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyov deyir ki, "Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram" . Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur.[4]
İstinadlar
redaktə- ↑ Халыков Газанфар Алекпер оглы Arxivləşdirilib 2019-09-17 at the Wayback Machine // Популярная художественная энциклопедия / Под ред. Полевого В. М.. — М.: Советская энциклопедия, 1986.
- ↑ 1 2 3 4 Н. М. Миклашевская. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920-1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). — Б.: Элм, 1974. — С. 64. — 178 с.Orijinal mətn (rus.)
Серьезным творческим достижением Г. Халыкова стал портрет Низами, в котором художнику удалось создать значительный образ великого поэта. Этому во многом помогла удачно найденная композиция: поэт изображен сидящим с книгой на коленях. Выражение благородного лица, строгие линии одежды, характерного головного убора — все это впечатляет, несмотря на излишне темный колорит.
Интересна история создания портрета. В первом туре объявленного конкурса (1939 г.) художник не принимал участия, но им был исполнен выразительный портрет в рисунке, о котором академик Е. Бертельс сказал, что предложенный образ исторически достоверен и Низами мог быть таким. Консультации с Е. Бертельсом, Гейдаром Гусейновым и Г. Араслы настолько ободрили и вдохновили Г. Халыкова, и он, взяв за основу упомянутый рисунок, создал живописный портрет Низами. Этот портрет признан был лучшим и удостоен I премии во втором туре конкурса (1940 г.) - ↑ Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rəfael Hüseynovun müsahibəsi, Nizaminin şərəfinə bəstələnilən əsərlər oğurlanıb? Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine// Müsavat qəzeti, 11 dekabr 2011.
- ↑ [1][ölü keçid]Araz Vəliyev