Mikroiqtisadiyyat - Wikipedia
Mikroiqtisadiyyat (ingilis dilindən mikro "kiçik" deməkdir) — fərdi iqtisadi obyektlər, ev təsərrüfatlar və firmalar tərəfindən məhdud vəsaitlərin mallar və xidmətlər al-ver olunduğu bazarlarda bölünməsi[1] haqqında qərarları araşdıran iqtisadiyyatın bölməsi. Mikroiqtisadiyyat bu qərarlar və davranışlar mallar və xidmətlərin qiymətləri təyin edən tələb və təklifə necə təsir etməyini araşdırır və tərsinə qiymətlər tərəfindən təklifə və tələbə təsiri izah edir.[2][3]
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Bu isə "ümumi iqtisadi fəaliyyət, inkişaf, inflyasiya və işsizlik məsələləri araşdıran" makroiqtisadiyyata müqabil durur. Mikroiqtisadiyyat həm də qeyd olunmuş sahələrdə dövlət iqtisadi siyasətinin effektləri ilə işləyir (misal üçün vergi səviyyəsinin dəyişdirilməsi).[4] Lukasın fikrinə uyğun olaraq, müasir makroiqtisadiyyat nəzəriyyəsi "mikromüəssisələrə" əsaslanır, yəni ki mikro səviyyədəki davranışları təsvir edən əsas anlayışlara.
Mikroiqtisadiyyatın məqsədlərindən biri istifadəçilər arasında məhdud vəsaitlərin bölünməsi və mallar və xidmətlər arasında müqayisəli qiymətləri təyin edən bazar mexanizmi təhlil etməkdir. Mikroiqtisadiyyat həm də bazar qüsurunu təhlil edir, yəni ki bazarlar səmərəli nəticələri əldə etmədiyi halları, və ideal rəqabət üçün lazım olan nəzəri şəraitləri təsvir edir. Mikroiqtisadiyyat əhatə etdiyi sahələrin içərisinə ümumi müvazinət, qeyrisimmetrik informasiya ilə bazarlar, naməlumluqda qərarlar və oyun nəzəriyyəsinin tədbiqi daxildir. Malların bazar sistemində elastikliyi də nəzərə alınır.[5]
Tələb, təklif və tarazlıq
redaktə"Tələb və təklif" modeli bazarda qiymətin necə müəyyənləşdiyini göstərən iqtisadi modeldir. Bu modelin məğzi ondan ibarətdir ki, rəqabət bazarında istənilən məhsulun müəyyən qiymət səviyyələrində tələb və təklif əmələ gətirir və elə bir qiymət səviyyəsi vardır ki, burada tələb və təklifin həcmi bir-birinə bərabər olur. Tələb və təkliin həm qiymət, həm də miqdar baxımdan tarazlığı ilə xarakterizə olunan vəziyyətə İqtisadi tarazlıq deyilir[6].
Elastiklik
redaktəElastiklik bir göstəricinin digər göstəricinin dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür. Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1) ola bilər. Ən çox istifadə olunan elastiklik göstəricilərinə tələbin qiymət elastikliyi, təklifin qiymət elastikliyi, tələbin gəlir elastikliyi, çarpaz qiymət elastikliyi, eləcə də istehsal amilləri arasındakı elastiklik aiddir[6]
İstehlakçının davranış nəzəriyyəsi
redaktəÜmumiyyətlə, Tələb əyrisi müəyyən məhsula olan ümumi tələbi əks etdirir. Bu əyrinin arxasında çoxlu sayda fərdin qərarları dayanır. İstehlakçılar müəyyən qiymət səviyyəsində hər hansı bir məhsulun alışını həyata keçirirlər. Qiymət qalxdıqca alınan məhsulun həcmi azalır, qiymət düşdükdə isə əksinə. Bu qərarların araşdırılması tələb əyrisinin arxasında dayanan məsələlərin öyrənilməsində vacibdir. Mikroiqtisadiyyatda fərdlərin müəyyən məhsul alan zaman verdikləri qərarları öyrənən bölməyə istehlakçı davranışnın nəzəriyyəsi və ya istehlakçı seçim nəzəriyyəsi deyilir.[6]
İstehlakçının necə qərar verməsini və ya hansı məhsuldan və nə qədər alacağını müəyyənləşdirmək üçün ilk növbədə iki suala cavab axtarılır:[7]
- İstehlakçı nəyi almaq imkanına malikdir?
- İstehlakçı nəyi almaq istəyir?
İlk sual istehlakçının imkanı ilə bağlıdır və Büdcə məhdudiyyəti əyrisi vasitəsilə izah edilir. Büdcə məhdudiyyətləri istehlakçıların almaq imkanı olduğu istehlak paketlərini üçün məhdudiyyətləri əks etdirən əyridir. Sadə formada izah olunarsa, bu əyri istehlakçının almaq imkanına malik olduğu iki məhsulun müxtəlif konbinasiyaları təmsil edən nöktələrin birləşməsindən əmələ gəlir.
İkinci sual isə istehlakçının hansı məhsuldan nə qədər istədiyini, onun üstün tutmaları ilə bağlıdır və Fərqsizlik əyrisi vasitəsi ilə izah edilir. Bu əyridə əks olunan istehlak paketləri tərkibinə görə fərqli olsa da, istehlakçıya eyni dərəcədə faydalılıq verir. Fərqsizlik əryiləri birdən çox ola bilər. Çünki, alıcının istəyi sonsuzdur və istehlak paketina daxil olan məhsulların həcmini eyni zamanda artırmaqla, daha çox faydalılıq əldə edər. Bu isə yeni əyridə əks olunacaqdır. Çünki, fərqsizlik əyrisi üzərində olan bütün nöktələr istehlakçı üçün faydalılıq baxımından eynidir.
Sonda istehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün yuxarıda göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərqsizlik əyrilərinin kəsişdiyi nöktədə istehlakçının optimal seçimi müəyyənləşir. Yəni, alıcının istəyi ilə onun imkanı üst-üstə düşür.
İstehsal nəzəriyyəsi
redaktəİstehsala daxil olanların hazır məhsula çevrilməsi prosesini öyrənən mikroiqtisadiyyat bölməsinə İstehsal nəzəriyyəsi deyilir. İstehsal resurslardan istifadə edərək istifadə üçün yararlı mal və xidmətlər yaradılması prosesidir. Bura manufaktura, balıqçılıq, saxlanc və qablaşdırma xidməti və s. müxtəlif fəaliyyətlər aiddir.[8] İqtisadi rifah istehsal prosesində yaranır. Başqa sözlə, bütün iqtisadi fəaliyyətlərin birbaşa və dolayı məqsədi insanların ehtiyaclarını ödəməkdir. İstehsalda iki əsas göstərici iqtisadi rifahın artımını əks etdirir. Bu göstəricilərin birincisi istehsalın həcminin artırılması və bundan irəli gələn gəlirlərin yüksəldilməsi, digəri isə istehsalın məhsuldarlığının artırılmasıdır. İstehsaklın 3 vacib forması var:[8]
- Bazar istehsalı(market production);
- İctimai istehsal (public production);
- Ev təsərrüfatlarının istehsalı (household production).
İstehsal xərcləri
redaktəİstehsal xərcləri (dəyərin istehsal xərclərinin nəzəriyyəsi (eng. cost-of-production theory of value)) məhsul və xidmətlərin yaradılmasına cəlb edilən resursların cəmidir. Xərclər özündə müxtəlif istehsal amillərinə (işçi qüvvəsi, kapital, icarə haqqı (renta)) yönəldilən vəsaiti əks etdirir.[6] Bu xərclər də öz növbəsində dəyişən və sabit xərclərə bölünür.[9]
Bazarın strukturu və növləri
redaktəBazar strukturu əsas iki növü fərqləndirilir: sosializm və kapitalizm. Sosialist strukturda bazarda satıcı qismində fərdlər yox, dövlət çıxış edir və iqtisadiyyat planlaşdırılır.[6] Yəni, rəqabət yoxdur. Müasir kapitalizm dövründə isə rəqabət bazar növlərini fərqləndirən əsas amildir. Bu təsnifata əsasən bazarlar aşağıdakı növlərə bölünür:
Təkmil rəqabət bazarı
redaktəTəkmil rəqabət bazarı eyni məhsullu satan çoxlu sayda satıcı və bu məhsulları alan çoxlu sayda alıcı kütləsi ilə xarakterizə olunur.[5] Belə ki, bu şəraitdə heç bir bazar iştirakçısı qiymətə təsir edə bilmir. Buna misal olaraq, Ebay elektron alış-veriş saytını misal göstərmək olar.[6]
İnhisarçı bazar
redaktəİnhisarçı bazarda (eng. monopoly (yunan sözləri monos-tək və polein-satmaq sözlərindən yaranmışdır) tək satıcı və çoxlu sayda alıcı mövcuddur.[6] Yəni, bazarda yeganə satıcı vardır və o qiymətləri təyin etməkdə hökmran mövqedədir.[10]
Təbii inhisar
redaktəTəbii inhisarlar inhisarçı bazarın xüsusi bir növü kimi fərqləndirilir. Elə istehsal sahələri vardır ki, burada yalnız bir istehsalçı olarsa, səmərəli olur. Məsələn, elektrik enerjisi istehsalı, su təminatı, kanalizasiya və s. Sözügedən sahələrdə ikinci bir şirkət olarsa, o ayrı bir infrastruktur (ayrı elektrik xətləri, ayrı su borusu, ayrı kanalizasiya sistemi və s.) qurmalıdır ki, bu də əlavə xərclər tələb edir. Həmçinin alıcı kütləsinin iki hissəyə bölünməsi şirkətlərin gəlirlərini də aşağı salar. Bu ya qiymət artımına, ya da ümumilikdə sektorda mənfəətin azalmasına gətirib çıxarar. Bu səbəblərdən sözügedən sahələrdə təbii inhisarların yaradılır. Qiymət siyasəti isə adətən dövlət tərəfindən tənzimlənir.[11]
Oliqopoliya
redaktəOliqopoliya bazarda çoxlu alıcının və bir neçə satıcının olduğu bazardır. Burada şirkətlər bazar payına təsir etmək imkanına malikdirlər.[12] Bəzən isə şirkətlər arasında rəqabəti azaltmaq və qiymətlərin qaldırmaq üçün gizli sövdələşmələr əldə olunur.[13] Oliqopoliyanın ən sadə forması duopoliyadır ki, burada istehsalçı qismində cəmi iki bazar iştirakçısı olur.
İnhisarçı rəqabət bazarı
redaktəİnhisarçı rəqabət bazarında tam rəqabət bazarı kimi çoxlu sayda alıcı və satıcı kütləsi mövcüddur və onlar bazar qiymətinə çox cüzi təsir edə bilir. Fərqli cəhət isə burada satılan məhsulların eyni deyil, oxşar olmasıdır.[14] Məsələn, mineral sular bazarını götürək. Burada bir-birindən adları və müəyyən miqdarda qiymət və keyfiyyətinə görə fərqlənən məhsullar satılır.
Monopsoniya
redaktəMonopsoniya yalnız bir alıcı olduğu bazar formasıdır.[6]
Oliqopsoniya
redaktəOliqopsoniyada alıcı qismində bir neçə iştirakçı olur.[6]
Oyunlar nəzəriyyəsi
redaktəOyunlar nəzəriyyəsi riyazi iqtisadiyyatda istifadə olunan əsas metodlardan biri olmaqla yanaşı, həm də rəqabət aparan şirkətlərdə rəqibin davranışının öyrənilməsində də geniş istifadə edilir. Bu nəzəriyyənin tətbiq sahəsi (duopoliya və oliqopoliyalar, auksionlar, səsvermə sistemləri, təcrübi iqtisadiyyat, davranış modelləri, informasiya iqtisadiyyatı, sənaye təşkilatları və siyasi iqtisad) çox genişdir.[6] Oyunlar nəzəriyyəsinə ən sadə misal kimi Dustaqların Dilemması"nı göstərmək olar. Cinayət törətməkdə şübhəli bilinən iki cinayətkar arasındakı bu oyunda hər birinin aldığı cəza həm özünün, həm də digərinin cinayəti etiraf etmək və ya susmaqla bağlı qərarından asılıdır.
Əməyin iqtisadiyyatı
redaktəƏməyin iqtisadiyyatı əmək bazarının funksiyalarını və dinamikliyini öyrənir. Əmək bazarını işçilər və işəgötürənlər arasındakı funksiya kimi də göstərmək olar. Əmək bazarında işçi qüvvəsinin təklifini (işçilər) və tələbi (işəgötürənlər) əsasında müəyyənləşən əmək haqqı, məşğulluq və gəlir formalaşır. İqtisadiyyatda əmək işçilər tərəfindən görülən işlərin ölçüsüdür. Bu xüsusiyyətinə görə əmək digər istehsal amillərindən fərqlənir. Sözügedən istehsal faktorunu öyrənən nəzəriyyə isə insan kapitalıdır.[6]
İnformasiya iqtisadiyyatı
redaktəİnformasiya iqtisadiyyatı mikroiqtisadiyyatın bir qolu olub, informasiya və informasiya sisteminin iqtisadiyyata və iqtisadi qərarlara necə təsir etdiyini öyrənir. İnformasiyanın özünə məxsus xüsusiyyətləri var. İnformasiyanı yaratmaq və yaymaq asan, inanmaq və idarə etmək isə çətindir. İnformasiya bir çox qərarlara təsir edir. Ən vacib xüsusiyyəti isə bir çox standard iqtisadi nəzəriyyələri mürəkkəbləşdirməsidir.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Marchant, Mary A. "Macroeconomic and International Policy Terms" (PDF). University of Kentucky. 2016-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2007-05-04.
- ↑ "Economics Glossary". Monroe County Women's Disability Network. 2016-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-22.
- ↑ "Social Studies Standards Glossary". New Mexico Public Education Department. Archived from the original on 2007-08-08. İstifadə tarixi: 2008-02-22.
- ↑ "Glossary". ECON100. 2006-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-22.
- ↑ 1 2 Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh.289
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Arxivlənmiş surət". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh. 453–479
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh. 267–289
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh.313
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh.316–317
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh.345
- ↑ "Arxivlənmiş surət". 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh.373
- ↑ • Beth Allen, 1990. "Information as an Economic Commodity," American Economic Review, 80(2), pp. 268 Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine–273.
• Kenneth J. Arrow, 1999. "Information and the Organization of Industry," ch. 1, in Graciela Chichilnisky Markets, Information, and Uncertainty. Cambridge University Press, pp. 20–21 Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine.
• _____, 1996. "The Economics of Information: An Exposition," Empirica, 23(2), pp. 119 [ölü keçid]–128.
• _____, 1984. Collected Papers of Kenneth J. Arrow, v. 4, The Economics of Information. Description Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine and chapter-preview links. Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine
• Jean-Jacques Laffont, 1989. The Economics of Uncertainty and Information, MIT Press. Description Arxivləşdirilib 2012-01-25 at the Wayback Machine and chapter-preview links Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine.