Telebin Qiymet Elastikliyi - Wikipedia
Tələbin qiymət elastikliyi (ing. price elasticity of demand) – qiymətin dəyişməsi nəticəsində mal və ya xidmətə olan tələbin faiz dəyişməsinin ölçüsü.
Tərifi
redaktəTələbin qiymət elastikliyi — həssaslıq dərəcəsinin göstəricisidir, məhsulun qiymətinin dəyişməsi nəticəsində məhsul və ya xidmətə tələbin faizlə dəyişməsidir.
Qiymətə münasibətdə tələbin nöqtə elastikliyi
redaktəTələbin qiymət elastikliyinin göstəricisi məhsula tələbin həcminin nisbi dəyişməsinin qiymətlərin nisbi dəyişməsinə nisbəti ilə müəyyən edilir və belə hesablanır[1]:
- ,
burada — yuxarı tələb indeksidir, — satılan malların miqdarı , — məhsulun qiyməti.
Tələbin qövs qiymət elastikliyi
redaktəTələbin qövs elastikliyi tələbin qiymət, gəlir və digər amillərdəki dəyişikliklərə reaksiya dərəcəsidir. İki nöqtəni birləşdirən seqmentin ortasındakı elastikliyi təyin edən tələbin elastikliyi indeksi belə hesablanır [2]:
- ,
burada — tələbdir, — satılan malların ilkin miqdarıdır, — yeni tələb olunan miqdardır, — malın ilkin qiymətidir, — yeni məhsulun qiyməti, , — tələbin və qiymətin dəyişməsi.
İstinadlar
redaktə- ↑ Хайман Д.Н. Современная микроэкономика: анализ и применение. В 2-х т. 1. М.: Финансы и статистика. 1992. 143–158. ISBN 5-279-01135-5.
- ↑ Гальперин, Вадим Максович, Игнатьев, Сергей Михайлович, Моргунов В. И. Микроэкономика. В 3 томах. 1. СПб.: Омега-Л, Экономикус. 2010. ISBN 978-5-370-01549-6.