Mehman Elekberov - Wikipedia
Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957[1], Kirovabad – 4 iyun 1993, Gəncə) — Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.[2]
Mehman Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Atası | Ələkbər Ələkbərov |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Həyatı və hərbi fəaliyyəti
redaktəMehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini,[2] sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.[3]
1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov[3] batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.[2]
Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.[2]
Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.[2]
İstinadlar
redaktə- ↑ https://1.bp.blogspot.com/-s5lnABX9NtU/VZgLB6kkU3I/AAAAAAAAAHw/Je2BEgEsGTE/s1600/mehman.jpg.
- ↑ 1 2 3 4 5 vetenperver.net. "GƏNCƏ BATALYONUN ƏFSANƏVİ KOMANDİRİ MEHMAN ƏLƏKBƏROV KİM OLUB ?" (az.). ANAR MƏMƏDXANOV. 1 yanvar, 2013. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
- ↑ 1 2 www.bizimyol.info. "Gəncə batalyonunun "Malış" ləqəbli döyüşçüsünün həyat hekayəsi" (az.). Nofəl Salmanov. 12/12/2015. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Ermənilərin itkin saydığı "Arabo"nu darmadağın edənlər… — Əfsanəvi "Gəncə" batalyonunun GİZLİNLƏRİ
- 124 nəfərlik "Arabo" batalyonunun məhvi — 15 yaşlı kəşfiyyatçı danışır
- Gəncə qiyamını doğuran səbəblər nə idi?
- "Qarabağ savaşında unudulmuş qəhrəmanımız ermənilərin "Arabo" taborunu Çingiz xan taktikası ilə darmadağın edib" — MÜSAHİBƏ