Gence Dovlet Universiteti - Wikipedia
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Gəncə Dövlət Universiteti | |
---|---|
| |
Əsası qoyulub | 1938 |
Rektor | Yusif Yusibov[1] |
Tələbə sayı | 5.237 |
Xarici tələbə sayı | 15 |
Bakalavr sayı | 4.961 |
Magistrant sayı | 276 |
Aspirant sayı | 43 |
Professor sayı | 20 |
Müəllim sayı | 542 |
Şəhər | Gəncə |
Ölkə | |
Ünvan | Gəncə, Heydər Əliyev prospekti, 429 |
Sayt | gdu.edu.az |
Tarixi
redaktə1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-ci ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.
İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.
O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.
Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
AMİ Gəncə filialı
redaktəAzərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli Fərmanı[2] ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.[3]
Rəsmi adları
redaktə- 1939 — Kirovabad Müəllimlər İnstitutu
- 1943 — H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu
- 1989 — H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu
- 2000 — Gəncə Dövlət Universiteti
Maddi-texniki bazası
redaktəGəncənin mərkəzi hissəsində institutun 3 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır.
Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.
Tərkibi
redaktəKolleclər
redaktəFakültələr
redaktə- Riyaziyyat-informatika fakültəsi
- Fizika və texniki fənlər fakültəsi
- Kimya-biologiya fakültəsi
- Filologiya fakültəsi
- Tarix-coğrafiya fakültəsi
- Xarici dillər fakültəsi
- Pedaqoji fakültə
- İqtisadiyyat və idarəetmə fakültəsi
Məşhur məzunları
redaktə- Nəriman Həsənzadə — şair və dramaturq;
- Altay Məmmədov — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim;
- Hüseyn Əhmədov — pedaqoq və alim;
- Ramiz Aslanov — alim;
- Nəcəf Nəcəfov — pedaqoq və alim.
- İnqilab Nadirov — şair, dramaturq, publisist, dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin X, XI və XII çağırış deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü.
- Mütəllim Həsənov — yazıçı və jurnalist, "Həsən bəy Zərdabi mükafatı" laureatı;
- Nizami Quliyev — dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı;
- Qəşəm Nəcəfzadə — yazıçı və publisist;
- Qafar Cəbiyev — tarixçi alim, "Qızıl qələm mükafatı" laureatı;
- Rafil İmanov — riyaziyyatçı və pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Beynəlxalq əlaqələri
redaktəQafqaz Universitetlər Birliyinin üzvüdür.[4]
İstinadlar
redaktə- ↑ "Y.Ə. Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edilməsi " Arxivləşdirilib 2018-01-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Arxivləşdirilib 2022-01-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 284 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib. Arxivləşdirilib 2018-07-04 at the Wayback Machine edu.gov.az, 29.07.2015 (az.)
- ↑ Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com