Gence Zona Muellimleri Tekmillesdirme Institutu - Wikipedia
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1]. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı | |
---|---|
Şəhər | Gəncə |
Ölkə |
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.
2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır.
28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır.
Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır.
- "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası";
- "Təbiət fənləri kafedrası";
- "Humanitar, sosial və iqtisadi fənlər kafedrası";
- "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası";
- "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası";
- "Təhsilin təşkili və idarə olunması kafedrası";
2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir.
2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır.
Fəaliyyətinin dayandırılması
redaktəAzərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.[3] Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə filiailın direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.[3]
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli Fərmanı[4] ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.[3] Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.[5]
Mənbə
redaktə- Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine
- http://www.anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=297336 Arxivləşdirilib 2014-10-10 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı Arxivləşdirilib 2015-10-21 at the Wayback Machine. az.trend.az, 22.09.2014 (az.)
- ↑ “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Arxivləşdirilib 2022-01-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 284 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib. Arxivləşdirilib 2018-07-04 at the Wayback Machine edu.gov.az, 29.07.2015 (az.)
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |