Inqilab Nadirov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu – 16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995),[1] Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor.
İnqilab Nadirov | |
---|---|
15 may 1994 – 27 avqust 1999 | |
16 avqust 1976 – 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 2023 (83 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı və fəaliyyəti
redaktəİnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur.
1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.
1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir.
Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir.
1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.
1994–1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
İstinadlar
redaktə- ↑ Sabiq icra başçısının vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi Arxivləşdirilib 2020-01-23 at the Wayback Machine. xeberle.com, 12.09.2017 (az.)