Hesenqaya Emeliyyati - Wikipedia
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsənqaya əməliyyatı - 1992-ci il iyunun 29-da baş vermiş hərbi əməliyyat.
Həsənqaya əməliyyatı | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 29 iyun 1992 | ||
Yeri | Həsənqaya, Tərtər, Azərbaycan | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Zəmin
redaktə1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. 25 iyun, 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nədərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycannlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30-40 əsgərimiz həlak olmuşdur.Şablon:Mənbə yoxdur
Əməliyyat
redaktə25 iyunda Qızıloba kəndini əks hücumla ələ keçirən Manvel Yeğiazaryan bərabərindəki qüvvələr 27-28 iyunda sıxışdırılaraq oradan çıxarılıb. Kəndən çıxarılmalarına baxmayaraq, ermənilər ilk əks hücumdan ruhlanaraq növbəti əməliyyat planını hazırladı. Əməliyyata rəhbərlik edən Manvel Yeğiazaryan Qızılobadan çıxan Arabo, Aramo, Artsiv-13, Zeytun, Craberd, Meğradzor və digər dəstələri saat üçdə Kimya anbarları adlı ərazidə bölüb. Əməliyyat planına əsasən, Tərtər rayonunun (keçmiş Ağdərə) Şıxarx (Marağa, Leninavan) qəsəbəsi, Həsənqaya və Çaylı kəndləri işğal edilməli idi.Şablon:Mənbə yoxdur
- Birinci dəstə Manvel Yeğiazaryanın komandanlığı altında Şıxarxa hücum edərək qəsəbəni ələ keçirməli
- İkinci dəstə Aşot Ğulyanın (Askolka, Bekor Aşot) komandanlığı altında sol qanaddan hücum edərək Çaylını ələ keçirməli
- Üçüncü dəstənin digər məqsədi isə, Şıxarxın ələ keçiriləcəyi və ya orada gedən döyüşlərdə erməni dəstələrinin üstünlük qazandığı zamanda döyüş sahəsinin genişlənmədiyi hissədən asanlıqla keçərək ətrafındakı boşluğu doldurmalı və geri çəkilən qüvvələrimizi pusquya salmalı idi.
Həsənqaya-Çaylı istiqamətində irəlləyən dəstənin məxfiliyini qorumaq üçün, Manvel Yeğiazaryan onlara kiçik qarşıdurmalar istisna olmaqla qəti olaraq döyüşə daxil olmamağı əmr edib. Dəstənin tərkibində əsasən Arabo, Zeytun, Craberd, Alik Petrosyan və Artyuşa Harutyunyanın hazırladığı Artsiv-13 (Armavir) adlı dəstə olub. Arabo dəstəsinin bir hissəsi, birinci dəstə tərkibində döyüşdə iştirak edib.Şablon:Mənbə yoxdur
İyunun 29-da sübh tezdən kanal üzərindən keçməklə üzüm bağlarında mübarizə başlayır. Onları adi kəşfiyyat reydi zamanı səhərə yaxın həm Gəncə batalyonun daşkəsənli könüllülərdən ibarət (17- 18 nəfər) kəşfiyyat taqım komandiri Vaqif Həmidov (Daşkəsənli Vaqif), həm də Tərtər batalyonundan Mütalib adlı döyüşçü ilk görüb. Belə ki, onlar (3 nəfər) ermənilərlə üzümlükdə təsadüfən rast gəliblər. Erməni döyüşçüləri də üç nəfər olublar. Mütalib rus dilində hansı batalyondan olduqlarını soruşduqda ermənilər 7-ci cavabını verib. O zaman həm döyüşçülərimiz, həm də ermənilər anında vəziyyəti anlayıb. Mütalibi vurmaq istəyən ermənini, dərhal Mütalibin arxasında olan döyüşçü yoldaşı zərərsizləşdirib. Nəticə etibarı ilə, döyüş bu şəkildə başlayıb. Atəş səslərinə Tərtər batalyonundan döyüşçülər gəlməyə başlayıb. Vəzir Orucov üç nəfər döyüşçü ilə ermənilərin arxasına keçib və xəndəyi PK-lardan atəşə tutmağa başlayıb.Şablon:Mənbə yoxdur
Hər iki tərəf də, baş verən hadisələri dərhal rabitə ilə Gəncə özünümüdafiə batalyonun 1-ci bölməsi, kəşfiyyat qrupu komandiri Mehman Ələkbərova məruzə edib və ermənilərin geriyə yolunu kəsməyə başlayıblar. Tərtər batalyonun döyüşçüləri döyüşün ilkin hissəsində dağınıq olduğundan Mehman Ələkbərov dərhal Tərtər batalyonu ilə əlaqə saxlayıb. Tərtər batalyonu da öz növbəsində Tərtərdə və Cəmillidə olan döyüşçülərinə təbil siqnalı verib. Ermənilər tərtərlilər dayandığı 37-ci postun (Ağdərə çöl yolu) arxasından Tərtər batalyonun mövqeləri ilə Gəncə batalyonun mövqelərin arasına keçiblər. Döyüş zamanı Arabo dəstəsi öndən və cinahlardan güclü atəşə tutulub.Şablon:Mənbə yoxdur
Həmin döyüşdə Tərtər batalyonundan batalyon komandiri müavini Vaqif Abdullayev, sıravi Mütalib (Mütüş) Səfərov, rota başçısı Paşayev İlham, taqım komandiri Vəzir Orucov, onunla birgə sıravi Mahir, Fazil adlı döyüşçülər iştirak edib. Beləliklə, Manvel Yeğiazryanın iyunun 29-u səhər tezdən Çiləbürtdən (Crabert) Köyarx (Levonarx)-Həsənqaya- Şıxarx (Leninavan) sektoruna doğru başlatdığı böyük əks əməliyyatlar uğursuzluqla başa çatdı. Qüvvələrimiz itki verməsə də, 12 nəfər yaralı (biri ağır yaralı olub) vardı. Belə ki, Tərtər batalyonundan Etibar adlı döyüşçü erməni döyüşçüsünü yoxlayan zaman, ölümcül yaralı erməni əlində qumbaranı açıb. Partlayış nəticəsində Etibar ona atəş açsa da, ayağından yaralanıb.[1][2][3]
Amansız döyüş zamanı "Arabo" batalyonu demək olar ki, tamamilə məhv edildi. 124 (rus mənbələrinə əsasən 83)[4] erməni əsgəri (muzdur) məhv olunub. Təəssüf ki, komandir Manvel Yeğiazaryan və bir neçə silahdaşı qaça bildi. 124 erməni cəsədi təkcə su kanalının içərisi boyu xəndək və ətrafında olub. Döyüş şahidlərinin dediklərinə görə, ətraf ərazilərdə, məsələn üzümçülük deyilən ərazidə də çoxlu erməni meyitləri var idi. Buna görə ermənilərin 170-ə qədər itki verildiyidə deyilir.Şablon:Mənbə yoxdur
Filmoqrafiya
redaktəƏməliyyatı yaddaşlarda saxlamaq üçün “818 Həsənqaya əməlliyyatı” adlanan sənədli film 1990-cı illərin əvvəllərində Mehman Ələkbərovun rəhbərliyi ilə təşkil olunan Gəncə özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edir. Filmdə arxiv görüntüləri və sənədlər, döyüşçülərin xatirələri və ekspert şərhləri tamaşaçılara təqdim olunur.[5]
Filmin çəkilməsində əsas Məqsəd vətən uğrunda savaşmış qəhrəmanların tanıdılması, hadisələrin real şahidi olan həmin insanların öz dilindən tarixin lentə alınmasıdır. Çünki yetişən gənc nəsil tarixini bilməli və ona sahib çıxmalıdır.Şablon:Mənbə yoxdur
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- ↑ "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- ↑ "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- ↑ "Arxivlənmiş surət". 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
- ↑ https://interaztv.com/videos/xeberler/280991[ölü keçid]