Muqeddes Meqbere Kilsesi - Wikipedia
Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (ivr. כנסיית הקבר, ərəb. كنيسة القيامة, yun. Ναὸς τῆς Ἀναστάσεως, lat. Sanctum Sepulchrum) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə.[2] Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi,[3] dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır.[4] Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir.[5][6]
Pravoslav ortodoks | |
Müqəddəs məqbərə kilsəsi | |
---|---|
Ναός της Αναστάσεως | |
Din | |
Yeparxiya | Qüds Pravoslav Kilsəsi |
Xeyir-duası | 13 sentyabr 335 |
Himayəsi | |
Statusu | fəaliyyət göstərir |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Yerusəlim |
Şəhər | Yerusəlim |
Memarlıq | |
İnşa tarixi | 335 – 336 |
Dövrü | erkən xristianlıq |
Tikdirəni | I Konstantin |
Memarı | Nikolaos Komnenos (1810-cü il restavrasiyası) |
Üslubu | |
Materialı | dağ süxurlar |
Eni | 70 m |
Uzunluğu |
|
Dağılıb | 1009 |
Bərpası | 1048 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın.[4][7] Məbəd[8][9] IV əsrin əvvəllərinə kimi qalmışdır.[10][11]
Böyük Konstantin 312-ci ildə səmada xaç təsviri gördükdən sonra[12] xristianlığa keçid edir, dini rəsmiləşdirmək üçün Milan fərmanını imzalayır və anası Elenanı Yerusəlimə göndərir ki, Məsihin məqbərəsinə baxsın. Kesariya yepiskopu Yevsevi və Yerusəlim yepiskopu Makarinin köməyi ilə məqbərənin yaxınlığında üç xaç tapılır. Buna görə də romalılar düşünür ki, onlar qolqofu aşkar ediblər.[12] Konstantin təxminən 326-cı ildə əmr verir ki, Yupiter/Venera məbədi kilsə ilə əvəz edilsin.[4] Məbəd dağıdılandan və onun xarabalıqları daşındıqdan sonra mağarada qazıntı işləri aparılır, Makari və Elenanın İsanın dəfn yeri hesab etdiyi məqbərə aşkar edilir ki,[3][13][14][15] burada da kilsə tikilir.[16]
Müqəddəs məqbərə kilsəsi iki müqəddəs məkan üzərində ayrı tikililər kimi inşa edilir. Kilsə böyük bazilika[7][17] və Anastasiya rotondasından ibarətdir.[3]
Kilsə 13 sentyabr 335-ci il tarixində həsr edilir. Şərqi Pravoslav Kilsəsi hər il bunu qeyd edir.[18]
İsrail Səhiyyə Nazirliyi 25 mart 2020-ci il tarixində "COVID-19" pandemiyasına görə məbədin ictimaiyyətə bağlanmasına qərar verir.[19] Keşişlər nizamlı şəkildə kilsəyə gəlməyə davam edirdi. Kilsə 24 may 2020-ci il tarixində yenidən ictimaiyyətə açılır.[20]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ archINFORM — 1994.
- ↑ "Complete compendium of Church of the Holy Sepulchre". Madain Project. 29 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2018.
- ↑ 1 2 3 McMahon, Arthur L. (1913). "Holy Sepulchre Arxivləşdirilib 2020-10-07 at the Wayback Machine". In Herbermann, Charles (ed.). Catholic Encyclopedia. New York: Robert Appleton Company.
- ↑ 1 2 3 "Church of the Holy Sepulchre, Jerusalem". Jerusalem: Sacred-destinations.com. 21 February 2010. 3 September 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
- ↑ UN Conciliation Commission. United Nations Conciliation Commission for Palestine Working Paper on the Holy Places. 1949. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ Cust, L. G. A. The Status Quo in the Holy Places. H.M.S.O. for the High Commissioner of the Government of Palestine. 1929. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ 1 2 Stephenson, Paul. Constantine: Roman Emperor, Christian Victor. The Overlook Press. 2010. səh. 206. ISBN 978-1-46830-300-1. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ Kisholm, Hyu, redaktorAelia Capitolina // Britannika Ensiklopediyası. 1 (XI). Cambridge University Press. 1911. səh. 256..
- ↑ Grabbe, Lester L. An Introduction to Second Temple Judaism: History and Religion of the Jews in the Time of Nehemiah, the Maccabees, Hillel, and Jesus. A&C Black. 12 August 2010. səh. 29. ISBN 978-0567552488. 1 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2020.
- ↑ Rudd, Steve. "The Temple in Jerusalem over the threshing floor which is presently under the Al Kas fountain". Bible.ca. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ Corbo, Virgilio. Il Santo Sepolcro di Gerusalemme [The Holy Sepulchre of Jerusalem] (Italian). Franciscan Press. 1981. 34–36. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ 1 2 Owen, G. Frederick, redaktorThe Thompson Chain-Reference Bible (Fourth improved (updated)). Indianapolis: B.B. Kirkbride Bible Co. 1983 [1964]. səh. 323 (appendix).
- ↑ NPNF2-01. Eusebius Pamphilius: Church History, Life of Constantine, Oration in Praise of Constantine. Christian Classics Ethereal Library. 13 July 2005. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2014.
Then indeed did this most holy cave present a faithful similitude of his return to life, in that, after lying buried in darkness, it again emerged to light, and afforded to all who came to witness the sight, a clear and visible proof of the wonders of which that spot had once been the scene, a testimony to the resurrection of the Saviour clearer than any voice could give.
- ↑ Renner, Gerald. "Is it the Tomb of Christ? A Search for Evidence". Hartford Courant. 14 December 1996. 29 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ Socrates. Historia Ecclesiastica. Revised and notes by A.C. Zenos, DD. Christian Classics Ethereal Library. c. 439. 21–22. 25 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ DK, 2016. səh. 99
- ↑ The "Pilgrim of Bordeaux" reports in 333: "There, at present, by the command of the Emperor Constantine, has been built a basilica, that is to say, a church of wondrous beauty". Itinerarium Burdigalense, p. 594
- ↑ "Commemoration of the Founding of the Church of the Resurrection (Holy Sepulchre) at Jerusalem". Orthodox Church in America. 25 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2012.
- ↑ Parke, Caleb. "Coronavirus forces Jerusalem's Holy Sepulchre to close its doors for first time since 1349: 'Very sad'". Fox News. 30 March 2020. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2020.
- ↑ "Arxivlənmiş surət". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
Ədəbiyyat
redaktə- Jerusalem, Israel, Petra & Sinai. DK. 2016 [2000]. ISBN 978-1-4654-4131-7.
- Biddle, Martin. The Tomb of Christ. Scarborough: Sutton Publishing. 1999. ISBN 0-7509-1926-4. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- Biddle, Martin; Seligman, Jon; Tamar, Winter, Avni, Gideon. The Church of the Holy Sepulchre. New York: Rizzoli in cooperation with Israel Antiquities Authority, distributed by St. Martin's Press. 2000. ISBN 0-8478-2282-6. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- Coüasnon, Charles. The Church of the Holy Sepulchre in Jerusalem. London: Oxford University Press for the British Academy. 1974. ISBN 0-19-725938-3. 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- Gibson, Shimon; Taylor, Joan E. Beneath the Church of the Holy Sepulchre Jerusalem: The archaeology and early history of traditional Golgotha. London: Committee of the Palestine Exploration Fund. 1994. ISBN 0-903526-53-0.
- Cohen, Raymond. Saving the Holy Sepulchre: How Rival Christians Came Together to Rescue Their Holiest Shrine. Oxford University Press. 2008. ISBN 978-0-19-518966-7. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.Şablon:Subscription
- Bowman, Glenn. "'In Dubious Battle on the Plains of Heav'n': The Politics of Possession in Jerusalem's Holy Sepulchre". History and Anthropology. University of Kent. XXII. 16 September 2011: 371–399. 27 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2020.
- Weitzmann, Kurt, redaktorAge of spirituality: late antique and early Christian art, third to seventh century. New York: Metropolitan Museum of Art. 1979. ISBN 978-0870991790. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
Xarici keçidlər
redaktə- The Holy Sepulchre in Jerusalem (article and photos)
- Homily of John Paul II in the Church of the Holy Sepulchre
- OrthodoxWiki (article)
- Sacred Destinations (article, interactive plan, photo gallery)
- Map of the Church of the Holy Sepulchre, 1715, by Nicolas de Fer. Eran Laor Cartographic Collection, National Library of Israel
- The Brotherhood of the Holy Sepulchre (Greek Orthodox custodians)
- Franciscan Custody in the Holy Land (Roman Catholic custodians)
- The Joudeh Family (Muslim Custodian of the keys of the Holy Sepulchre)
- Nuseibeh family (Muslim Holy Sepulchre Door Keepers)
- St. James Brotherhood (Armenian custodians)
- Church of the Holy Sepulchre Virtual Tour
- The Holy Sepulchre Virtual Tour