Roma Imperatorlarinin Siyahisi - Wikipedia
Roma imperatorlarının siyahısı — Romanın ilk imperatoru (müasir fikrə görə) Oktavian Avqust olmuşdur: Mark Antoni üzərində qələbədən və Misirdən qayıtdıqdan sonra, 13 yanvar e.ə. 27-ci ildə o, triumf qazandı və Senat qarşısında fövqəladə səlahiyyətlərindən istefa verərək Respublikanın bərpasını elan etdi, lakin 75 legionu və imperator titulunun saxlanmasını (daimi praenomen kimi) əmr etmişdi.
Roma İmperatoru | |
---|---|
lat. Imperator Romanus | |
| |
Vəzifədə sonuncu I Feodosi (Vahid Romanın son imperatoru) | |
Başçılıq edir | Roma imperiyası[1] |
Müraciət forması | İmperator həzrətləri |
Vəzifənin təsis tarixi | E.ə 27-ci il |
Vəzifədə birinci | Oktavian Avqust |
Vəzifədə sonuncu | I Feodosi (Vahid Romanın son imperatoru) |
Vəzifənin ləğv tarixi |
395(Vahid Romada) [2] |
Qədim Roma tarixi | ||
Dövrlər | ||
Roma çarlığı | ||
Roma Respublikası | ||
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | ||
| ||
Respublika konstitusiyası | ||
| ||
Magistratlar | ||
| ||
Fövqəladə magistratlar | ||
| ||
Titullar | ||
| ||
Sülalələr | ||
| ||
Əhali, inzibati və sosial tərkib | ||
| ||
Qədim Romada hüquq | ||
| ||
İmperator Kommodun sui-qəsd nəticəsində öldürülməsindən sonra, Roma İmperiyasında çoxsaylı uruzpatorların meydana çıxması ilə səciyyələnən üçüncü əsr böhranı başlandı. Nəticədə 395-ci ildə Roma İmperiyası Qərbi və Şərqi Roma imperiyalarına bölündü. 476-cı ildə sonuncu Roma imperatoru Romul Avqust (rəsmi olaraq imperator özünü 480-ci ilə qədər Yuli Nepot hesab edirdi) hakimiyyətdən devrildi.
Qərbi Roma İmperiyası süqut etdi, lakin Şərq Roma imperiyası Bizans İmperiyası adı ilə təxminən min il, 1453-cü ildən paytaxt Konstantinopolun Osmanlı İmperiyası tərəfindən işğal olunmasına qədər mövcud oldu.
Roma imperatorlarının siyahısı xronoloji qaydada, uruzpatorlar isə kursivlə qeyd olunmuş şəkildə verilmişdir. İmperatorların rəsmi olaraq elan edilməməsi (ənənəvi olaraq daxil edilmişlər, məsələn, Böyük Makrian) istisna olmaqla, mərkəzi hakimiyyətə qarşı üsyanları artıran Roma rəhbərləri göstərilməmişdir. Hakimiyyət şəriki olaraq hakimiyyət varisləri göstərilib (I əsrin ortalarından bəri varis statusunun demək olar ki, həmişə Sezar titulu ilə üst-üstə düşmüşdür), bəzən — imperatorun hərəkətsiz olduğu zaman regentlər rəsmi hakimiyyət şəriki olub.
Prinsipat
redaktəAdı | Azərbaycan dilində adı | Şəkli | Hakimiyyət illəri | Hakimiyyətə gəlməsi | Hakimiyyət şəriki | Yaşadığı illər |
---|---|---|---|---|---|---|
Oktavian Avqust lat. Gaius Octavius Thurinus lat. Gaius Iulius Caesar Octavianus |
Qay Oktavi Furin e.ə. 44-cü ildə övladlığa götürdükdən sonra (vəsiyyət ilə) — Qay Yuli Sezar Oktavian |
16 yanvar e.ə. 27–19 avqust 14 н. э., təbii ölüm | Yuli Sezarın vəsiyyəti ilə qəbul edilmiş oğul idi, silahlı mübarizədən sonra hakimiyyətə gəlmişdir. | Varisləri — Marsell (e.ə. 25–23), Aqrippa (e.ə. 23–12), sezar titulu ilə — Qay (e.ə. 17 — b.e. 4-cü ili), Lüsu (17 до н. э. — 2 н. э.), Aqrippa Postum (4–6 н. э.), Tiberi (6–14) | 23 sentyabr e.ə. 63, Roma — 19 avqust 14, Nola | |
Tiberi lat. Tiberius Claudius Nero lat. Tiberius Iulius Caesar Augustus |
Tiberi Klavdi Neron 4-cü ildə övladlığa götürülmədən sonra — Tiberi Yuli Sezar Avqust |
19 avqust 14 – 16 mart 37, 4 yaşından sezar, Avqustun rəsmi varisi — altı yaşında təbii ölüm; ehtimal edilir ki, Kaliqulanın əmri ilə öldürülmüşdür. | Oktavian Avqustun oğulluğu kimi | Varisləri — Germanik (14–19, 4-cü ildən sezar), Druz (21–23, цезарь с 4), Neron (23–27), Druz (23–30), Kaliqula (31–37); təsadüfən hökumət başına keçən Seyan (23–30). | 16 noyabr e.ə. 42, Roma — 16 mart 37, Mizen burnu | |
Klement (uruzpator) lat. Clemens (tam məlum deyil) |
Klement (tam adı saxlanılmayıb) |
16, əsir götürülmüş və edam edilmişdir |
Aqribba Postumun qulu olmuş, sahibi ölən zaman üsyan qaldırmışdır. | rəqibi — Tiberi | ö. 16 | |
Kaliqula lat. Gaius Iulius Caesar Augustus Germanicus |
Qay Yuli Sezar Avqust Germanikin, Kaliqula adı ilə tanınan oğlu (lat. Caligula) | 18 mart 37 – 24 yanvar 41, 31-ci ildən Tiberinin varisi və sezar, Kassius Xereyanın başçılıq etdiyi su-qəsdçilər tərəfindən öldürülmüşdür. |
Tiberinin nəvəsi (varisi) kimi (Oktavian Avqustun ana xətti ilə nəticəsi, nəvəsinin oğlu). | Varisləri — Tiberi (37), Lepid (37–38). | 31 avqust 12, Ansio — 24 yanvar 41, Roma | |
Klavdi lat. Tiberius Claudius Drusus lat. Tiberius Claudius Nero Germanicus lat. Tiberius Claudius Caesar Augustus Germanicus |
Tiberi Klavdi Druz 4-cü ildən 42-ci ilə qədər — Tiberi Klavdi Neron Germanik əvvəl — Tiberi Klavdi Sezar Germanik |
24 yanvar 41 – 13 oktyabr 54, öz arvadı Kiçik Aqrippinanı göndərmişdi. |
Tiberinin varisi kimi | Varisləri — Britannik (43-cü ildən), Neron (50-ci ildən). | 1 avqust 10, Luqdun — 13 oktyabr 54, Roma | |
Skribonian lat. Lucius Arruntius Camillus Scribonianus |
Lüsi Arrunti Kamill Skribonian | 41, özünü öldürüb |
Ordu tərəfindən elan edilmişdir | rəqibi — Klavdi | ö. 41 | |
Neron lat. Lucius Domitius Ahenobarbus lat. Nero Claudius Caesar Drusus Germanicus lat. Nero Claudius Caesar Augustus Germanicus |
Lüsi Domisi Agenobarbın 50-ci ildə oğulluğa götürməsindən sonra — Neron Klavdi Sezar Druz Germanik 54-cü ildən sonra — Neron Klavdi Sezar Avqust Germanik |
13 oktyabr 54 – 9 iyun 68, Qalbanın hakimiyyətə gəlməsindən sonra özünü öldürüb. |
Klavdinin varis oğlu kimi | 15 dekabr 37, Ansio — 9 iyun 68, Roma | ||
Makr lat. Lucius Clodius Macer |
Lüsi Klodi Makr | 68-ci ilin yaz-payızı, öldürülmüşdür |
Afrika əyalətinin propretoru olan Neronun üsyanın sonunda Qalba qoşunları tərəfindən öldürüldü. | rəqibi — Neron, Qalba | ö. 68 |
1-ci səltənət fasiləsi
redaktəAdı | Azərbaycan dilində adı | Şəkli | Hakimiyyət illəri | Hakimiyyətə gəlməsi | Hakimiyyət şəriki | Yaşadığı illər |
---|---|---|---|---|---|---|
Qalba lat. Servius Sulpicius Galba lat. Servius Galba Imperator Caesar Augustus |
Servi Sulpisi Qalba imperator kimi — Servi Qalba İmperator Sezar Avqust |
6 iyun 68 – 15 yanvar 69, Otonun tərəfdarları tərəfindən öldürülüb |
Senar Neronun özünü öldürməsindən sonra onu imperator elan edib | Sezar — Pizon. | 24 dekabr 3, Terraçina — 15 yanvar 69, Roma | |
Oton lat. Marcus Salvius Otho lat. Marcus Otho Caesar Augustus |
Mark Salvi Oton imperator kimi — Mark Oton Sezar Avqust |
15 yanvar — 16 aprel 69, Vitellinin qoşunlarının məğlubiyyətindən sonra öldürülüb |
Senat elan edib (Qalbanın öldürülməsindən sonra) | rəqibi — Vitelli | 25 aprel 32, Viterbo — 16 aprel 69, Roma | |
Vitelli lat. Aulus Vitellius lat. Aulus Vitellius Germanicus Augustus |
Avl Vitelli imperator kimi — Avl Viteli Germanik Avqust |
17 aprel — 20 dekabr 69, Vespasianın qoşunlarının məğlubiyyətindən sonra öldürülüb |
Otonun hərbi məğlubiyyətindən sonra legionlar elan edib, senat adlandırıb | rəqibi — Oton | 25 sentyabr 15 – 20 dekabr 69, Roma |
Adı | Azərbaycan dilində adı | Şəkli | Hakimiyyət illəri | Hakimiyyətə gəlməsi | Hakimiyyət şəriki | Yaşadığı illər |
---|---|---|---|---|---|---|
Vespasian lat. Titus Flavius Vespasianus lat. Titus Flavius Caesar Vespasianus Augustus |
Tit Flavi Vespasian imperator kimi — Tit Flavi Sezar Vespasian Avqust |
1 iyul 69 – 24 iyun 79 | Vitellinin hərbi məğlubiyyətindən sonra senat tərəfindən legion elan edilib. | Rəqibi — Vitelli. Sezarlar Tit və Domisan (69-cu ildən). | 17 noyabr 9, Vikus-Faakrina — 24 iyun 79, Roma | |
Yuli Sabin lat. Gaius (?) Iulius Sabinus |
Qay (?) Yuli Sabin | 69–70, əsir tutulub və edam edilib. |
Qal tayfalarının üsyanının rəhbəri | rəqibi — Vespasian | ö. 79 | |
Tit lat. Titus Flavius Vespasianus lat. Titus Flavius Caesar Vespasianus Augustus |
Tit Flavi Vespasian imperator kimi — Tit Flavi Sezar Vespasian Avqust |
24 iyun 79 – 13 sentyabr 81, 69-cu ildən sezar |
Vespasianın böyük oğlu | Vespasian; sezar Domisian |
30 dekabr 39, Roma — 13 sentyabr 81, Roma | |
Terenti Maksim lat. Terentius Maximus |
Terenti Maksim (Lje-Neron) |
79–80 | Özünü imperator Neronu xilas edən kimi qələmə verməsi | rəqibi — Tit | məlum deyil | |
Domisian lat. Titus Flavius Domitianus lat. Titus Flavius Caesar Domitianus Augustus |
Tit Flavi Domisian imperator kimi — Tit Flavi Sezar Domisian Avqust |
14 sentyabr 81 – 18 sentyabr 96, 69-cu ildən sezar; |
Vespasianın kiçik oğlu | Vespasian; Tit |
24 oktyabr 51, Roma — 18 sentyabr 96, Roma |
Adı | Azərbaycan dilində adı | Şəkli | Hakimiyyət illəri | Hakimiyyətə gəlməsi | Hakimiyyət şəriki | Yaşadığı illər |
---|---|---|---|---|---|---|
Nerva lat. Marcus Cocceius Nerva lat. Marcus Cocceius Nerva Caesar Augustus |
Mark Koksey Nerva imperator kimi — Mark Koksey Nerva Sezar Avqust |
18 sentyabr 96 – 27 yanvar 98 | Senat tərəfindən təntənəli şəkildə elan edilib. | 8 noyabr 30, Narni — 27 yanvar 98, Roma | ||
Trayan lat. Marcus Ulpius Traianus lat. Caesar Marcus Ulpius Nerva Traianus lat. Caesar Nerva Traianus Augustus |
Mark Ulpi Trayan 97-ci ildə övladlığa götürüldükdən sonra — Sezar Mark Ulpi Nerva Trayan imperator kimi — Sezar Nerva Trayan Avqust |
27 yanvar 98–8 /9 avqust 117 | Görkəmli sərkərdə, övladı olmayan imperator Nervanın oğulluğu | 15 sentyabr 53, Betika — 9 avqust 117, Kilikiya | ||
Adrian lat. Publius Aelius Hadrianus lat. Caesar Publius Aelius Traianus Hadrianus Augustus |
Publi Eliy Adrian imperator kimi — Sezar Publi Eliy Trayan Adrian Avqust |
11 avqust 117 – 10 iyul 138 | Trayanın oğulluğu (və qardaş oğlu), onun nəvəsi Vibiya Sabinin əri | 24 yanvar 76, Roma — 10 iyul 138, Neapol yaxınlığında Bayi |
Qeydlər
redaktə- ↑ Qərbi və Şərqi Roma imperatorları özlərini gerçək Roma imperatoru hesab edirdilər. Bu səbəbdən də Bizanslılar ilə Qərbi Romalılar arasında ixtilaflar baş verirdi.
- ↑ 476 (Qərbi Roma imperiyasında)
1453(Şərqi Roma imperiyasında)