I Feodosi - Wikipedia
I Feodosi ya Böyük Feodosi (Flavi Feodosi, lat. Flavius Theodosius, Theodosius Magnus, yun. Θεοδόσιος Α΄, Θεοδόσιος ο Μέγας; 11 yanvar 347 – 17 yanvar 395, Milan) — sonuncu bütöv Roma İmperiyasının imperatoru.
Flavi Feodosi | |
---|---|
lat. Flavius Theodosius, Theodosius Magnus | |
379 – 395 | |
Əvvəlki | II Valent |
Sonrakı | Honori, Arkadi |
Şəxsi məlumatlar | |
Doğum adı | Theodosius |
Doğum tarixi | |
Doğum yeri | Kavka, İspaniya |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Milan |
Dəfn yeri | Konstantinopol |
Fəaliyyəti | siyasətçi |
Atası | Flavi Feodosi |
Anası | Fermansiya |
Həyat yoldaşı | Qalla |
Uşaqları |
oğlanları:Flavi Honori, Flavi Arkadi |
Ailəsi | Feodosiya sülaləsi, Valentinlər sülalısi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
379-cu ildə Şərqi Roma üzərində Qrasianla həmimperator kimi hakimiyyətə gəlmiş, artıq 394 cü ildə bütöv Roma imperiyasının imperatoru olmuşdur. 395 ci ildə vəfatından sonra Roma sonuncu dəfə şərq və qərbə bölünmüş olur. I Feodosi xristianlığın Nikey formulunu seçərək, onu imperiyanın vahid dini kimi təsdiq etmişdir. Bundan başqa o, digər dini təriqətlərə qarşı təqiblər apararaq bütpərəst dininə qadağan qoymuşdur. Nəticə etibarilə 393 cü ildən sonra olimpiya oyun mərasimləri aradan qaldırılmış olur. I Feodosi Avropada dinin inkişaf istiqamətini təyin etmişdir. Bununla da xristian səlnaməçiləri ona "Böyük Feodosi" epiteti vermişlər.
Həyatı
redaktəFlavi Feodosi 346 cı ildə[2] İspaniyanın Qalisiya əyalətinin Kavka[3] şəhərində anadan olmuşdur. Avreli Viktora görə o, imperator Trayanın nəslindən olmuşdur. Onun valideynləri Fermansiya və Roma sərkərdəsi Feodosi olmuşdur[4]. Atası imperator Valentinianın zamanında süvari polkunun komandirinə qədər yüksələ bilmişdir. Ammian Marsellin onu digərləri ilə müqayisədə əlçatmaz dərəcədə hünərli xarakterizə etmişdir[5]. Afrikanın şimalında yerli tayfaların üsyanını yatırtmış, lakin 375 ci ildə xəyanətdə günahlandırılaraq 376 cı ildə edam edilmişdir.
İmperator Feodosi öz ilk karyerasına atasının komandanlığı altında hərbi qulluqdan başlamışdır. Atası ilə skott və piktlərin üsyanlarını yatırmaq üçün Britaniya ekspedisiyasında iştirak etmişdir. 374 cü ildə Dunayətrafı Meziya vilayətində qoşun komandiri vəzifəsini tutaraq sarmatlara qaşı uğurlu mübarizə aparmışdır. Atasının edamından sonra sığınacaq axtarsa da[6], 376 cı ildə Balkanlarda İllirik əyalətində qoşun komandiri təyin olunur[7]. Burada da o, sarmatlara qarşı uğurla mübarizə aparmış olur. Onun imperator taxtına yolu məhz sarmatlara qarşı mübarizələrdən keçmişdir[8]. Nəhayət 3 ildən sonra imperator Qrasian onu Şərqi Roma İmperiyasının taxtına dəvət edir.
Ailəsi
redaktəFeodosinin bir bacısı və bir qardaşı – Honori erkən yaşlarında vəfat etmişlər.[9] Feodosi onların uşaqlarının qayğısını öz üzərinə götürərək böyütmüşdür. Qardaşı qızlarını Fermansiyanı və Serenanı öz sərkərdələrinə ərə vermişdir. Serena 387 ci ildə sonralar Qərbi Roma İmperiyası ordusunun ali komandanı Stilixonla nikaha girmişdir. 408 ci ildə Roma senatı onu qotların başçısı Alarixlə əlbir olduğunu əsas gətirərək edam etmişdir.
- Feodosinin birinci arvadı xeyriyyəçi qadın Eliya Flaviya Flasilla, əslən ispaniyalı olmuş, 386-cı ildə vəfat etmişdir. Feodosinin ondan iki oğlu: imperatorlar Arkadi (377), Honori (384) və uşaq ikən vəfat etmiş Pulxeriya (385) dünyaya gəlmişdir.
- 387[10] ci ildə dul qalmış Feodosi II Valentinianın bacısı Qalla ilə nikaha girir. Qallada olan qızı Qalla Plasidiya 414 cü ildə qotların başçısı Ataulfun arvadı olur. 394-cü ildə Qalla doğuş üstündə (Həmçinin ölmüş İoannı dünyaya gətirərkən) ikən vəfat edir.
Böyük imperator
redaktə377 ci ildə Frakiya və Meziya əyalətləri qotların üsyanı nəticəsində barbarların döyüş arenasına çevrilmişdir. 9 avqust 378-ci ildə Adrianopol yaxınlığında qotlar Roma ordusunu darmadağın edərək, döyüşdə Şərqi Roma imperatoru II Valenti öldürürlər. Onun köməyinə gələn Qərbi Roma imperatoru Qrasian II Valentin ölüm xəbərindən sonra barbarların Balkanlara və İtaliyaya soxulmasının qarşısını almaq üçün indiki Serbiya ərazisində qərargah qurur. Qrasian kiçik qardaşı və formal həmimperator II Valentinianın Şərqə imperator təyin etməyin təhlükəli olduğunu anlayaraq, çarəsiz qalaraq, öz sərkərdələri arasından yeganə adlı-sanlı olan İllirik qoşunlarının komandanı Flavi Feodosini 19 yanvar 379-cu ildə imperator taxtına çıxardır[11][12].
Feodosi Sirmium yaxınlığında qotlar üzərində qələbə çalır[13]. 24 noyabr 380-ci ildə[14] Şərqi imperiyanın paytaxtı Konstantinopola daxil olur. 381-ci ildə qotların kralı Atanarixlə ittifaq bağlamağa nəsib olur. 2 ildən sonra qotların başçısı Atanarix vəfat edir.[15] Feodosi ona təmtəraqlı mərasim keçirdməklə barbarların rəğbətini qazanmış olur. O, qotları imperiya federatı kimi Meziya və Frakiya əyalətlərində məskunlaşdıraraq sülhə nail olur. Bununla da 3 oktyabr 382-ci ildə Roma-qot müharibəsinə son qoyulmuş olunur.[16]
383-387 ci illər
redaktəQotlarla sülhə nail olduqdan sonra Feodosinin sərkərdəsi Rixomer Suriya ərazilərinə soxulmuş sarasinləri məğlub edir.[17] Sasanilər imperiyasında hakimiyyət çəkişmələri Şərq təhlükəsini səngidmiş olur. Feodosi tez-tez dəyişən fars hökmdarları ilə yaxşı münasibətlər qurmağa nail olur.[11] Həlledici sülhə nail olmaq üçün Sasanilər imperiyası ilə Erməni əyaləti bölüşdürülür. Əyalətin şərq hissəsi Xosrovun hakimiyyəti altına, qərb hissəsi isə Arşakın çarlığı altında Roma vassalığına keçmiş olur. Bu zaman Qərbi imperiyada hakimiyyət dəyişərək, 383-cü ildə Britaniyadakı ordu komandiri Maqn Maksim Qalliyaya soxularaq hakimiyyəti uzurpasiya edir. İmperator Qrasian 25 avqust 383-cü ildə Maqn Maksim tərəfindən öldürülür,[18] nəticədə onun kiçik qardaşı II Valentinian uzurpator Maqn Maksiminlə hakimiyyəti bölüşür. Yalniz İtaliya, Balkan və Afrika əyalətləri üzərində hakimiyyətə malik olur. Bu hadisədən sonra Feodosi II Valentiniandan sonra Maqn Maksimin imperator titulunu tanımağa məcbur olur.
Uzurpator Maksimin devrilməsi
redaktə387-ci ildə Maksim İtaliya üzərinə qoşun yeridərək II Valentinianı Salonikiyə Feodosinin yanına qaçmağa vadar edir. Bu zaman imperatorlar arasında siyasi maraqlar kəsişir. Dul qalmış Feodosi II Valentinianın bacısı Qalla ilə nikaha girir. 388-ci ildə Maksimə qarşı müharibə başlanmış olur. Bu zaman Şimali Afrikadakı Roma valisi Gildonun Siciliyanı tutması Maksimin qüvvəsini iki cəbhədə vuruşmasına gətirib çıxardır. Feodosi və II Valentinianın birləşmiş qoşunları Sava[19] çayı üzərində Maksimin ordusunu yarıb Şərqi Alp dağlarına yetişir. Bundan istifadə edən Maksimin sərkərdəsi Andraqasi dəniz yolunu qət edərək birləşmiş qoşunlara qəfləti həmlə etməyi qərara alır. Feodosi isə bundan faydalanaraq Alp dağlarını keçərək ordusuz qalmış Maksimi ələ keçirilir[20] və 28 avqust 388-ci ildə edam edilir. Konstantinopola qayıtmazdan əvvəl 3 il Milanda qalaraq oranı özünə igamətgah edir.
Feodosi və Müqəddəs Ambrosi
redaktəİtaliyada qaldığı üç il ərzində Mediolan yepiskopu Müqəddəs Ambrosinın təsirinə düşür. 390-cı ildə Makedoniyanın iri şəhərlərində ordu komandanlığının özbaşnalığına qarşı qiyam qalxır. Feodosi qiyamı amansızlıqla yatırır. Müxtəlif mənbələrə əsasən 7-15 min arasında şəhər əhalisi qırılmış olur.[21] Bu hadisədən sonra Feodosi kilsədə dua etmək istəyərkən, Müqəddəs Ambrosi onu içəri buraxmır, və onu günahsız insanların ölümündə suçlayır. Yalnız 8 aydan sonra imperatoru əfv edərək, onu ölüm hökmünün icrasını hökm sürüldükdən 30 gün sonraya saxlanılması haqqında fərman verməyə məcbur etdirir..[22]
Uzurpator Yevgeninin devrilməsi
redaktə10 noyabr 391-ci ildə[23] Feodosi Konstantinopola qayıdır. Feodosi İtaliyadan qayıtdıqdan sonra faktiki olaraq Qərbi Roma imperiyasını imperator Valentinian tərəfindən deyil onun ali komandanı frank Arboqast tərəfindən idarə olunurdu. Valentinianın səlahiyyətlərini qaytarmaq cəhdi münaqişəyə səbəb olmuş və 15 may 392-ci ildə naməlum tərzdə qətlə yetirilir. Feodosinin qərarını gözləmədən sərkərdə Arboqast özünün dəftərxana rəisini – Yevgenini imperator taxtına oturdur. Feodosi onun legitimliyini təsdiqləməkdən imtina edərək, 394-cü ildə İtaliya üzərinə qoşun yeridir. İlk döyüşdə Feodosi qoşununun 10 minlik qot dəstəsi məhv edilir. Lakin sonradan sərkərdə Arboqast Feodosi tərəfinə keçərək, uzurpator Yevgeni devrilmiş olur.
İmperiyanın bölünməsi
redaktəFeodosi cəmi bir neçə ay ərzində bütöv Roma imperiyasının imperatoru olmuşdur. Romada o, oğlu Honorini qərbin imperatoru elan edərək, senat vasitəsilə bir sıra bütpərəst mərasimləri ləğv edir. Konstantinopola qayıdaraq öğlu Arkadini ondan sonra şərqin imperatoru təyin edir. 17 yanvar 395-ci ildə Feodosi lat. hydrops – ödəmdən[24] Milanda vəfat edir. Onun balzamlanmış cəsədi həmin il Konstantinopola gətirilərək dəfn edilir. Feodosi ölməmişdən qabaq imperiya vardatını iki oğlanları arasında sülhlə bölüşdürməyə nail olmuşdur. Böyük oğlu Flavi Arkadiyə paytaxtı Konstantinopol olmaqla imperiyanın şərq hissəsi – Şərqi Roma İmperiyası, kiçik oğlu Flavi Honoriyə isə qərb hissəsi – Qərbi Roma İmperiyası düşür. On yaşlı Honori əmisi qızının əri sərkərdə Stilixonun qəyyumluğunu qəbul edir. Faktiki hakimiyyət əslən ata tərəfdən vandal olan Roma sərkərdəsi Stilixonun əlinə keçmiş olur. 395-ci ildən etibarən Şərqi və Qərbi imperiya əbədi bir-birindən ayrılmış olur. Qərbi Roma 80 il sonra sonralar barbar taptağı altında parçalanmış olur. Bizans isə 1000 ilə yaxın Roma İmperiyası ən-ənələrini qoruyub saxlamış olur.
İstinadlar
redaktə- ↑ Nomisma. American Numismatic Society, Britaniya muzeyi, German Archaeological Institute, İohann Volfqanq Göte adına Frankfurt Universiteti, Oksford Universiteti, Bode muzeyi, Berlin-Brandenburg Academy of Sciences and Humanities, Fransa milli kitabxanası.
- ↑ Год рождения вычисляется исходя из того, что согласно Секст Аврелий Виктор (Извлечения …, 48.19, 47) Феодосий был провозглашён императором в 32 года, а скончался на 50-м году жизни. Более поздний церковный историк Сократ (5.26) сообщил, что Феодосий скончался в 60 лет, что противоречит свидетельству Амм. Марцеллина о юности Феодосия в пору его войны с сарматами.
- ↑ Зосима, 4.24.4
- ↑ Авр. Вик. (48.1) назвал имя отца Феодосия как Гонорий, однако Павел Диакон (Hist. Rom, 12.1), копирующий Авр. Вик., и Иероним (Chron. s.a. 376) назвали имя отца как Феодосий.
- ↑ Амм. Марц., 29.5.4
- ↑ Амвросий Медиоланский (Слово на смерть Феодосия Великого): "Носил тяжкое ярмо и Феодосий от юности своей, когда убийцы отца его замышляли против его жизни."
- ↑ Pan. Lat. 2(12).10.2-3 (Панегирик Латина Дрепания); Themist. Or. 14.182c, 15.198a. (Речи Фемистия). Так Фемистий в речи 14 (14.182c), произнесенной в 379 году, говорит, что римляне призвали Феодосия на царство в момент, когда тот воевал с сарматами. В обзорно-исторической литературе, ссылаясь на Авр. Виктора ("Извлечения …", гл. XLVII) и Павел Орозий, обычно считают, что Грациан вызвал Феодосия из Испании, что противоречит более ранним свидетельствам.
- ↑ Зосима , 4.16.6
- ↑ Феодосий женился на Галле в конце 387 года (Зосима, IV.43), по хронике Марцеллина это произошло в 386 году.
- ↑ Феодосий женился на Галле в конце 387 года (Зосима, IV.43), по хронике Марцеллин Комит это произошло в 386 году.
- ↑ 1 2 David Woods, Theodosius I : David Woods, Theodosius I An Online Encyclopedia of Roman Emperors Arxivləşdirilib 2015-03-15 at the Wayback Machine
- ↑ Cons. Constant. s.a. 379
- ↑ Филосторгий, кн. 9
- ↑ Consularia Constantinopolitana, s.a. 380; Сократ Схоластик, 5.6
- ↑ Consularia Const., s.a. 381
- ↑ Дата указана в "Консульских списках" (Consularia Constantinopolitana) как "V non. Oct."
- ↑ Pan. Lat. 2(12).22.3.
- ↑ Войска Грациана дезертировали под Парижем, и он вынужден был бежать. Грациан был убит 25 августа 383 года военачальником Магна Максима в Лугдуне.
- ↑ Ambr. Ep. 73(40).23; Pan. Lat. 2(12).34-35.
- ↑ Павел Орозий, 7.35; Павел Диакон, Римская история, 12.1
- ↑ 7 тыс. убитых (Феодорит Кирский, 5.17) ; 15 тыс. убитых (Иоанн из Никиу, LXXXIII.42; Иоанн Малала, 347)
- ↑ Феодорит Кирский, 5.18
- ↑ Сократ Схоластик, 5.18
- ↑ Филосторгий, кн.11
SƏLƏF II Valent |
I Feodosi Feodosi sülaləsi |
XƏLƏF Flavi Arkadi |
SƏLƏF II Valentinian |
I Feodosi Feodosi sülaləsi |
XƏLƏF Flavi Honori |
Mənbələr
redaktə- М. Грант. Римские императоры / пер. с англ. М. Гитт — М.; ТЕРРА — Книжный клуб, 1998
Xarici keçidlər
redaktə- Theodosius I Arxivləşdirilib 2015-03-15 at the Wayback Machine : İlkin mənbələr əsasında tarixçi ing. David Woods tərəfindən yazılmış Feodosiy bioqrafiyası. (ing.)
- ФЕОДОСИЙ I : М. Грант. Римские императоры / пер. с англ. М. Гитт — М.; ТЕРРА — Книжный клуб, 1998 əsasında tərtib olunmuş Feodosiz bioqrafiyası. (rus.)