Roma çarlığı (lat.Regnum Romanum) — Roma tarixinin ən qədim dövrü. İlkin dövlət quruluşu çarlıq kimi formalaşaraq dövləti seçmə monarxlar idarə edirdilər. Ənənəvi xronologiyada e. ə. 753 ci ildən sonuncu çar Məğrur Tarkvini devrilənə qədər mövcud olmuşdur. Tarixi mənbələrdə çarlıq bir qədər əfsanəvi xarakter daşıyır və əsas mənbələr Roma Respublikası və Roma imperiyası dövrünə aiddirlər. Bu dövrdə Roma yeddi padşah tərəfindən idarə olunduğuna görə həm də Roma padşahlıq dövrü adlanır.