Koronavirus Xesteliyi 2019 - Wikipedia
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı.
Koronavirus xəstəliyi 2019 | |
---|---|
XBT-10 | U07.1, U07.2 |
XBT-10-KM | U07.1 |
OMIM | 301051 |
DiseasesDB | 60833 |
MedlinePlus | 007768 |
MeSH | D000086382 |
Vikianbarda əlaqəli mediafayllar |
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi.[1] 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi,[2] daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı.[3][4][5] Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi.
18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı.[7][8] Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi.[9] Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır.[10][11]
Araşdırılması
redaktəBeynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib. Süni şəkildə yaradılmış psevdovirus SARS-CoV-2 və SARS-CoV, habelə həqiqi koronavirus SARS-CoV-2 ilə aparılan testlər anti-cismin onları uğurla zərərsizləşdirdiyini göstərib. Alimlər qeyd edir ki, SARS-CoV və SARS-CoV-2 koronaviruslar sarbekoviruslardır və S309-a qarşı müqavimət göstərən eyni epitoplara (S-protein hissəsi) malikdir.[12]
Xəstəliyin təsirləri
redaktəBurun və boğaz
redaktəVirus burun kanalının yuxarı hissəsinə düşür və infeksiya buradan yayılmağa başlayır. Virusun səthi zülalların reseptorlara yapışdırılmasına və tez bir zamanda çoxalmasına imkan verir. Bu zaman xəstə virusa yoluxmuş sayılır, lakin onda xəstəliyin əlamətləri müşahidə olunmur. Bu virusun ən pis tərəflərindən biri də odur ki, daşıyıcısı infeksiyanı yayır, amma özünün xəstə olduğunu bilmir.
Ağciyərlər
redaktəƏgər orqanizmin immun sistemi virusu erkən mərhələdə öldürməzsə, tənəffüs boğazdan aşağı hərəkət edərək ağciyərlərə keçəcək. Burada isə virus hüceyrələrə nüfuz edərək onları iltihablaşdırlr. Bu, ağciyər toxumasının iltihabı olan sətəlcəmdir. Bu insanın rahat oksigen almasına mane olur, ağciyərlərini ağırlaşdırır. Nəticədə bəzi xəstələrdə kəskin tənəffüs çatışmazlığı meydana gəlir və qanda oksigenin miqdarı narahatlıq doğuracaq səviyyəyə enir ki, bu da son dərəcə təhlükəlidir.
Süni tənəffüs aparatına qoşmaqla, oksigen çatışmazlığından əziyyət çəkən bir insanı ölümdən qurtarmaq mümkündür. Ancaq bu infeksiyanı dayandırmayacaq və infeksiya davam edəcək. Bununla sadəcə, immun sisteminin virusu məğlub edəcəyi ümidi ilə bir insanın ölməsinə icazə verilmir. Bir çox insanda immun sistemi infeksiyaya çox kəskin reaksiya verir və bədənə təsir edərək hipertsitokinemiyaya səbəb olur. Bu sürətli ürək döyüntüsünə səbəb olan orqanizmin iltihabı prosesidir. Buna görə də damarlarında sızıntı yaranır. Bu xəstəlikdən əziyyət çəkən insanların 20 faizində böyrək çatışmazlığı meydana çıxır və bəzi insanlarda ürək problemlərinin olması mümkündür. Buna görə xəstə reanimasiyada öldükdə, əsasən hipertsitokinemiyadan ölüm olur. Bir neçə orqan işləməkdən imtina edir və orqanizm xəstəliyə təslim olur.
Ürək və qan damarları
redaktəAğciyərləri Covid-19-un episentri hesab etmək olar, lakin virusun damarlarına girərək ürək-damar sisteminə də nüfuz etdiyi ehtimal olunur. Virusun ürək və qan damarlarına necə nüfiz etməsi sirr olaraq qalır, baxmayaraq ki, mütəxəssislər infeksiyanın qan damarlarının divarlarında olan ACE2 reseptorlarına yapışdığından infeksiyanın tromblaşmays, infarkta və ürək əzələsinin iltihabına səbəb ola biləcəyinə inanırlar. Xəstələrin çox hissəsində ürəyə girən arteriyalarda qan laxtaları olduğunu müşahidə olunur. Tromblaşmanın artması Covid-19 virusunun ağır formalarından biridir. Xəstələrin bədəninin hər yerində, o cümlədən, ayaqlarında və ağciyərlərində tromblar meydana gəlir. Bu diabet və ürək xəstəliyi olan xəstələrdə xəstəliyin niyə daha ağır keçdiyini də izah edir. Həmin insanlarda ürək-damar sistemi daha çox yüklənmiş olur.
Qaraciyər
redaktəCovid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin əhəmiyyətli bir hissəsində qaraciyər fermentlərinin yüksək səviyyədə olması, virusun bu orqana ziyan vurduğunu göstərir. Lakin bunun nədən qaynaqlanması məlum deyil. Bilinmir ki, buna immun sisteminin qıcıqlanması, virus əleyhinə dərmanlar, yoxsa virusun özü səbəb olur.[13]
Yağlı qida COVID-19-dan sağalmaq üçün zəruridir
redaktəDünyada hər gün yüz minlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. Təbii ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir. Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado. NKPI.AZ tibb saytlarına istinadla bildirir ki, avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır. Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. COVID-19-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü biz hamımız immunitet sisteminin güclənməsinə kömək etməliyik. Koronavirusa yoluxanlar zülallı məhsullara toyuq, balıq və krevetlərə, müxtəlif növ dənli bitkilərə, meyvə və tərəvəz salatlarına üstünlük verməlidir. O cümlədən göyərti xəstənin masasından mütləq əskik olmamalıdır. Ümumiyyətlə, yaxşı iştaha onu göstərir ki, xəstənin vəziyyəti davamlı olaraq sağalmağa doğru gedir.
COVİD-19 indikatoru
redaktəABŞ-nin San-Dieqo şəhərindəki Kaliforniya universitetində COVİD-19 koronovirusu ilə kontakt zamanı öz rəngini dəyişən kimyəvi indikator yaradılıb. İndikator müdafiə maskasının iç tərəfinə qoyulacaq. Əgər maskanı daşıyan virusun iştirakı üçün xarakterik olan bəzi fermentləri (proteazaları) nəfəs alma ilə versə, onlar indikatorun rəngini dəyişəcək. Amma hələlik bu, kifayət qədər mürəkkəb sistemdir: günün sonunda indikatoru əzib onu indikator zolağı üzərinə çəkmək lazımdır. Əgər gün ərzində maska sahibi virus qazanıbsa (yoluxmadan sonra inkubasiya dövrü 2-dən 12 günə qədərdir) zolağın rəngi dəyişir. Müalicəni başlamaq üçün vaxt var. Əvvəlcə indikator xəstə insanların tüpürcəyi, sonra pasientlərin nəfəsində və xəstəxananın əməkdaşlarında yoxlanacaq.
İstinadlar
redaktə- ↑ The Editorial Board. "Is the World Ready for the Coronavirus? - Distrust in science and institutions could be a major problem if the outbreak worsens". The New York Times. 29 January 2020. 30 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2020.
- ↑ "WHO Statement Regarding Cluster of Pneumonia Cases in Wuhan, China". www.who.int (ingilis). 9 January 2020. 14 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
- ↑ "Laboratory testing of human suspected cases of novel coronavirus (nCoV) infection. Interim guidance, 10 January 2020" (PDF). 20 January 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 January 2020.
- ↑ "Novel Coronavirus 2019, Wuhan, China | CDC". www.cdc.gov. 23 January 2020. 20 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2020.
- ↑ "2019 Novel Coronavirus infection (Wuhan, China): Outbreak update". Canada.ca. 21 January 2020. 25 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2020.
- ↑ "Virusların yayılması xəritəsi". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-10.
- ↑ "Operations Dashboard for ArcGIS". gisanddata.maps.arcgis.com. The Center for Systems Science and Engineering (CSSE) is a research collective housed within the Department of Civil and Systems Engineering (CaSE) at Johns Hopkins University (JHU). 2020-01-28. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- ↑ "Coronavirus Toll Update: Cases & Deaths by Country of Wuhan, China Virus - Worldometer". www.worldometers.info (ingilis). 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
- ↑ "ClinicalKey". www.clinicalkey.com. 25 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2020.
- ↑ Cohen, Jon. "Wuhan seafood market may not be source of novel virus spreading globally". ScienceMag American Association for the Advancement of Science. (AAAS) (ingilis). 2020-01-26. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- ↑ Eschner, Kat. "We're still not sure where the COVID-19 really came from". Popular Science (ingilis). 2020-01-28. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
- ↑ "Alimlər açıqladı: hansı insanlar koronavirusa yoluxmur?". 2020-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
- ↑ "COVİD-19 təkcə ağciyərləri yox, beyni, ürəyi, böyrəyi və qaraciyəri də sıradan çıxarır". 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.