Ludviq Knit - Wikipedia
Lüdviq Franseviç Knit (1891, Bakı – 1942) — Azərbaycan rəssamı, miniatürçüsü. Azərbaycan almanlarından idi.
Lüdviq Knit | |
---|---|
alm. Ludwig Knit | |
Doğum adı | Lüdviq Franseviç Knit |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Milliyyəti | alman |
Fəaliyyəti | rəssam |
Həyatı
redaktə1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi.[1] "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi.[2] 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.[3]
Əsərləri
redaktəPlakatlar
redaktə- Müsəlman fəhlə (1920-ci illər)
- Azərbaycan fəhləsi varlını həbs edir (1920-ci illər)
- İnqilabçı əsgər şərqə tələsir (1920-ci illər)
- RSFSR (1920-ci illər)
Kitab illüstrasiyaları
redaktə- M.F.Axundov - Aldanmış kəvakib (1926)
- Puşkin - Balıqçı və balığın nağılı (1927)
- Orta məktəb kitabçaları (1920-1930cu illər)
Xalça eskizləri
redaktə- Neft (1939)
- Pambıq (1939)
Digər əsərləri
redaktə- X əsrdə İranda sosial vəziyyət (Qəznəvilərdə sosial təbəqələr), quaş, 1934
- Nadir şahın 1743-cü ildə Dağıstandan və Şimali Azərbaycandan çəkilməsi, quaş, 1938
- Şəki xanlığında bayramlığın yığılması, quaş, 1938
- XVIII əsrdə Şamaxıda meydan, yağlı boya, 1939
- XVIII əsrdə Dağlıq Qarabağda yaylağa enmək, yağlı boya, 1940
İstinadlar
redaktə- ↑ "Григорий Кизелъ - К истории азербайджанского экслибриса". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- ↑ İ.M.Miklaşevskaya - Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin yaranması və formalaşması (1920-1945), Bakı, 1974, səh 141
- ↑ "Milli Azərbaycan Tarixi Muzeyinin 2012-ci ildə gördüyü elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin Hesabatı". 2015-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.