Konstantin Rokossovski - Wikipedia
Konstantin Konstantinoviç Rokossovski (pol. Канстанцін Ксавер'евіч Ракасоўскі; 9 (21) dekabr 1896[1], Velikiye Luki, Pskov quberniyası[d] – 3 avqust 1968[2][3][…], Moskva[2]) - sovet və polyak hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1944), Polşa marşalı (1949). 1945-ci ildə Qələbə paradına komandanlıq etmişdir. İkinci dünya müharibəsinin dahi sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanıdır (1944, 1945).
Konstantin Rokossovski | |
---|---|
rus. Константи́н Константи́нович (Ксаве́рьевич) Рокоссо́вский | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Varşava, Polşa |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Rusiya İmperator Ordusu, Qızıl Ordu |
Rütbəsi | Marşal |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKonstantin Rokossovski 21 dekabr 1896-cı ildə Varşavada doğulmuşdur. Milliyətcə polyakdır.
İkiqat Sovet İttifaqı qəhrəmanı adı aldıqdan sonra doğum yeri kimi "Velikiy Luka"nı göstərməyə başlayır. Həmin yerdə Rokosovskinin büstü qoyulmuşdur. 27 dekabr 1945-ci ildə yazılmış qısa tərcümeyi-hala əsasən Rokosovski "Velikiy Luka"da anadan olmuşdur. Atası Ksaveriy Yozef Rokosovski Varşava dəmir yollarında müfəttiş olmuşdur. Atası onu Anton Laqun adına pullu texniki peşə məktəbinə göndərsə də, 1902-ci ildə atası vəfat edir. O zaman Rokosovskinin 6 yaşı var idi. Sonralar Konstantin şirniyyatşı köməkçisi, stomotoloq köməkçisi və daş yonan kimi işləmişdir. 1911-ci ildə anası vəfat etmişdir. Biliklərini artırmaq məqsədilə Rokossovski rusca və polyak dilində xeyli kitab oxumuşdur.
Sovet İttifaqı marşalı Konstantin Rokossovski (1896-1968) Azərbaycan SSR KP MK-ya məktubunda yazırdı:[4]
"Cəsur şahinlərin hər zərbəsində, hünərvər sovet tankçılarının hər bir yürüşündə, alman faşistlərinin hərbi qüvvələri üzərindəki hər qələbədə uğurun mühüm bir hissəsi Bakı neftçilərinə məxsusdur".
Həbs olunması
redaktə27 iyun 1937-ci ildə "sinfi sayıqlıq hissini itirdiyiə görə" kommunist partiyası sıralarından xaric edilir. Şəxsi işində onun K.A. Çaykovski ilə əlaqəli olması ilə bağlı məlumat qeyd edilmişdi. 22 iyul1937 -ci ildə Qızıl Ordudan kənaşlaşdırılır. Kəşfiyyat qərargahının rəisi ifadəsində bildirmişdir ki, Rokosovski 1932-ci ildə yapon hərbi missiyasının rəhbəri Mititaro Komatsubara ilə görüşmüşdür. 1937-ci ildə Rokosovskinin yapon və polyak kəşfiyyatı ilə əlaqəli olması ilə bağlı şərlənərək Leninqradda (indiki Sankt-Peterburq) həbs edilir. Rokosovskini kötükçəsinin sözlərinə əsasən o, həbsdə işgəncələrə məruz qalmışdır. Onun bir neçə dişini vurub salmış, qabırğalarını sındırmış, ayaqlarına çəkiçlə vurmuşlar.
Təltifləri
redaktə- "Oələbə" ordeni (№ 6 — 30.03.1945)
- Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı - 2 medal - (29.07.1944, 1.06.1945)
- "Lenin" ordeni - 6 orden - (16.08.1936, 2.01.1942, 29.07.1944, 21.02.1945, 26.12.1946, 20.12.1956, 20.12.1966)
- "Oktyabr inqilabı" ordeni - (22.02.1968)
- "Qırmızı Bayraq" ordeni - 6 orden - (23.05.1920, 2.12.1921, 22.02.1930, 22.07.1941, 3.11.1944, 6.11.1947)
- I dərəcəli Suvorov ordeni - (28.01.1943)
- I dərəcəli Kutuzov ordeni - (27.08.1943)
- "Moskvanın müdafiəsinə görə" medalı - (1.05.1944)
- "Stalinqradın müdafiəsinə görə" medalı - (22.12.1942)
- "Kiyevin müdafiəsinə görə" medalı - (21.06.1961)
- "Almaniya üzərində qələbəyə görə" medalı - (9.05.1945)
- "Böyük Vətən müharibəsində (1941-1945) qələbənin iyirmi illiyi" medalı - (7.05.1965)
- "Könisberqin tutulmasına görə" medalı - (9.06.1945)
- "Varşavasının azad edilməsinə görə" - (9.06.1945)
- "Fəhlə-Kəndli Qızl Ordusunun XX illiyi" medalı - (22.02.1938)
- "Sovet Ordusu və Donanmasının 30 illiyi" medalı - (22.02.1948)
- "SSRİ Silahlı qüvvələrinin 40 illiyi" medalı - (18.12.1957)
- "SSRİ Silahlı qüvvələrinin 40 illiyi" medalı - (26.12.1967)
- "Moskvanın 800 illiyi" xatirə medalı - (12.06.1947)
- Üzərində SSRİ-nin Dövlət gerbi olan fəxri silah - (1968)
Biblioqrafiya
redaktə- Рокоссовский К. К. Солдатский долг. — М.: Воениздат, 1997. — (Полководцы Великой Отечественной)
- Рокоссовский К. К. На Берлинском и Восточнопрусском направлениях. // Военно-исторический журнал. — 1965. — № 2.
- Рокоссовский К. К. Севернее Берлина. // Военно-исторический журнал. — 1965. — № 5.
- Рокоссовский К. К. На Волоколамском направлении. На северных подступах к столице. // Военно-исторический журнал. — 1966. — № 11—12.
- Рокоссовский К. К. Победа на Волге. // Военно-исторический журнал. — 1968. — № 2.
- Рокоссовский К. К. На Центральном фронте зимой и летом 1943 года. // Военно-исторический журнал. — 1968. — № 6.
- Рокоссовский К. К. Письмо главному редактору «Военно-исторического журнала» В. А. Мацуленко. // Военно-исторический журнал. — 1992. — № 3.
- Кардашов В. И. Рокоссовский. — 3-е изд. — М.: Мол.гвардия, 1980. — (Жизнь замечательных людей)
- Соколов Б. В. Рокоссовский. — М.: Мол. гвардия, 2010. — (Жизнь замечательных людей)
- Носкова А. Ф. К. К. Рокоссовский в Польше. 1949—1956 гг.:неизвестные страницы биографии / Studia polonica. К 70-летию Виктора Александровича Хорева.- М.: «Индрик», 2002.
- Маршал двух народов. Варшава:, 1980.
- Юрий Лубченков «100 великих полководцев Второй мировой», 2010 г.
Filmlər
redaktə- ЦСДФ (РЦСДФ). Полководцы. 1988. 59 minutes in.
- 1949 — Bədii film "Stalinqrad döyüşü" — Rokosovski rolunun ifaçısı - SSRİ xalq artisti Livanov Boris Nikolayeviç
- 1972 — kinoepopeya "Azadlıq" — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Vladlen Davıdov.
- 1977 — kinoepopeya - "Azadlıq əsgərləri — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Vladlen Davıdov.
- 1985 — kinoepopeya "Moskva uğrunda döyüş" - Rokosovski rolunun ifaçısı — RSFSR xalq artisti Aleksandr Qoloborodko.
- 1990 — Bədii film "Stalinqrad" — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Aleksandr Qoloborodko.
- 1994 — Teleserial "Əsrin faciəsi" - Rokosovski rolunun ifaçısı — RSFSR xalq artisti Vladlen Davıdov.
İstinadlar
redaktə- ↑ Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ 1 2 Рокоссовский Константин Константинович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Konstantin Konstantinowitsch Rokossowski // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "QƏLƏBƏ FORMULU". 2014-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-18.
Xarici keçidlər
redaktə- Сайт, посвящённый памяти К. К. Рокоссовского. Arxivləşdirilib 2015-05-12 at the Wayback Machine
- Биография на сайте Хроно. Ру
- Письмо главному редактору «Военно-исторического журнала» В. А. Мацуленко
- «Советский Багратион» — Маршал К. К. Рокоссовский
- К. К. Рокоссовский «Солдатский долг» (издательство «Олма-пресс», 2002 г., ISBN 5-94850-001-2) — читать
- Маршал Рокоссовский: гений в тени победы (Ф. Лавалье)
Həmçinin bax
redaktə