Vasili Cuykov - Wikipedia
Vasili İvanoviç Çuykov (rus. Василий Иванович Чуйков; 31 yanvar (12 fevral) 1900[3][4][…], Serebryannıy Prud, Tula quberniyası[d][7] – 18 mart 1982[5][6][…], Moskva[8]) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945).[9]
Vasili Çuykov | |
---|---|
rus. Василий Иванович Чуйков | |
Şəxsi məlumatlar | |
Ləqəbi | General Şturm[1][2] |
Doğum tarixi | 31 yanvar (12 fevral) 1900[3][4][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 mart 1982[5][6][…] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Xidmət illəri | 1917-ci ildən |
Rütbəsi | Sovet İttifaqı Marşalı |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyadakı sovet hərbi kontingentinin baş komandanı (1949-1953), Kiyev Hərbi Dairəsinin komandanı (1953-1960), SSRİ Quru Qoşunlarının Ali Baş Komandanı - SSRİ Müdafiə Nazirinin müavini (1960-1964), SSRİ Mülki Müdafiə Qüvvələrinin rəisi (1961-1972). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1961-1982).
1942-1946-cı illərdə Stalinqrad döyüşündə xüsusi fərqlənən 62-ci ordunun komandanı olub.
Həyatı
redaktəUşaqlığı
redaktəVasili İvanoviç Çuykov[10] 12 fevral 1900-cü ildə çoxuşaqlı kəndli ailəsində (8 qardaşı və 4 bacısı olub.) indiki Moskva vilayətinin Serebryannıy Prud kəndində anadan olub.[11] Milliyyətcə rusdur[12]. Atası — İvan İonoviç Çuykov (3.03.1865 — 27.06.1958), Serebryannıy Prud kəndində kəndli olub. Anası — Yelizaveta Fyodorovna Çuykova (5.09.1865 — 29.03.1958) Şirobokov kəndində kəndli olub. Vasili Çuykov 4 sinifli kilsə məktəbini (1907–1911) bitirmiş, 12 yaşında Petroqrada getmiş, usta yanında şagird olmuşdur. 1917-ci ildə Kronştadt şəhərində xidmət etmişdir[13]. 1919-cu ildə Sov.İKP-nın üzvü olmuşdur.
Ailəsi
redaktəHəyat yoldaşı — Valentina Petrovna Çuykova (qızlıq soyadı: Pavlova) (1907–1984). Oğlu — Aleksandr Vasilyeviç Çuykov (1946–2012) heykəltaraş olub, Qızı Nelli Vasilyevna Çuykova (d. 1928). Nəvəsi — Vasili Konstantinoviç Timoşenko-Çuykov.[14]
Vətəndaş müharibəsi
redaktəRusiya vətəndaş müharibəsi zamanı — 1918-ci ildə Vasili Çuykov atıcı rota komandirinin köməkçisi olmuşdur. 1921-ci ildə polka rəhbərlik etmişdir. Vətəndaş müharibəsi zamanı Vasili Çuykov 4 dəfə yaralandı: 1) 1919-cu ilin mayında Şərq cəbhəsində — əlindən yaralandı; 2) 1919-cu ilin iyulunda Şərq cəbhəsində (Muslimovo kəndində) — ayağından yaralndı; 3) 1920-ci ilin mayında Qərb cəbhəsində — ayağından yaralandı; 4) 1920-ci ilin sentyabrında Qərb cəbhəsində (Ostrov şəhərində) — çiynindən yaralandı.[15]
İştirak etdiyi döyüşlər
redaktə- Rusiya vətəndaş müharibəsi
- Sovet-fin müharibəsi
- Qırmızı ordunun Polşa yürüşü (1939)
- Çin-yapon müharibəsi (1937–1945)[16]
- İkinci Dünya müharibəsi[17]
- Stalinqrad döyüşü[18][19][20][21]
1921-ci ilin iyulundan — 1922-ci ilin yanvarına qədər 4 nömrəli hərbi hissənin rəisi, Smolensk quberniyasının Velij şəhərinin qarnizon rəisi, 1922-ci ilin yanvarından polk komandiri olub. Vasili Çuykov 1918-ci ildə Moskvada hərbi təlimatçı kurslarını[13], 1925-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı, 1927-ci ildə Akademiyanın Şərq fakültəsini[22], o cümlədən, 1936-cı ildə Fəhlə-Kəndli Qızıl Ordusu Mexanikləşdirmə və motorlaşdırma Hərbi Akademiyası yanında akademik kurslarını bitirmişdir. 1927-ci ilin noyabrında — Moskva hərbi dairəsi qərargahı rəisinin köməkçisi olmuşdur.
1927-ci ilin iyulunda — Çində hərbi məsləhətçi olmuşdur.[23][24] 1939-cu ilin dekabrında Sovet-Fin müharibəsi zamanı ordu komandanı olmuşdur.
Böyük Vətən müharibəsində (1941–1945) iştirakı
redaktəVasili Çuykov 1942-ci ilin mayında İkinci Dünya müharibəsi zamanı 1-ci (iyuldan 64-cü) rezerv (ehtiyat) ordunun komandanı olmuşdur. 1942-ci il, 12 sentyabrdan 62-ci orduya komandanlıq etmiş,[25] Stalinqradın müdafiəsində mühüm rol oynamışdır. Stalinqradın müdafiəsində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, I dərəcəli Suvorov ordeni ilə təltif edildi.[26] İkinci Dünya müharibəsi zamanı göstərdiyi rəşadətlərə görə 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, o cümlədən çoxsaylı orden və medallara layiq görülmüşdür.[27]
İkinci Dünya müharibəsindən sonrakı illər
redaktəVasili Çuykov 1949–1953-cü illərdə Almaniyada sovet qoşunları qrupunun baş komandanı,[28] 1953–1960-cı illərdə Kiyev hərbi dairəsi qoşunlarının komandanı olmuşdur. Çuykov 1960-cı ildən SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, 1961-ci ildən SSRİ Mülki Müdafiə rəisinin müavini, 1964–1972-ci illərdə SSRİ Mülki Müdafiə rəisi, 1972-ci ildən isə SSRİ Müdafiə Nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru olmuşdur. 1952–1961-ci illərdə Sov. İKP MK üzvlüyünə namizəd, 1961-ci ildən Sov. İKP MK-nın üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (2–10-cu çağırış) deputatı olmuşdur. 9 dəfə Lenin ordeninə layiq görülmüş, SSRİ hərb tarixində dərin iz buraxmış Vasili Çuykov 18 mart 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir.[29] Özünün vəsiyyəti ilə Stalinqrad döyüşündə həlak olanların, "Ana-vətən" abidəsinin yanında—Volqoqradda Mamayev kurqanında dəfn edilir.[30]
Hərbi rütbələri
redaktə- Briqada komandiri (17.02.1938)
- Diviziya komandiri (23.07.1938)
- Korpus koma diri (9.02.1939)
- General-leytenant (4.06.1940)[31]
- General-polkovnik (27.10.1943)
- Ordu generalı (12.11.1948)
- Sovet İttifaqı Marşalı (11.03.1955)
Mükafatlar və adlar
redaktəSSRİ mükafatları
redaktə- İki dəfə Sovet İttifaqı Qəhrəmanı (19.03.1944, 6.04.1945)[32]
- 9 dəfə Lenin ordeni (1943, 1944, 1945, 1950, 1960, 1970, 1975, 1978, 1980)
- "Oktyabr inqilabı" ordeni (22.02. 1968)
- 4 dəfə Qırmızı Bayraq ordeni (1920, 1925, 1944, 1948)
- 3 dəfə Suvorov ordeni (1943, 1944, 1945)
- Qızıl fəxri silah (şaşka) (1968)
- 16 SSRİ medalı:
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
- "Moskvanın müdafiəsinə görə" medalı
- "Stalinqradın müdafiəsinə görə" medalı
- "Yaponiya üzərində qələbəyə görə" medalı
- "Berlinin alınmasına görə" medalı
- "Varşavanın azad edilməsinə görə" medalı
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı
- "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
- "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
- "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
- "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
- "Moskvanın 800 illik xatirəsinə" medalı
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Xarici medallar
redaktə- "Xalqlar dostluğu ulduzu" ordeni (ADR)
- "Qrünvald xaçı" ordeni (PXR)
- "Hərbi rəşadətə görə" (Virtuti Militari) qızıl xaçı (PXR)
- Suxe-Bator ordeni (MXR)
- "Çin-Sovet dostluğu" medalı
- Çinin 2 ordeni
Fəxri adlar
redaktə- Volqoqradın fəxri vətəndaşı
- Berlinin fəxri vətəndaşı (8 may 1965-ci ildən 29 sentyabr 1992-ci ilə qədər).
- Zaporojyanın fəxri vətəndaşı
- Ulan Udenin fəxri vətəndaşı
Xatirəsi
redaktə- Moskva vilayətinin Serebyannıy Prud şəhərində Vasili İvanoviç Çuykovun memorial ev-muzeyi,[33]
- Serebryannıy Prud şəhərində abidəsi (müəllifi — heykəltaraş Yevgeni Vuçetiç)
- Serebryannıy Prud şəhərində büstü (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov)
- Volqoqradın Mamayev kurqanında məzarı,
- Volqoqradda 62-ci ordu dənizkənarı parkında heykəli (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov)[34]
- Zaporojyanın Dneprovski rayonunda büstü[35]
- Zaporojya vilayətinin Smorodino kəndində xatirə nişanı[36]
- Polşanın Poznan şəhərində memorial lövhə
- Rusiyanın bir çox şəhərlərində (Moskva, Volqoqrad, Kazan, Çelyabinsk, Zaporojya, Nikolayev və s.), o cümlədən, Ukrayna və Belorusda adına küçə vardır.
- Moskvadakı 479 №-li və s. kimi məktəblər onun adınadır.[37][38]
- Perm hərbi institutu onun adınadır.
Ədəbiyyat
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
- "Ташкент" — Ячейка стрелковая / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 690 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 8).
- Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.
- Великая Отечественная война 1941–1945. Энциклопедия / под ред. М. М. Козлова. — М.: Советская энциклопедия, 1985. — 832 с. — 500 000 экз.
- В. А. Егоршин "Фельдмаршалы и маршалы". М., 2000.
- Маршалы Советского Союза: личные дела рассказывают. М., 1996.
- Сталинградская эпопея. М.: Наука, 1968.
- Коллектив составителей и редакторов. Военный совет при народном комиссаре обороны СССР. 1938, 1940 гг.: Документы и материалы.. — М.: РОССПЭН, 2006. — 336 с. — 1000 экз. — ISBN 5–8243-0694-X.
- Ларин М. Ю., Хватов А. В. Неизвестные войны России. — М.: ООО "Дом Славянской книги", 2012. — 480 с.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Информационно-публицистический еженедельник «Истоки»: Информационно-публицистический еженедельник «Истоки» Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine.
- ↑ Василий Иванович Чуйков — герой Сталинграда Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine.
- ↑ 1 2 Bibliothèque nationale de France Vasilii Ivanovich Chuĭkov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Vasily Ivanovich Chuikov // TracesOfWar.
- ↑ 1 2 Vasily Chuikov // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Wassili Iwanowitsch Tschuikow // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Чуйков Василий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Чујков Васили Иванович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
- ↑ "Vasili Çuykov – Ordu əfsanəsi". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
- ↑ "Marşal Çuykovun həyatı". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
- ↑ Биография В. И. Чуйкова на сайте "Герои страны" Arxivləşdirilib 2012-04-14 at the Wayback Machine.
- ↑ 1 2 Советская военная энциклопедия
- ↑ "Vasili Çuykov haqqında sənədli film". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
- ↑ Bax: Rusiya vətəndaş müharibəsi
- ↑ Чуйков В. И. От Пекина до Берлина. 1927–1945. (Сборник всех воспоминаний) — М., Алгоритм, 2015.
- ↑ John Keegan. The Battle for History: Re-fighting World War Two (Barbara Frum lecture series), Vintage Canada, Toronto, 1995. Republished by Vintage Books, New York, 1996, p. 121
- ↑ Сталинградская эпопея. М.: Наука, 1968.
- ↑ Craig, William (1973). Enemy at the Gates: the Battle for Stalingrad. New York: Penguin Books, ISBN 0-14-200000-0, pp. 90, 91
- ↑ Antoni Beevor (1998). Stalingrad. New York: Viking, ISBN 0-14-024985-0, pp. 128, 129
- ↑ Чуйков В. И. От Сталинграда до Берлина Arxivləşdirilib 2022-05-14 at the Wayback Machine. — М.: Воениздат, 1980. — 672 с., 22 л. ил.
- ↑ Pavel Quserin. M. V. Frunze adına Hərbi Akademiyanın Şərq fakültəsi. — Saarbrükken: LAP LAMBERT Academic Publishing, 2014. — С. 51. — ISBN 978-3-659-37302-2.
- ↑ Чуянов, Алексей Семёнович. На стремнине века. Записки секретаря обкома|ответственный дание. Москва, Политиздат, 1976
- ↑ Чуйков В. И. Миссия в Китае Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine. — М.: Воениздат, 1983.
- ↑ Vasili Çuykov — Mən 62-ci ordudanam Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
- ↑ Герои Сталинградской битвы: окопный генерал Чуйков / Губернские Вести Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine.
- ↑ Чуйков В. И. Конец третьего рейха Arxivləşdirilib 2019-01-18 at the Wayback Machine. — М.: Советская Россия, 1973.
- ↑ Jochen Hellbeck: Die Stalingrad Protokolle. S. Fischer Verlag, Frankfurt a. M. 2012, ISBN 978-3-10-030213-7, Kapitel Armeegeneral Wassili Tschuikow, S. 319–348.
- ↑ С молитвой в партбилете и сердцем в Сталинграде. Путь маршала Чуйкова Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine.
- ↑ Могилы знаменитостей. Чуйков Василий Иванович (1900–1982) Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine.
- ↑ "General-leytenant Vasili Çuykov". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
- ↑ Sovet İttifaqı Qəhrəmanlarının siyahısı (V)
- ↑ Дом-Музей В. И. Чуйкова — Серебряно Прудский район Arxivləşdirilib 2013-09-26 at the Wayback Machine.
- ↑ Памятник Чуйкову Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine в Волгограде — фото.
- ↑ Памятник Герою Советского Союза Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine.
- ↑ Герой Советского Союза Желтов Алексей Сергеевич. "Герои страны" Arxivləşdirilib 2013-06-17 at the Wayback Machine.
- ↑ Положение о музейном комплексе "Боевой путь 62–8-й гвардейской ордена Ленина армии" государственного образовательного учреждения системы Департамента образования города Москвы [ölü keçid].
- ↑ "Vasili Çuykovun abidəsinin açılışı". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə