Kanijali Siyavus Pasa - Wikipedia
Kanijalı Siyavuş Paşa (1500-cü illər – 1602, İstanbul) — Sultan III Murad dönəmində 3 dəfə - ümumilikdə 5 il 4 ay 12 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Kanijalı Siyavuş Paşa | |
---|---|
Əvvəlki | Qoca Sənan Paşa |
Sonrakı | Özdəmiroğlu Osman Paşa |
14 aprel 1586 – 2 aprel 1589 | |
Əvvəlki | Xədim Məsih Mehmed Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
4 aprel 1592 – 28 yanvar 1593 | |
Əvvəlki | Sərdar Fərhad Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
Şəxsi məlumatlar | |
Doğum adı | Kanijeli Siyavuş Paşa |
Doğum tarixi | 1500-cü illər |
Doğum yeri | Macarıstan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Siyavuş Paşa türbəsi |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Uşaqları |
Əhməd bəy Əbdülqadir bəy Süleyman bəy İbrahim bəy bir qız uşağı Sultanzadə Sənan bəy Sultanzadə Mustafa Paşa |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəƏslinin xorvat vəya macar olduğu dəqiq bilinməsə də, doğum yerinin bugünkü Macarıstan olduğu bilinir.[1] Əndərunda saray təhsili almış, saray xəzinədarının kəndxudası olaraq saraydan ayrıldı və 1567-ci ildə "böyük miraxur" olaraq vəzifələndirildi. 1569-cu ildə yeniçəri ağası olan Siyavuş Paşa qısa müddət sonra Rumeli bəylərbəyi təyin olundu. Qübbə vəziri olduqdan sonra 1580 tarixində II Səlimin ən kiçik qızı Fatma Sultanla evləndirildi.
İlk sədarəti
redaktə24 dekabr 1582 tarixində Qoca Sənan Paşanın yerinə ilk dəfə sədarətə alındı. Qafqaz səfərinə sərdar təyin olunsa da, vəzifə yükünün ağırlığından bu vəzifəni qəbul etmədi. Yerinə Qafqaz sərdarı olan Özdəmiroğlu Osman Paşa ordunu nizama salmaqda çətinlik çəkdi. Bundan başqa İstanbulda qalan qapıqulu əsgərləri də bu vəziyyətdən məmnun deyildi. Üstəlik qapıqulu əsgərlərinin maaşına edilən 1 axcalıq artım da, bu narazılıqları artırdı. Şikayət üçün divana çıxan qapıqulu sipahi əsgərləri sədrəzəmi təhqir etmiş, sultanın qulağına çatan bu hadisədən sonra Siyavuş Paşa sədarətdən alınmış, yerinə Özdəmiroğlu Osman Paşa gətirilmişdir.[2]
İkinci sədarəti
redaktəSədrəzəm Özdəmiroğlu Osman Paşa sədarətə gəldikdən sonra da 1584 tarixində sərdar olaraq Səfəvilərin üzərinə getdi və Təbrizi işğal etdi. Ancaq 29 oktyabr 1584 tarixində xəstələnib vəfat etdi. Yerinə ikinci vəzir olan Hadım Məsih Mehmed Paşa sədarətə gəldi. Ancaq Məsih Mehmed Paşa 1584-cü ilin aprel ayında rəisülküttab Həmzə Əfəndi ilə girişdiyi iqtidar mübarizəsində uduzdu və sultandan öz istefasını istədi. Beləliklə, Kanijalı Siyavuş Paşa ikinci dəfə sədarətə gətirildi.[3]
İkinci sədarət dönəmində də əsgərlərlə mübarizəyə girişən Siyavuş Paşa ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə sikkə pulların qızıl tərkibini azaltdı. Əyarı pozulan qızıl sikkələr əsgərlərə paylandı və nəticədə 1589 tarixli Bəylərbəyi hadisəsi baş verdi. Üsyan nəticəsində sipahilər sultan müsahibi Mehmed Paşanı öldürdülər. Hadisənin qarşısını ala bilmədiyi üçün Siyavuş Paşa sədarətdən alındı.[3]
1591-ci ildə - Fərhad Paşanın sədrəzəmliyi dönəmində Ərzurum əhalisi orada qışlayan yeniçərilərdən şikayət etdi və nəticədə əhali ilə yeniçərilər arasında iğtişaş baş verdi. Bu xəbər paytaxta çatdı və paytaxtdakı yeniçərilər ülufə divanında qazan devirib üsyan başlatdılar. Məsələni böyütmək istəməyən Fərhad Paşa sultana bu haqda heç nə deməsə də, 1592-ci ildə bu hadisə sultanın qulağına çatdı. Nəticədə Fərhad Paşa sədarətdən alındı və yerinə üçüncü dəfə Siyavuş Paşa sədrəzəm seçildi.[4]
Siyavuş Paşa bu üçüncü sədarət dönəmində də qapıqulu əsgərləri ilə mübarizə apardı. 1593-cü ildə bir ülufə divanı əsnasında çıxan sipahi ayaqlanması Siyavuş Paşanın artıq dövlət məsələlərində yetərsiz olduğunu bir daha sübut etdi. Siyavuş Paşa sədarətdən və digər vəzifələrindən azad edilərək təqaüdə çıxarıldı. Ömrünün son 10 ilini İstanbulda dövlət işlərindən uzaq keçirən Siyavuş Paşa 1602-ci ildə burada vəfat etdi. Əyyubsultanda yerləşən Siyavuş Paşa türbəsinə dəfn olunmuşdur.
Siyavuş Paşanın Fatma Sultandan 3 övladı olmuş, bunlardan ən kiçiyi olan qız uşağı isə xanımının ölümünə səbəb olmuşdur. Paşanın ilk evliliyindən isə 4 oğlu (Əhməd bəy (ö. 1581), Əbdülqadir bəy (ö. 1582), Süleyman bəy (ö. 1586), İbrahim bəy (ö. 1588)) və 1 qızı dünyaya gəlmişdir.
Həmçinin baxın
redaktəİstinadlar
redaktə- ↑ Danışmend, İsmail Hâmi, (1961) Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi, say.22.
- ↑ İbrahim Peçevi Efendi (haz. Bekir Sıtkı Baykal) (1999), Peçevi Tarihi (2 Cilt), İstanbul:Kültür ve Turizm Bakanlığı) ISBN 975-17-1109-6
- ↑ 1 2 Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVİ. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu say.342
- ↑ Atayı tarihi