Kenan Haci - Wikipedia
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.
Kənan Hacı | |
---|---|
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Fəaliyyəti | esseist, şair, tərcüməçi |
Üzvlüyü |
Həyatı və Fəaliyyəti
redaktəKənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. "İki sahil", "Ədalət", "Vətəndaş həmrəyliyi", "Yazar" və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, "Qanun" Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun "Qərib axşamlar" verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.[1][2]
Mükafatları
redaktə- 2004-cü ildə Müstəqil Media Mərkəzinin "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Kitab bayramı" yarışmasında "2009-cu ilin Yeni Nəsil yazarı" mükafatını alıb. "Qızıl Qələm" və "Həsən bəy Zərdabi" mükafatları laureatıdır.
- 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatına layiq görülüb.
- 2020-ci ildə Orta Asya Yazarlar və Tarixçilər Birliyi tərəfindən Türk Dünyasına xidmətlərə görə "Turan Birliyi" medalına layiq görülüb.
- 2020-ci ildə həmçinin "Vektor" Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Şahmar Əkbərzadə" adına beynəlxalq mükafata layiq görülüb.
- 2024-cü ildə "Cəfər Cabbarlı" mükafatına layiq görülmüşdür.[3][4]
Əsərləri
redaktə- 2008-ci il — "Retro yuxular" (Xüsusi buraxılış)
- 2009-cu il — "Özündən qaçmaq olmur" (şeir)
- 2010-cu il — "Çəhrayı qan" (nəsr)
- 2010-cu il — "Quşlar üçün karusel" (nəsr)
- 2011-ci il — "Yağ kimi" (roman)
- 2013-cü il — "Atamın sevgilisi" (nəsr)
- 2013-cü il — "Yaddaş kartı" (memuar-roman)
- 2014-cü il — "Rəqqasə" (roman)
- 2015-ci il — "Uzaqdasan, soyuqdur" (şeir)
- 2015-ci il — "Ədəbiyyatın kulisi" (esselər)
- 2017-ci il — "Fironun dəftəri" (roman)
- 2017-ci il — "İki qadını ayıran pəncərə" (nəsr)
Pyesləri
redaktə- 2004-cü il — "Kölgə" (pantomim)
- 2017-ci il — "Xəlbir və ney"
Tərcümələri
redaktə- Lev Tolstoy – "İnsan nə ilə yaşayır"
- Umberto Eko – "Naməlum O"
- "Həyat işığı" (Rus ədəbiyyatından seçmələr)
- "Əjdahanı necə öldürdülər" (Avropa yazarlarından hekayələr)
- "Actus reus" (müştərək)
Mənbələr
redaktəYazıçı Kənan Hacı Hepatit C virusundan əziyyət çəkir.Musavat.az
Kənan Hacının səhhəti haqqındaAzadlıq.info
Kənan Hacı tapıldıQafqaz.info
İstinadlar
redaktə- ↑ "Şair, publisist, jurnalist, yazıçı, Kənan HacıI tamaşa premyerasında". Yazarlar.az. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ "Müəllif - Kənan HACI". Edebiyyatqazeti.az. 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ Azərbaycan Milli Elmlər Akademiyası. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AMEA. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.
- ↑ AzərTAc. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AzərTAc. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.