Jan Fransua De Laperuz - Wikipedia
Jan Fransua de Qalo, qraf de La Peruz (ənənəvi yazılışı Laperuz; 23 avqust 1741, Qo, Albi — 1788)- hərbi-dəniz zabiti, məşhur fransız dəniz səyyahı. Dünya səyahətinə çıxdığı bütün heyətlə birlikdə Santa-Kruz adalar qrupuna daxil olan Vanikoro adasında həlak olmuşdur.
Jan Fransua de Laperuz | |
---|---|
fr. Jean-François de Galaup, comte de Lapérouse | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1741[1][2][…] |
Vəfat tarixi | 31 dekabr 1788[3] (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1756-cı ildən |
Rütbəsi | kommodor[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJan Fransua de Laperuz 15 yaşında Brestdə yerləşən Kral hərbi-dəniz Akademiyasına daxil olmuşdur (1756-cı il). Hələ 17 yaşında ikən, təhsilinin bitməsinə qalmış Yeddi illik müharibə və Şimali Amerika sahillərində müxtəlif döyüşlərdə iştirak etmişdir. 18 yaşında marşal de Konflan ilə admiral Houk arasında baş vermiş döyüş zamanı yaralanmış və əsir götürülmüşdür. Nəticədə, 5 il ərzində İl-de-Frans adasında (indiki Mavriki) müxtəlif vəzifələrdə çalışmışdır. "Sena" gəmisinin kapitanı kimi Hindistana 2 dəfə üzmüşdür. O, burada gələcək həyat yoldaşı kreol əsilli Eleonor Bruda ilə tanış olmuşdur.
1777-ci ildə Fransaya qayıdanda Mae qəsrini sultan Maxaraştrın donanmasının hücumundan qoruduğuna görə Müqəddəs Lüdoviq ordeni və leytenant rütbəsi ilə təltif olunmuşdur. Fransanın hərbi-dəniz donanmasının zabiti kimi ABŞ İstiqlaliyyət müharibəsində və ingilislərə qarşı Antil adalarından Labradora qədər ərazidə baş vermiş döyüşlərdə iştirak etmişdir.
Paris sülh müqaviləsinin bağlanmasından sonra kral XVI Lüdoviqin özü şəxsən ona dünya səyahətinə çıxmağı tapşırır. Laperuz və onun komandasının üzvləri haqda sonuncu xəbər 1788-ci ilin yanvarına təsadüf edir. 1826-cı ilə qədər onların taleyi naməlum qalmışdır.
Səyahəti
redaktəO öz səyahətinə 1785-ci ildə başlamışdır. Onun səyahətinin qarşısında fransız bazaların möhkəmlənməsinə əsaslanan coğrafi, etnoloji, iqtisadi (balinaların ovunun və xəz malların əldə edilməsini öyrənmək), siyasi məsələlər durmuşdu. O, bu səyahətə "Astrolyabiya", "Bussol" gəmiləri ilə çıxmışdır. Onun komandası ilk öncə Horn burnunu keçərək Çilidə, Pasxa adasında və Havay arxipelaqında olur. 1786-cı ilin sonunda onlar Alyaskaya çatırlar. Bir müddət burada dayandıqdan sonra yenidən Sakit okeana çıxaraq Asiyaya yollanırlar. Onun komandası Saxalinə çatdıqdan sonra Saxalinlə Hokkaydo adası arasında 101 km uzunluğa malik boğaz kəşf edirlər (indiki Laperuz boğazı).
Laperuzu sonuncu dəfə Yeni Kaledoniya, Santa-Kruz adası, Süleyman adalarına tərəf yollanan yerdə görüblər. Bundan sonra heç kim onu nə görüb, nə də onun haqda eşitmişdir.
Ekspedisiyanın izlərinin axtarışı
redaktəLaperuzun ekspedisiyasının yoxa çıxması hamını narahat etmişdir. Rəvayətə görə, XVI Lüdoviqin cəllada eşafotda son sözləri "Laperuzdan bir xəbər yoxdur?" sualını verməsi olmuşdur.
Axtarışlar təxminən 40 ilə yaxın davam edir. 1826-cı ildə ingilis kapitanı Piter Dillon Vanikoro adasında gəmi qəzasının qalıqlarına rast gəlir. 1828-ci ildə bu adaya Dümon-Dürvil "Astrolyabiya" adlı gəmisi (Laperuzun gəmisinin şərəfinə adlandırmışdır) ilə gələrək kapitan Dillonun xəbərini təsdiq edir və qəza yerində abidə qoydurur.
Rusiyada Laperuzun şərəfinə qoyulan abidələr
redaktə1843-cü ildə Petropavlovskda Laperuza ağacdan heykəl qoyulsa da, Petropavlovsk müdafiəsi zamanı dağıdılımışdır. Abidə 1882-ci ildə yenidən bərpa olunmuşdu.
İstinadlar
redaktə- ↑ University of Toronto, Laval University JEAN-FRANÇOIS DE, Comte de LAPÉROUSE GALAUP // Dictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). / G. Brown, D. Hayne, F. Halpenny, R. Cook, J. English, M. Trudel, A. Vachon, J. Hamelin UTP, Presses de l'Université Laval, 1979. ISSN 0420-0446; 0070-4717
- ↑ Jean François de Lapérouse // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ Jean François de Galaup // FranceArchives: Portail national des archives. 2017. ISSN 2556-3521
- ↑ Jean-François de Galaup La Pérouse // Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ Jean François de Galaup de La Pérouse // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Jean-François de Galaup de La Pérouse // LIBRIS. İsveç Milli Kitabxanası, 2012.