Antil Adalari - Wikipedia
Antil adaları (isp. Antillas) - Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu.
Antil adaları | |
---|---|
ing. Antilles, fr. Antilles, isp. Antillas, nid. Antillen | |
Ümumi məlumatlar | |
Adaların sayı | 50 |
Ən böyük adası | Kuba adası |
Ümumi sahəsi | 228662 km² |
Hündür nöqtəsi | 3087 m |
Əhalisi | 42.000.000 nəfər (2009-cu il) |
Yerləşməsi | |
12°11′10″ şm. e. 68°59′22″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəArxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir.[1]
Coğrafiyası
redaktəAdalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var. Dyabloten, Sufriyer, Montan-Pele və s.). Küləktutmayan adalar Karib And dağları strukturları ilə əlaqədardır. Antil adalarının ərazisi (Kubanın düzən sahələrindən başqa) çox seysmikdir.
İqlimi
redaktəİqlimi tropik passatdır. İllik yağıntı 1200–2000 mm, küləktutan yamaclarda 5000 mm, küləktutmayan yamaclarda 700–800 mm-dir. Yayın axırlarında güclü qasırğalar səciyyəvidir.
Bitki örtüyü
redaktəTəbii bitki örtüyünə –savannalara və tropik meşələrə az rast gəlinir. Küləktutan yamaclarda həmişəyaşıl meşələr qalmaqdadır.[2]
Böyük Antil adalarının tərkibinə daxil olan adalar:
Ada | Sahə, km² |
Əhali, nəf. |
Sıxlıq, nəf./km² |
Dövlət |
---|---|---|---|---|
Kuba | 110.860 | 11.242.621 | 101,41 | Kuba |
Haiti | 76.480 | 19.890.000 | 260,07 | Dominikan Respublikası və Haiti |
Yamayka | 10.991 | 2.735.520 | 248,89 | Yamayka |
Kayman adaları | 264 | 54.878 | 207,87 | Kayman adaları (Böyük Britaniyanın mülkiyyəti) |
Puerto-Riko | 9.104 | 3.994.259 | 438,74 | Puerto-Riko (ABŞ) |
Ümumi | 207435 | 37862400 | 182,53 |
- Kiçik Antil adalarının tərkibinə əlliyə yaxın ada daxildir. Burada daxil ən iri adalar Trinidad adası və Puerto-Rikodur.
Tərkibinə daxil olan adalar:
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Antilles/Greater Antilles and Lesser Antilles/Antilles Map Arxivləşdirilib 2019-01-15 at the Wayback Machine, Map Universal
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 545. ISBN 978-9952-441-02-4.