Ii Oskar - Wikipedia
II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu.
II Oskar | |
---|---|
isv. II Oscar Frederik | |
| |
18 sentyabr 1872 – 8 dekabr 1907 | |
Əvvəlki | XV Karl |
Sonrakı | V Qustav |
1829 – 1872 | |
Əvvəlki | İohann |
Sonrakı | Karl Fridrix Bernadot |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Stokholm |
Dəfn yeri | |
Təhsili | Uppsala Universiteti |
Fəaliyyəti | monarx |
Atası | I Oskar |
Anası | Yozefina Leuxtenberq |
Həyat yoldaşı | Sofiya Nassau |
Uşaqları |
V Qustav Oskar Vizborq Karl Bernadot Eugen Bernadot |
Ailəsi | Bernadotlar sülaləsi |
Dini | Lüteranizm |
Rütbəsi | Admiral |
Elmi fəaliyyəti | |
Tanınır | Norveçin son İsveçli kralı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı.[3] 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.[4] 1848-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvlüyünə seçilmişdir. 1868-1872-ci ildə İsveç Hərbi Cəmiyyətinin sədri idi. 1866-cı ildən sonra Rusiyaya qarşı İsveçi gücləndirmək məqsədiylə Almaniyanı dəstəklədi. Ümumiyyətlə, Oskar qardaşının anti-Almaniya siyasətini bəyənmir və tez-tez onu tənqid edirdi.
Hakimiyyəti
redaktə1872-ci ildə qardaşı XV Karlı əvəz edərək taxta çıxmışdır. Ölkə içində mühafizəkar bir siyasət izlərkən, xarici əlaqələrdə Skandinaviya ölkələrinin əməkdaşlığını müdafiə etdi. Onun şüarı Brödrafolkens väl / Broderfolkenes Vel (Qardaş xalqların rifahı) idi. 1870-ci illərdən Birinci dünya müharibəsinin əvvəllərinədək başına qədər İsveçin siyasi və mədəni həyatına damğasını vuran Almanpərəstliyin yaranmasında iştirak etdi. Otto von Bismarka heyran idi. Onun hakimiyyəti dövründə 1896-cı ilk dəfə hökumət başçılığına sosial-demokrat baş nazir Hjalmar Branting gəlmişdir. Onun dövründə Dövlət Statistika və Poçt komitələri kimi bir çox dövlət sosial xidmət qurumu yaradılmışdır.
Yeni kəşflər
redaktəHakimiyyəti kameranın icadı dövrü ilə kəsişən Oskarın dövründə ilk dəfə olaraq İsveç hakim ailəsinin videosu qeydə alınmışdır. Bundan əlavə Oskar 1853-cü ildə teleqrafla maraqlanmışdı. 1880-ci illərdə telefon, elektrik və velosipedin icadından sonra saraya ilk dəfə elektrik xətti çəkildi. Avtobus və avtomobillərin ömrü isə az çəkdi, çünki çox səs salırdılar. 1904-cü ildə saraya ilk dəfə telefon xətti çəkildi.
Şəxsiyyəti
redaktəƏdəbiyyat ilə çox məşğul olan Oskar, Avqust Strindberqi özünə rəqib hesab edirdi. Onun Qırmızı otaq (1879), Yeni çarlıq (1882) və Nikah haqda hekayələrini (1884) tənqid etmişdi.
Fransada dincələrkən bir qadın və uşağın həyatını qurtardığı üçün Fransa imperatoru III Napoleon tərəfindən medalla təltif olunmuşdur.[5]
Norveçin itirilməsi
redaktəİsveç-Norveç birliyini qorumaq üçün böyük səy göstərsə də 1905-ci də Norveç taxtından çəkilmək məcburiyyətində olarkən çox sarsıldı İsveç və Norveç arasındakı əlaqələr XIV Karlın Norveç əsilzadəliyini ləğv etməsindən bəri onsuz da pis idi. Norveçdəki seperatizm meylləri Almaniyadan kömək istəyən Oskar II Vilhelmin onu zəif hökmdar kimi gördüyünü bildirməsindən sonra daha da gücləndi 1898-ci ilədək Norveç parlamenti üç dəfə öz bayrağını ticarət gəmilərində istifadə etmək üçün qəbul etsə də, kral buna veto qoymuşdu. Üçüncü dəfədə isə kral bezdi və qəbul etdi, bu isə İsveçdə mühafizəkar dairələrin qəzəbinə səbəb oldu.
Buna cavab olaraq, 1905-ci ilin aprelində hökumət buraxıldı, həmin ilin iyununda yeni hökumət, Norveçi müstəqil dövlət elan etdi. Norveç taxtına qardaşınəvəsi VII Haakon gəldi. Hazırkı kral V Harald həm də onun nəticəsidir.
Ölümü
redaktəNorveç taxtını itirməsi onun üçün ağır oldu və 1905-ci ildən sonra sağlamlığı zəiflədi. 1907-ci ildə isə 78 yaşında vəfat etdi.
Ailəsi
redaktə6 iyun 1857-ci ildə Visbadendə Sofiya Nassau ilə evlənmişdi.
Övladları
redaktə- Şahzadə Qustav — Vermlandiya hersoqu
- Şahzadə Oskar — Qotlandiya hersoqu və Vizborq qrafı
- Şahzadə Karl — Vasterqotlandiya hersoqu
- Şahzadə Eugen — Narke hersoqu
İstinadlar
redaktə- ↑ Olsson M. Riddarholmskyrkan - inventories and graves. 1937. S. 460.
- ↑ Bernadotteska gravkoret.
- ↑ Hasselgren, Andreas (1908). Oscar II: en lefnadsteckning. Stockholm: Fröléen. Sid. 9, 13. Libris 642290
- ↑ Oscar II Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine i Herman Hofberg, Svenskt biografiskt handlexikon (andra upplagan, 1906)
- ↑ Sveriges regenter : Från forntid till nutid, Lars O. Lagerqvist, Norstedts, Stockholm 1997 ISBN 91-1-963882-5 p. 394
II Oskar Doğum: 21 yanvar 1829 Vəfat: 8 dekabr 1907
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri XV Karl |
{{{titul}}} 18 sentyabr 1872 – 8 dekabr 1907 |
Xələfləri V Qustav |
{{{titul}}} 18 sentyabr 1872 – 7 iyun 1905 |
Vakant Titulun növbəti sahibi VII Haakon
|