Hjalmar Branting - Wikipedia
Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[5][6][…] – 24 fevral 1925[7][8][…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur.
Yalmar Brantinq | |
---|---|
Hjalmar Branting | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm, İsveç |
Vəfat tarixi | 24 fevral, 1925 |
Vəfat yeri | Stokholm, İsveç |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, jurnalist, redaktor |
Partiyası |
|
Mükafatları | Nobel Sülh mükafatı (1921) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəStokholm və Uppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir. Birinci Dünya müharibəsi baş verdiyində ölkəsinin tərəfsiz qalmasını müdafiə etmişdir. 1919-ci ildə ikinci Sosialist İnternasionalının başçılığını öhdəliyinə götürmüşdür. 1920-ci ildə İsveçin ilk sosial demokrat Baş naziri olmuş, lakin qısa bir müddət sonra müxalifət hökuməti götürmüşdür. sentyabr 1921-aprel 1923-cü illər arasında yenidən Baş nazirlik etmişdir. 1924-cü ilin oktyabrında üçüncü dəfə Baş nazir olmuş, lakin qısa müddət sonra xəstəliyi nəticəsində bu vəzifəni tərk etmək məcburiyyətində qalmışdır.[9]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Branting i Stockholm, K Hjalmar // Two-Chamber Parliament 1867–1970.. 1985. C. 1. S. 67.
- ↑ 1 2 Karl Hjalmar Branting (S) // Sveriges riksdag 1924 : porträttalbum (швед.). 1925. S. 67. 147 s.
- ↑ Hjalmar Branting // (unspecified title).
- ↑ HJALMAR BRANTING FÖDD 23.11 1860 DÖD 24.2 1925 ARBETARLEDAREN FREDSKÄMPEN STATSMANNEN. Sveriges släktforskarförbund.
- ↑ 18601123 Branting, Karl Hjalmar // Sveriges dödbok.
- ↑ K Hjalmar Branting (швед.). 1917.
- ↑ Брантинг Карл Яльмар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Dictionary & Thesaurus Widgets Karl Hjalmar Branting". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.