Ii Kir - Wikipedia
Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşan – e.ə. 530, Sırdərya[1]) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir.[2]
II Kir | |
---|---|
Qədim fars dilində: Kuruş Farsca: کوروش بزرگ (Kuruş-e Bozorq-Böyük Kir), və ya کوروش دوم (Kuruş-e Dovvom-II Kir) | |
Əvvəlki | I Kambiz (Anşan vilayəti padşahı olaraq) İştiməngü (Midiya Şahənşahı olaraq) |
Sonrakı | II Kambiz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. e.ə. 600 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 530 |
Vəfat yeri | Seyhun, Skifiya, və ya Araz çayı, Massaget xanlığı |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | suveren[d], hərbi lider[d], təşkilati təsisçisi[d], monarx |
Anası | Mandana |
Uşaqları | II Kambiz, Bardiya, Artistona, Atossa, Rəqsanə |
Ailəsi | Əhəmənilər sülaləsi |
Dini | Mazdaizm |
Vikianbarda əlaqəli mediafayllar |
Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan başda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər.[3] Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.[4]
Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu[5] gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.[6]
Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideynləri I Kambiz və Mandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.[7]
Kir e.ə. 559-cu ildə hakimiyyətdə öz atasını əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar Astiaqa qarşı üsyan qaldırır.[8] Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş verir. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir.[9] Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır.[10]
İstinadlar
redaktə- ↑ Freebase Data Dumps. Google.
- ↑ Kuhrt, A. 13 // The Ancient Near East: C. 3000-330 BC. Routledge. pp. 647. ISBN 0-4151-6762-0.
- ↑ Herodot, 1.127.1
- ↑ Pierre Briant: "Od Kira do Aleksandra: Povijest Perzijskog Carstva" (From Cyrus to Alexander: A History of the Persian Empire), preveo Peter Daniels, Indiana: Eisenbrauns, 2002., str. 28.
- ↑ Herodotus correctly names Cyrus' parents, though he does not know that Cambyses was a king. cf. How, W. W., & Wells, J. (1991). A commentary on Herodotus with introduction and appendixes. Oxford [Oxfordshire]: Oxford University Press. i.107
- ↑ James Ussher, Larry Pierce i Marion Pierce, str. 109.
- ↑ Walter Burkert, Homo Necans, 1983:103–09.
- ↑ M. A. Dandamaev, A Political History of the Achaemenid Empire, tr. W. J. Vogelsang, (1989) Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine p. 17–18
- ↑ Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881) p. 350.1.1
- ↑ Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 351. London, Richard Bentley * Son (1881) p. 351.8
Xarici keçidlər
redaktəII Kir Doğum: e.ə. 600 Vəfat: e.ə. 530
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Əhəmənilər imperiyasını qurdu |
Əhəmənilər imperiyası Şahı ?- e.ə. 530 |
Xələfləri II Kambiz |
Sələfləri I Kambiz |
Əhəmənilər Krallığı Şahı e.ə. 559- e.ə. 530 |
Xələfləri Əhəmənilər imperiyasını quruldu |