Hicri Teqvimi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري, ət-təqviməl-hicri).
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.
Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ
(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).[1].
Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.
1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimində göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsilə, Qriqori təqviminə çevrilə bilərdi. Hal-hazırda isə internetdəki bəzi saytlar vasitəsilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.
Hicri-qəməri təqvimdəki ayların adı
redaktəAy | Azərbaycanca | İngiliscə | Ərəbcə | Gün | Müxtəsər |
Birinci ay | Məhərrəm | Muharram ul Haram | محرم | 30 | M |
İkinci ay | Səfər | Safar ul Muzaffar | صفر | 29 | S |
Üçüncü ay | Rəbiuləvvəl | Rabi' al-awwal | ربيع الأول | 30 | Ra |
Dördüncü ay | Rəbiulaxır | Rabi' al-thani | ربيع الثاني | 29 | R |
Beşinci ay | Cəmadiyələvvəl | Jumada al-awwal | جمادى الأولى | 30 | Ca |
Altıncı ay | Cəmadiyəlaxır | Jumada al-thani | جمادى الثانية | 29 | C |
Yeddinci ay | Rəcəb | Rajab | رجب | 30 | B |
Səkkizinci ay | Şaban | Sha'aban | شعبان | 29 | Ş |
Doqquzuncu ay | Ramazan | Ramadan | رمضان | 30 | N |
Onuncu ay | Şəvval | Shawwal | شوال | 29 | L |
Onbirinci ay | Zilqədə | Dhū al-Qaʿda | ذو القعدة | 30 | Za |
Onikinci ay | Zilhiccə | Dhū al-Hijjah | ذو الحجة | 29 ya da 30 | Z |
Həftənin günlərinin adları
redaktəgün | Ərəbcə | Azərbaycanca | Farsca |
1 | يوم الأحد yəvmu-l əhəd | Bazar | یکشنبه Yekşənbe |
2 | يوم الإثنين yəvmu-l isnəyn | Bazar ertəsi | دوشنبه Doşənbe |
3 | يوم الثُّلَاثاء yəvmu-l sulasə | Çərşənbə axşamı | سه شنبه Seşənbe |
4 | يوم الأَرْبِعاء yəvmu-l ərbəə | Çərşənbə | چهارشنبه Çəharşənbe |
5 | يوم الخَمِيس yəvmu-l həmis | Cümə axşamı, yaxud Adna | پنجشنبه Pəncşənbe |
6 | يوم الجُمُعَة yəvmu-l cumuə | Cümə | جمعه Come və ya آدينه Adine |
7 | يوم السَّبْت yəvmu-s səbt | Şənbə | شنبه Şənbe |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Quran, Tövbə surəsi, 36-cı ayə.