Yehudi Teqvimi - Wikipedia
İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. הלוח העברי, ing. Hebrew calendar) — yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi.
İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir.[1]
Təqvimin e.ə. 10-cu əsrdən qalmış bir nümunəsi İstanbul Arxeologiya Muzeyində saxlanılır.[2]
Yəhudi ayları
redaktəYəhudi ayları qəməri aylardır. Ayın hərəkətlərinə görə tərtib edilib və hər biri 29 və ya 30 gün davam edir. Hər ay yeni Ayın (Molad) ilk dəfə görünməsi ilə başlayır və növbəti yeni Ayın görünüşünə qədər keçən müddəti əhatə edir. Günəş təqvimində 12 ay olaraq hesablanan bir il qəməri əsaslı təqvimdə 12,4 ay olaraq hesablanır. Bu fərqin aradan qaldırılması üçün İvrit təqviminə müəyyən aralıqlarla bir ay əlavə edilir.[1][3] Artıq ay olan Adar II hər 19 ildə 7 dəfə əlavə edilir. Hər 19 ilin 12-də 12 ay var və 3-cü, 6-cı, 8-ci, 11-ci, 14-cü, 17-ci ve 19-cu illərə Adar II əlavə edilir.
Yəhudi təqvimində aylar belə sıralanır:
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Orta və Yakın Şərqdə istifadə edilən təqvimlər / İbrani Təqvimi". 2007-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ "Qezer Təqvimi". 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ "Lüğət". 2007-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.