Qedim Misir Teqvimi - Wikipedia
Qədim Misir təqvimi — adından göründüyü kimi Misirdə tərtib edilmiş ən qədim təqvimlərdən biri. Bu təqvimə əsasən il 3 mövsümdən hər mövsm isə 4 aydan ibarətdir.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Qədim misirlilər mövsümləri kənd təsərüfat işlərinə və təbiət hadisələrinə görə adlandırılmışdırlar. Adətən "Oyanış" ("əkin") mösümündə şumlama, əkin işləri, "Quraqlıq" ("yığım") mövsümündə məhsulun yığımı aparılırdı, "Daşqın" mövsümündə Nil çayı nehrindən çıxar və ətraf əraziləri su basardı. Təqvimə görə ər ay 30 gündən, il isə 360 gündən ibarət olsa da qədim misirlilər ilin həqiqətdə 365 gündən ibarət olduğunu da bilirdilər. Bu məqsədlə qalan 5 günü onlar ilin son ayına əlavə etmişdilər. Bu günlər q.misir Hrj.w-rnp.t - Herui-renpet adlandırılırdı ki, mənası ildən kənar ya il üstü günlər deməkdir. Bu günlərin hər biri tanrılar: Osiris, Hor, Set, İsida, Neftidanın doğum günləri sayılırdı. Bəzən təqvimdə ilk ayı tepi (q.misir tpj - "birinci"), sonuncu ayı isə arki (q.misir arky - "sonuncu") adlandırılırdı. Qədim padşahlıq dövründən etibarən, ilk hökmdardan başlanaraq təqvim tərtibini tapmışdır. Rəsmi sənədlərdə tarix aşağıdakı sxem üzrə göstərilmişdir.
1) "Hökmranlıq ili" (q.misir rnpt-Hsb ) və ilin nömrəsi; 2) ayın işarəsi və mövsüm üzrə nömrəsi; 3) mövsümün adı; 4) günün işarəsi və sıra nömrəsi; 5) "hökmdarın hər iki məmləkəti idarəetmə tarixi" (q.misir xr Hm n nswt-bjt); 6) Kartuşda taxt-tac adı.
Misal:
|
rnpt-Hsb 2 (jbd) 3 Axt (sw) 1 xr Hm n nswt-bjt n(j)-mAat-ra
izahı: Hökmdar III Amenemhetin hakimiyyətinin ikinci ili, III Axetin birinci günü[1].
Qədim Misir təqvimindəki mövsüm və ayların Qriqori təqvimində yeri [2] | ||||
Mövsümlər | Ayların adları (Ay təqvimi) |
Tarix: Elefantina | Tarix: Nil vadisi | |
---|---|---|---|---|
Axet (Daşqınlar) | ||||
I Axet | 1. Vepet-renpet | 5 iyun | 19 iyun | |
II Axet | 1. Texi | 5 iyul | 19 iyul | |
III Axet | 2. Menxet | 4 avqust | 18 avqust | |
IV Axet | 2. Hut-heru | 3 sentyabr | 17 sentyabr | |
Peret (Məhsul/qış) | ||||
I Peret | 3. Ka-her-ka | 3 oktyabr | 17 oktyabr | |
II Peret | 3. Şef-bedet | 2 noyabr | 16 noyabr | |
III Peret | 4. Rekeh-ver | 2 dekabr | 16 dekabr | |
IV Peret | 4. Rekeh-neces | 1 yanvar | 15 yanvar | |
Şemu (Qızmar/yay) | ||||
I Şemu | 5. Renutet | 31 yanvar | 14 fevral | |
II Şemu | 5. Xonsu | 2 mart | 16mart | |
III Şemu | 6. Xenti-xet | 1 aprel | 15 aprel | |
IV Şemu | 6. İpet-hemet | 1 may | 15 may |
İstinadlar
redaktə- ↑ J.Couyat and P.Montet, Les Inscriptions Hieroglyphiques et Hieratiques du Ouadi Hammamat, in Memoires… d’l Institut Francais d’Archeologie Orientale du Caire, 2 vols. Cairo, 1912 — 13, p. 43, 1
- ↑ Jean Meeus: Astronomische Algorithmen - Anwendungen für Ephemeris Tool 4,5 -, Barth, Leipzig 2000 für: Ephemeris Tool 4,5 nach Jean Meeus, Umrechnungsprogramm, 2001.