Hellmut Ritter - Wikipedia
Hellmut Ritter (alm. Hellmut Ritter; 27 fevral 1892[1][2][…], Lichtenau[d], Hessen[3] – 19 may 1971[1][2][…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası.
Hellmut Ritter | |
---|---|
alm. Hellmut Ritter | |
Doğum tarixi | 27 fevral 1892[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 1971[1][2][…] (79 yaşında) |
Vəfat yeri |
|
Elmi dərəcəsi | |
İş yerləri |
|
Həyatı
redaktəHellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və klassik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919).
1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi. Kitabxanalarda əlyazma əsərlər üzərində çalışarkən bunlar haqqında Avropada yetərli qaynağın olmadığını fərq etdi və 1927-ci ildə bir çox Alman elm adamına bu əsərlərlə ilgili kataloqların hazırlanması gərəkdiyini bildirən bir məruzə göndərdi. Bu məruzə üzərinə Alman Şərq Dərnəyinin İstanbulda bir şöbəsinin açılmasına qərar verildi və ilk müdiri Helmut Ritter oldu. Qurulan şöbənin vəzifəsi “Bibliotheca Islamica” seriyası adı altında bir sıra Ərəbcə, Farsca və Türkcə metni nəşretmək, İstanbul kitabxanalarında olan əlyazma əsərlər hqqında Alman elm adamlarını bilgiləndirmək, bu əsərlərin fotolarını onlara göndərmək və gənc şərqşünaslara müşavirlik etmək idi.
1929-1949-cu illər arasında H. Ritterin başçılığında aparılan çalışmalarla iyirmi dörd adət Ərəbcə, Farsca və Türkcə əlyazma əsər elmi-tənqidi mətn hazırlamaq surətiylə nəşr edildi. H. Ritter ayrıca “Philologika” adı altında çeşidli əlyazma əsərləri ayrıntılı biçimdə tanıdıb təhlil etdiyi on altı məqalə yazdı; bunlardan XII-XVI məqalələr "Oriens", digərləri "Der Islam" dərgisində çap olundu. Eyni zamanda İstanbul Universiteti Ədəbiyyat fakültəsində 1936-cı ildə müəllim, 1938-ci ildə dosent olaraq Ərəb və Fars ədəbiyatı dərsləri verdi.
Universitet kitabxanası içində ayrılan bir dairədə kitabxananın zəngin koleksiyalarından yararlanaraq Şərqşünaslıq İnstititutunu qurdurdu. 1949-cu ildə Almaniyaya döndü və əməkli olduğu 1955-ci ilə qədər Frankfurt am Main Universitetində çalışdı. Təqaüdə çıxandan sonra UNESCO tərəfindən W. Dudad və Əhməd Atəş ilə birlikdə, İstanbul kitabxanalarında olan İran şairlərinə aid əlyazmaların kataloqunu hazırlamaqla vəzifələndirildi və bu vəzifəni, eyni zamanda İstanbul Universiteti Ədəbiyyat fakültəsi Ərəb və Fars filologiyaları bölümlərində 1956-1969 illərnda dərs verərək tamamladı. Bir çox məsləkdaşı və tələbəsi, onun yetmişinci yaş gününü (27 fevral 1962) qeyd etmək üçün "Oriens"in 15-19 (1962-1966) saylarında müxtəlif məqalələr nəşr etdirdilər. Yetiştirdiyi Türk tələbələr də Şərqşünaslıq məcmuəsinin 5 sayını (1964) ona həsr etdilər.
Helmut Ritter 1969-cu ildə Almaniyaya döndü və 19 may 1971-ci ildə öldü.
Əsərləri
redaktəAlmaniya şərqşünası Hellmut Ritter Yan Ripka ilə birlikdə Nizami Gəncəvinin Yeddi gözəl əsəri haqqında elmi-tənqidi yazı hazırlamışdı. Əsərin tənqidi nəşrinə yazdığı ön sözdə “Yeddi gözəl”i “yeni fars ədəbiyyatının ən yaxşı və ən gözəl eposu” kimi təsvir edir və eyni zamanda “şərqi hind-avropa ədəbiyyatının ən vacib bədii əsərlərindən biri” olduğunu göstərir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Hellmut Ritter // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #11910296X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.