Gullu Mustafayeva - Wikipedia
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri.
Güllü Mustafayeva | |
---|---|
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı | |
Doğum tarixi | |
Doğum yeri | Çarcuy, Türkistan MSSR, RSFSR |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşları | |
Uşaqları |
|
Fəaliyyəti | rəssam |
Janrlar | portret, mənzərə, natürmort |
Mükafatları |
Həyatı
redaktəGüllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olub[1]. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Yaradıcılığı
redaktəGüllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir.
1947-ci ildə yaratdığı "Məhsəti Gəncəvi" portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll etmişdir. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirir[2]. Məhzəti Gəncəvinin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi şairənin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu büruzə verir. Bu obrazın xüsusiyyətləri ilə gənc rəssam ölkəsinin yaşadığı çox burulğanlı bir periodda sözlə ifadəsi olduqca təhlükəli olan fikirləri əks etdirə bilmişdir. Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova anasının bu əsəri haqqında deyir: "Onun vizit kartı — öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi"[3].
Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin portretlərini yaratmışdır. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal gətirmək olar[4].
Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə — (məsələn, "Bizim uşaqlar" silsiləsi) təşkil edir.
1973-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı", 4 mart 1992-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" adına layiq görülmüşdür.
Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.
Ailəsi
redaktəİlk evliliyi rəssam Həsən Haqverdiyev ilə olmuşdur. Bu evlilikdən doğulan uşaqları:
İkinci evliliyi isə rəssam Nəcəfqulu İsmayılov ilə olmuşdur.[5] Bu evlilikdən doğulan uşaqları:
Ramiz Mustafayev və Faiq Mustafayevin bacısıdır.
İstinadlar
redaktə- ↑ Qafarova, Z. "Həsən və Güllü" dastanı [1] Arxivləşdirilib 2019-06-12 at the Wayback Machine //Mədəniyyət.- 2015.- 13 mart.- S.12–13.
- ↑ Mədəniyyət TV. "Vernisaj. Xalq rəssamı Güllü Mustafayeva" (az.). Youtube.com. 12.11.2020. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
- ↑ Elya Ənvərli Musiqinin mənəvi anası [2] Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine //Region plus.15.09.2015
- ↑ Əsgər Zeynalov İRƏVAN XANLIĞI… GERÇƏKLİYİN AYDINLIĞI. Lulu Enterprises, 2016. S. 297
- ↑ "Zemfira Qafarova: "İndi səsi olmayan oxuyana, mahnısı beşgünlük bəstəkara "ünlü" deyirlər" — "Xalq cəbhəsi" 2 fevral 2008, səh 14". 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-31.