Fantaziya Hamami - Wikipedia
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub.[1]
Fantaziya hamamı | |
---|---|
40°22′28″ şm. e. 49°50′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Dilarə Əliyeva küçəsi 114 |
Memar | Nikolay fon der Nonne |
Tikilmə tarixi | 1896 |
Vəziyyəti | yararsız |
İstinad nöm. | 3731 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]
Haqqında
redaktəErkən dövrü
redaktəFantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib[3]. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə[4] istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
1914-cü ilə qədər Bakıda su kəməri olmayıb. Buna görə də hamamı su ilə təmin etmək üçün böyük su ehtiyatına ehtiyac olurdu. Hətta bəzən "Fantaziya" bir neçə günlük ehtiyat su toplamaq üçün bağlanırdı.
Hamamın açıldıqdan sonra 14 may 1897-ci ildə onunla bağlı "Kaspi" qəzetində yazılmış məqalədə müəllif Fantaziya hamamının çox dəbdəbəli tikildiyini əsas göstərərək sahibinin qoyduğu sərmayəni çıxara bilməyəcəyini yazmışdı[5]. O yazırdı:
Bakı kapitalistlərinin əksəriyyəti öz kapitallarının 30 faizini dividend verən neft müəssisələrinə qoymağa üstünlük verirlər. Texniki qurğularının mükəmməlliyini və möhkəmliyini, xüsusi su təchizatı sistemini və s. nəzərə alsaq, hamamın sahibi çətin ki, 4 faiz gəlir əldə etsin[6]. |
Hamamda proseduralardan sonra çay içmək üçün xüsusi bir zal da var idi. Bundan başqa "Fantaziya"nın daxili həyətində də çay masaları mövcud idi. Binanın divarları və döşəməsi də mərmərdən idi. Hamamın daxilində bir bütöv mərmərdən yonulmuş vanna, bütün divarlarında çoxlu yapma naxışlar, mələklər, yunan allahları, tavanında isə Şərq və Roma üslubunda divar naxışları var idi. Hamamda iyirmiyə yaxın lakey və ofisiant və bir o qədər də xadimə işləyib. Servis oxumaq üçün rus, fransız qəzetləri və jurnalları da təklif edirdi[7].
Burada həm də canlı musiqi səsləndirilirdi, 1900-cü ildə isə onu yeni dəbə çıxan fonoqrafla əvəz etdilər[7].
Sovet işğalında
redaktə1920-ci ildə Aprel işğalından sonra binadan satıla biləcək avadanlıqları çıxarıb satırlar. Hətta hamamın bəzi yerlərindəki mərmərlər də sökülür[7]. Binanı bir müddət hərbi hospital kimi, sonra isə məktəb kimi istifadə edirlər[7]. 1920-ci illərin sonunda hamam restavrasiya edildikdən sonra yenidən təyinatına uyğun istifadəyə verilir[7].
Müstəqillikdən sonra
redaktəAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra Fantaziya hamamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina hamam kimi 2010-cu illərin əvvəllərinə qədər fəaliyyət göstərib. 2012-ci ildə burada "Qorxma, mən səninləyəm!" filminin davamı olan "Qorxma, mən səninləyəm! 1919" filminin bir səhnəsi çəkilib. Filmdə hamamın yapma naxışlı və fəvvarəli əsas zalını görmək mümkündür[8].
Bina dövlət tərəfindən qorunsa da özəl mülkiyyətdədir. Və 2012-ci ildən sonra tamamilə fəaliyyətsiz qalıb. Fəaliyyətsiz qalan hamamın binası qəzalı vəziyyətdədir[9]. Müxtəlif illərdə vətəndaşlar hamamın bərpası üçün eləcə də onun sökülməsinin qarşısını almaq üçün imza toplayıb aidiyyəti qurumların diqqətini cəlb etməyə çalışıblar[10].
2018-ci il noyabrın 1-dən 10-dək Avropa İttifaqı tərəfindən Bakıda "Fantaziya Mədəni İrs Festivalı" keçirilib[11]. Festival Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq üçün keçirilib[12]. Festival öz adını Fantaziya hamamından alıb[13][14]. 2019-cu ildə isə Gəncədə II "Fantaziya" Mədəni İrs Festivalı keçirilib[15].
2018-ci ildə Azərmarka tərəfindən Fantaziya hamamına həsr edilmiş marka nəşr edilib[16].
2022-ci ildə binanın mülkiyyətçisi hamamı söküb yerində yeni tikintiyə başlamaq üçün ətrafını hasarlayıb[17]. İctimaiyyətin və Azərbaycan Memarlar İttifaqının müdaxiləsi sayəsində söküntünün qarşısı alınıb, ətrafına çəkilmiş hasarlar sökülüb və sahibinə qarşı akt tərtib edilib[18].
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb. 2013. səh. 474-476. ISBN 978-9952-32-020-6. 2022-11-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-24.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. August 2, 2001. July 7, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 24, 2022.
- ↑ Timur Rzayev. "«Фантазия» бакинской истории: Как спасти от разрушения архитектурную баню XIX века" (rus). 1news.az. September 24, 2020. July 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ Oksana Bulanova. "Баня "Фантазия" в Баку: фантазия роскоши" (rus). azerhistory.com. April 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Баня "Фантазия" (Баку)" (rus). ourbaku.com. December 1, 2009. May 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2022.
- ↑ Aygün Əziz. "Sahibinin kəşfi olan hamam" (az.). Kaspi (qəzet). May 21, 2022. May 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2022.
- ↑ 1 2 3 4 5 Məhərrəm Zeynalov. "Şirlər kimi qoruyur?" (az.). jam-news.net. 2017-04-26. 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
- ↑ "Знаменитая старинная баня "Фантазия" в Баку и ее истории" (rus). jam-news.net. April 25, 2017. October 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ Кямаля Алиева. "Бакинский шедевр фон дер Нонне — под угрозой исчезновения" (rus). sputniknews.ru. May 22, 2022. May 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Fantaziya hamamını məhv olmaqdan xilas edək!" (az.). change.org. 2020. Archived from the original on November 25, 2022. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Baku hosts FANTAZIA" (ingilis). eeas.europa.eu. October 26, 2018. November 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "European Union to conduct Baku Cultural Heritage Festival" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. September 19, 2018. February 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Bakıda "Fantaziya" festivalı olacaq" (az.). Amerikanın Səsi. September 20, 2018. January 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ P.Sultanova. "Bakıda Fantaziya Festivalı başlayıb" (az.). 1news.az. November 1, 2018. November 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Gəncədə II "Fantaziya" mədəni irs festivalı çərçivəsində silsilə tədbirlər keçirilir" (az.). ganja-ih.gov.az. November 8, 2019. November 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Bakı memarlığı. Fantaziya hamamı" (az.). azermarka.az. December 4, 2018. January 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ Fərid Zöhrabov. "Bakının məşhur "Fantaziya" hamamı sökülür?" (az.). May 19, 2022. May 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Nəsimi rayonunda "Fantaziya" hamamı hasarlanıb: binanı nə gözləyir – bərpa və ya sökülmə?" (az.). bakuplus.az. May 17, 2022. November 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2022.
Xarici keçidlər
redaktə- Qorxma, mən səninləyəm! 1919 filmi
- Bakının mərkəzində baxımsız "Fantaziya" / AzTv
- Tarixi "Fantaziya" hamamı nə üçün hasarlanıb? / İTV
- Bakı haqqında — Fantaziya hamamı #50
- Baxımsız qalan Fantaziya hamamı / ARB24
- Bakıda dağılmaq təhlükəsi olan "Fantaziya" hamamı / Belə belə işlər
- Fantaziya festivalı yekunlaşıb / CBC