Co Bayden - Wikipedia
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[1][2][…], Skranton, Pensilvaniya[5][7]) — amerikalı siyasətçi, ABŞ Demokratlar Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti (2021–2025). O, Barak Obama prezidentliyi dövründə (2009-2017) ABŞ-nin 47-ci vitse-prezidenti, 1973-2009 illərin arasında isə ABŞ Senatında Delaver ştatının senatoru olub.
Co Bayden | |
---|---|
ing. Joseph Robinette Biden Jr. | |
20 yanvar 2021 – 20 yanvar 2025 | |
Vitse-prezident | Kamala Harris |
Əvvəlki | Donald Tramp |
Sonrakı | Donald Tramp |
20 yanvar 2009 – 20 yanvar 2017 | |
Prezident | Barak Obama |
Əvvəlki | Dik Çeyni |
Sonrakı | Mayk Pens |
Şəxsi məlumatlar | |
Doğum adı | Joseph Robinette Biden Jr. |
Doğum tarixi | 20 noyabr 1942[1][2][…] (82 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil, universitet müəllimi[d], yazıçı, diplomat, hüquqşünas |
Atası | Cozef Robinett Bayden (ata)[d][5] |
Anası | Cen Bayden[d][10] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Bayden ailəsi[3] |
Dini | katolisizm[11] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq[5], siyasət |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
joebiden.com/es/inicio | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri (1942–1965)
redaktə1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında[12] irland əsilli ailədə dünyaya gəlmişdir.[13][14] Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi.[12]
Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı.[15] 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi.[16] 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar. Sonra Uilminqton şəhərində başqa bir evə köçdülər.[15] Daha sonra Co Bayden Sr. ikinci əl avtomobil satışı işinə başladı. Beləcə ailə orta təbəqə olaraq həyatını davam etdirdilər.[15][16]
Bayden Kleymontdakı Archmere akademiyasının futbol komandasında oynayırdı. Həmçinin orada beysbol da oynadı. 1961-ci ildə məktəbdən məzun oldu. Neuarkdakı Delaver Universitetində qısa müddət Amerika futbolu oynamağa davam etdi. 1965-ci ildə tarix və siyasət sahəsində iki əsas, dilçilik üzrə isə kiçik dərəcəli təhsil almışdır. Qiymət ortalaması "C" idi. 688 şagirdli məktəbdə 506-cı oldu.[17] Bayden "ailəmdə lazımınca alkaqol istifadəçisi var" deyərək alkaqol istifadə etmədiyini bir neçə dəfə demişdir.[18]
Hüquq və siyasət fəaliyyəti (1966–1972)
redaktə1968-ci ildə Sirakuz Universitetinin hüquq fakültəsindən 85 tələbədən 76-cı[17] olaraq məzun oldu.[19] Astma xəstəliyinə görə əsgərlik xidməti üçün müraciət etdikdə "hal-hazırda uyğun deyilsiz" cavabı ilə qəbul edilmədi.[20]
Bayden 1968-ci ildə yerli respublikaçı Uilyam Prikettin başçısı olduğu Uilminqton hüquq bürosunda katib olaraq fəaliyyət göstərdi. Daha sonra isə "özümü respublikaçı olaraq hiss etdim" demişdir.[21]
Bayden 1969-cu ildə vəkillik fəaliyyəti göstərdi.[22] Daha sonra müttəfiqi ilə birlikdə hüquq bürosu yaratdılar. Amma bu şirkət yaxşı pul qazandırmadı.[15]
Senat seçkiləri
redaktəABŞ senatı olmaq istəyən Bayden vəzifədəki respublikaçı rəqibi Kaleb Boqqsu 1972-ci ilin seçkilərində məğlub etdi. Bloqqsa qarşı rəqib olan demokrat təkcə Co Bayden idi.[15] Bayden seçkilərdən bir neçə ay əvvəl Boqqsu demək olarki, 30/100 xal geridə qoydu. Seçkilərin nəticələrində Bayden %50,5 ilə qazandı.[23]
Senat fəaliyyəti (1973–2009)
redaktəBayden 5 yanvar 1973-cü ildə senat seçildi.[24][25] Həmin il həyat yoldaşı və uşaqlarını avtomobil qəzasında itirmişdi.
İlkin senat fəaliyyəti
redaktəBayden senat olduğu ilk illərdə ətaf mühitin qorunması mövzusu üzərində işlədi.[26] Time juranlının 1974 nömrəli Gələcəyin 200 Üzü jurnalında adı keçdi.[26]
Bayden Senatda olduğu ilk on il ərzində silahlanma idarəsi üzərində məsələlər həll etdi. 1979-cu ildə SSRİ başçısı Leonid Brejnev və ABŞ prezidenti Cimmi Karter ilə imzaladığı SALT II müqaviləsini (strateji silahların məhdudlaşdırılması) konqres təsdiq etdi.
Prezident seçkiləri (1988)
redaktəCo Bayden 9 iyun 1987-ci ildə 1988-ci ilin prezident seçkilərində demokrat prezident olaraq iştirak edəcəyini açıqladı.[27] İlk başlarda etdiyi danışıqlarla xalqın rəğbətini qazana bilmişdi. Prezident seçilmək ehtimalı yüksək idi. Əgər prezident seçilsəydi, ABŞ tarixində Con Kennedidən sonra ikinci ən gənc prezident olacaqdı. Amma avqust ayında etdiyi danışıqda Nil Kinnokun sözlərini oğurlamaqla ittiham edildi.[28] Kinnokun danışığının bir hissəsi ağaşıdakı kimi idi:
Niyə min nəsil sonra universitetə gedə bilən ilk Kinnok mən oldum? Niyə Qlinis (həyat yoldaşı) ailəsindəki min nəsil sonra universitetə gedə bilən ilk qadın oldu?
Baydenin danışığının bir hissəsi isə ağaşıdakı kimi idi:
Buraya gələrkən düşünməyə başladımki, niyə Co Bayden ailəsində universitetə gedən ilk şəxs idi? Niyə orada — izləyicilərin içərisində oturan həyat yoldaşım ailəsində universitetə gedən ilk şəxs idi?
Bu ittihamdan əlavə universitet illərində etdiyi bəzi işlərində üstü açıldı. Beləliklə Bayden 23 sentyabr 1987-ci ildə seçkilərdən namizədliyini geri çəkdi.[29]
Senat Ədliyyə Komitəsi
redaktəBayden 1987–95-ci illər aralığında prezident olduğu Senat Ədliyyə Komissiyasının üzvü idi.
Senat Xarici Siyasət Komitəsi
redaktəBayden uzun müddət idi Senat Xarici Siyasət Komitəsinin üzvü idi. 2001 iyun ayından 2003-cü ilə qədər və 2007-ci ildən 2009-cu ilə qədər komitənin prezidenti kimi fəaliyyət göstərdi. Bayden bu müddət ərzində 60 ölkə və ən azı 150 beynəlxalq təşkilat liderləri ilə görüşdü.[30]
Bayden 1991-ci ildə Xorvatiya müharibəsində serblərin müharibə hüququnu sui-istifadə etdiklərini öyrəndi və Yuqoslaviya müharibələri ilə yaxından maraqlandı.
Prezidentlik fəaliyyəti (2021—2025)
redaktə20 yanvar 2021-ci ildə ABŞ-nin 46-cı prezidenti olaraq vəzifəsinə başlamışdır.[31][32] 78 yaşında bu vəzifəyə seçilən Bayden ən yaşlı prezident və həmçinin Delaverli ilk prezident olmuşdur.[33] Həm də ABŞ prezidentlik tarixində Con Kennedidən sonra ikinci katolisist prezident də o olmuşdur.[34]
Bayden prezident olduğu ilk iki gündə ümumilikdə 17 icra sərəncamı imzalamışdır. Bu say ondan əvvəlki prezident Trampın prezidentliyinin ilk 100 günündə imzaladığı sərəncamlardan çox olmuşdur. Üçüncü gündə imzaladığı sərəncamları Paris iqlim sazişinə yenidən qoşulmaq, Meksika sərhədindəki beynəlxalq vəziyyətin başa çatması, hökuməti Ümumdünya Səhiyyə Təşkilatına yenidən qatılmağa yönəltmək, federal mülklərdə maska taxmaq məcburiyyəti və ABŞ-nin aclıqla mübarizə tədbirləri təşkil etmişdir.[35][36][37][38] 19 aprel 2021-ci ildən etibarən 16 yaş və yuxarı olan hər kəsin COVID-19 peyvəndi edilmək hüququnu qəbul etmişdir.[39] Bayden 2021-ci ilin aprel ayında ABŞ qoşunlarının 2021-ci ilin sentyabrına qədər Əfqanıstandan geri çəkiləcəyini açıqlamışdır.[40]
O, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməkdən imtina etdiyini açıqlayıb.[41]
Ailə həyatı
redaktəİlk evliliyi
redaktəBayden 27 avqust 1966-cı ildə Sirakuz Universitetinin tələbəsi Neilia Hanter (28 iyuı 1942 – 18 dekabr 1972) ilə tanış oldu və bir müddət sonra ailə həyatı qurdu. Cütlüyün Bo Bayden (3 fevral 1969 – 30 may 2015), Hanter Bayden (d. 1970) və Emi Bayden (8 noyabr 1971 – 18 dekabr 1972) adlı üç uşaqları oldu.[42]
18 dekabr 1972-ci ildə həyat yoldaşı Neilia və bir yaşındakı qızları Emi Delaver ştatının Hokessin şəhərində avtomobil qəzasında öldü. Digər oğlu Bo Bayden 2015-ci ildə beyin xərçəngindən öldü. Hanter Bayden isə hal-hazırda Vaşinqtonda vəkil olaraq işləyir.[43]
İkinci evliliyi
redaktəBayden 1975-ci ildə müəllimə Cill Tresi Yakobsla tanış oldu. 17 iyun 1977-ci ildə Nyu-Yorkda ailə həyatı qurdular.[44] Cütlüyün Eşli (d. 1981) adlı uşaqları var.[45]
İstinadlar
redaktə- ↑ 1 2 Duignan B. Joe Biden // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Joseph Robinette Biden // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 5 https://www.gala.fr/stars_et_gotha/joe_biden.
- ↑ 1 2 https://www.workwithdata.com/person/joe-biden-1942.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Broder J. M. Father’s Tough Life an Inspiration for Biden (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2008. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 3 4 5 6 7 8 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
- ↑ 1 2 3 4 5 6 7 8 Catalog of the German National Library (alm.).
- ↑ https://www.la-croix.com/Monde/joe-biden-actualite-info.
- ↑ 1 2 https://www.the-sun.com/news/1719964/joe-biden-college-degrees.
- ↑ Pas L. v. Genealogics (ing.). 2003.
- ↑ https://www.npr.org/sections/politicaljunkie/2009/01/the_first_catholic_vice_presid.html?t=1604805072149.
- ↑ 1 2 https://archive.org/details/isbn_9780061791987
- ↑ "Arxivlənmiş surət". 2020-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2021-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2008-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ https://web.archive.org/web/20021226155950/https://www.senate.gov/artandhistory/history/minute/Youngest_Senator.htm
- ↑ 1 2 https://web.archive.org/web/20130813045404/http://www.time.com/time/magazine/article/0,9171,879402-6,00.html
- ↑ "Arxivlənmiş surət". 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ https://web.archive.org/web/20201107183815/https://www.delawareonline.com/story/news/politics/2020/11/07/one-us-delaware-pride-soars-biden-makes-history/6121243002/
- ↑ https://web.archive.org/web/20210119164919/https://www.nbcnews.com/now/video/biden-to-become-the-second-catholic-president-in-u-s-history-after-jfk-99673157918
- ↑ https://web.archive.org/web/20210120165457/https://apnews.com/article/joe-biden-executive-orders-b5b409da08e42414b9a12e2c67ee2df6
- ↑ https://web.archive.org/web/20210120200346/https://www.cbsnews.com/news/biden-executive-orders-watch-live-stream-today-2021-01-20/
- ↑ https://web.archive.org/web/20210122185925/https://www.economist.com/graphic-detail/2021/01/22/joe-biden-is-taking-executive-action-at-a-record-pace
- ↑ https://web.archive.org/web/20210122112210/https://www.politico.com/news/2021/01/22/biden-executive-orders-hunger-workers-461270
- ↑ https://web.archive.org/web/20210419193018/https://twitter.com/WhiteHouse/status/1384227810290462736
- ↑ https://web.archive.org/web/20210425151524/https://www.dw.com/tr/abd-afganistandaki-askerlerini-%C3%A7ekmeye-ba%C5%9Flad%C4%B1/a-57329833
- ↑ "Bayden prezidentlik yarışından geri çəkildi". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
- ↑ https://web.archive.org/web/20080925021142/http://www.sfgate.com/cgi-bin/article.cgi?f=%2Fn%2Fa%2F2008%2F08%2F22%2Fpolitics%2Fp222636D16.DTL
- ↑ "Arxivlənmiş surət". 2009-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
- ↑ "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.