Cekson Pollok - Wikipedia
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur.
Cekson Pollok | |
---|---|
ing. Paul Jackson Pollock | |
Doğum adı | Paul Jackson Pollock |
Doğum tarixi | |
Doğum yeri | Kodi, Vayominq, ABŞ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Sprinqs, Saffolk, Lonq-Aylend, Nyu-York ştatı, ABŞ |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | rəssam, boyakar[d], rəssam-qravürçü[d] |
Təhsili |
|
Janr | Abstraksionizm |
Stil | Abstrakt ekspressionizm |
Tanınmış işləri | |
Hamisi | Peggi Quggenhaym |
Vikianbarda əlaqəli mediafayllar |
Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu.
Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.[1][2]
İstinadlar
redaktə- ↑ Varnedoe, Kirk; Karmel, Pepe (1998).
- ↑ Horsley, Carter B., Mud Pies, Jackson Pollock, Museum of Modern Art, November 1, 1998 to February 2, 1999, The Tate Gallery, London, March 11 to June 6, 1999 "While it is de rigueur to concentrate on the Arxivləşdirilib 2022-02-09 at the Wayback Machine signature works that define an artist’s "style," it is very important to understand its evolution.