Nyu York Muasir Incesenet Muzeyi - Wikipedia
Nyu-York Müasir İncəsənət Muzeyi (Museum of Modern Art, qısaldılmış şəkildə MoMA) — dünyanın ilk və ən cox ziyarətçisi olan, bir çox oxşar muzeylər üçün etalon rolunu oynayan müasir incəsənət muzeylərindən biri [6]. Tamaşaçılarının sayına görə Amerika Birləşmiş Ştatlarında üçüncü, dünyada ilk iyirmi muzeyi arasında yer tutur [7][8]. 2013-cü ildə Nyu-York Müasir İncəsənət Muzeyini 3 066 337 nəfər ziyarət etmişdir. Nyu-Yorkun ən görməli yerlərindən biridir.
Nyu-York Müasir İncəsənət Muzeyi | |
---|---|
Museum of Modern Art, MoMA | |
Əsası qoyulub | 1928 |
Açılış tarixi | 7 noyabr 1929[1] |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Nyu-York, ABŞ |
Ziyarətçi sayı | 3 066 337 (2013) |
Direktor | Glenn D. Lowry |
Telefon | +1-212-708-9400[4], +1 212-708-9400[5] |
40°45′42″ şm. e. 73°58′39″ q. u.HGYO | |
moma.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNyu-York Müasir İncəsənət Muzeyi (MoMa) 1928-ci ildə Rokfellerlər ailəsinin himayəsi və köməkliyi nəticəsində Manhetten binasının idarə binasının 6 zalında təşkil olunmuşdur. Muzeyin ilk direktoru sənətşünas Alfred Barr olmuşdur.
Muzeyin müasir binasının tikintisinə 1939-cu ildə başlanılmışdır, 1950-ci illərdə Filipp Consonun "beynəlmiləl üslub"unda tikilmişdir. Nyu-York Müasir İncəsənət Muzeyində 1980-cı və 2000-ci illərdə yenudənqurmalar nəticəsində muzeyin sahəsi bir neçə dəfə genişlənmişdir.
Muzeyin eksponatları arasında Van Qoqun "Ulduzli gecə", Matissanın "Rəqs", Pikassonun "Avinyon qızları", Salvador Dalinin "“Yaddaşın əzmi” və ya “Yaddaşın sabitliyi” əsərləri vardır ki, onlarsız XX əsr dünya incəsənətini təsəvvür etmək mümkün deyildir.
1947-ci ildə Nyu-York Müasir İncəsənət Muzeyinin (MoMa) rəhbərliyi Nyu-Yorkun "Metropoliten" muzeyi arasında müasir incəsənət əsərləri kateqoriyasından klassik incəsənət əsərləri kateqoriyasına keçirilmiş əsərlərin Nyu-York Müasir İncəsənət Muzeyindən (MoMa) "Metropoliten" muzeyinə təhvil verilməsi haqqında müqavilə imzalanmışdır [9]. Əgər bu müqavilə 6 il sonra ləğv olunmasaydı, bu gün Nyu-York Müasir İncəsənət Muzeyi (MoMa) müasir incəsənətin klassikinə cevrilmiş külli miqdarda əsərlərdən məhrum olacaqdı.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Elderfield J. de Kooning: A Retrospective (ing.). MoMA, 2011. P. 53. 504 p. ISBN 978-0-87070-798-8
- ↑ 1 2 GRID Release 2017-05-22. 2017-05-22 2017. doi:10.6084/M9.FIGSHARE.5032286
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ http://moma.org/about/info/.
- ↑ https://www.moma.org/about/contact.
- ↑ Kleiner, Fred S. The Development of Modernist Art : The Early 20th Century // Gardner's Art Through The Ages : The Western Perspective (English). Thomson Wadsworth. 2005. 796. ISBN 0495004782. 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
The Museum of Modern Art in New York City is consistently identified as the institution most responsible for developing modernist art ... the most influential museum of modern art in the world.
- ↑ Visitor Figures 2013: Museum and exhibition attendance numbers compiled and analysed Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine, The Art Newspaper, International Edition, Аперль 2014.
- ↑ Рейтинг посещаемости музеев и выставок // The Art Newspaper Russia № 4 (23). — 2014. — май.
- ↑ Моррис Ф. Что такое музей современного искусства в XXI веке Arxivləşdirilib 2012-01-02 at the Wayback Machine // Сноб. — 2009. — 10 марта.