Cenubi Afrika Respublikasi - Wikipedia
Cənubi Afrika və ya qısaca CAR (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.
CAR | |||||
---|---|---|---|---|---|
Republiek van Suid-Afrika | |||||
| |||||
«!ke e: ǀxarra ǁke» «Fərqli insanlar birləşin» |
|||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Keyptaun Pretoriya Blumfonteyn Üç şəhərin üçü də eyni anda paytaxtdır |
||||
İdarəetmə forması | Parlament Respublikası | ||||
Prezident | Siril Ramafosa | ||||
Vitse-prezident | Paul Mashatile | ||||
Sahəsi | Dünyada 24-cü | ||||
• Ümumi | 1.221.037 km² | ||||
• Su sahəsi (%) | 0,380 | ||||
Əhalisi | |||||
• Əhali | 60 604 992 nəfər (24-cü) | ||||
• Siyahıyaalma (2011) | 51 770 560 nəf. | ||||
• Sıxlıq | 42.4 nəf./km² (169-cu) | ||||
• Ümumi | 419.015.636.065 $[2], 405.869.718.462 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $1.050 trilyon dollar (33-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $400.550 milyard dollar (36-cı) | ||||
• Adambaşına | $6,500 dollar (89-cu) | ||||
İİİ (2021) | 0.713 (artım; 109-cu) | ||||
Valyuta | Cənubi Afrika randı | ||||
İnternet domeni | .za | ||||
ISO kodu | ZA | ||||
BOK kodu | RSA | ||||
Telefon kodu | +27 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir.
CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur. Bu siyasət uzun və qanlı mübarizəyə gətirib çıxarıb ki, burada aparıcı rolu qara fəallar - Stiv Biko, Desmond Tutu və Nelson Mandela oynayıb. Daha sonra onlara bir çox ağdərililər, eləcə də hind mənşəli Cənubi Afrikalılar qoşuldular. Aparteidin iflasında beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər də müəyyən rol oynayıb. Nəticədə, siyasi sistemin dəyişməsi nisbətən dinc şəkildə baş verdi: CAR Afrika qitəsində yeganə ölkədir ki, burada bir dəfə də olsun dövlət çevrilişi həyata keçirilməyib.
Yeni CAR-ı bəzən "göy qurşağı ölkəsi" adlandırırlar, çünki bu ölkədə hər millətdən insana rast gəlmək mümkündür.
Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir.
Etimologiya
redaktəCənubi Afrika Respublikasında 11 rəsmi dil qəbul olduğundan, ölkənin 11 rəsmi adı var:
- Republiek van Suid-Afrika (Afrikaans)
- Republic of South Africa (İngilis dili)
- IRiphabliki yeSewula Afrika (cənubi Ndbele)
- IRiphabliki yaseMzantsi Afrika (Kosa)
- IRiphabliki yaseNingizimu Afrika (Zulu)
- Rephaboliki ya Afrika-Borwa (Şımalı soto)
- Rephaboliki ya Afrika Borwa (Sesoto)
- Rephaboliki ya Aforika Borwa (Tsvana)
- IRiphabhulikhi yeNingizimu Afrika (Svati)
- Riphabuḽiki ya Afurika Tshipembe (Venda)
- Riphabliki ra Afrika Dzonga (Tsonqa)
Belə geniş çeşiddə adların olmasına baxmayaraq, bəzi Cənubi Afrikalılar rəsmi adlardan çəkinirlər və ölkəni Azaniya adlandırmağa üstünlük verirlər — bunlar əsasən, Avropa müstəmləkə irsindən uzaqlaşmağa çalışan neqroidlərdir.
Iskamto Creole (oğrular dili) ölkənin şərqində Qautenq vilayətində yerləşən qaradərili şəhər gəncləri arasında geniş yayılmış dildir, rəsmi tanınmır və məktəblərdə tədris edilməsi və danışılması qadağandır.
Coğrafiya
redaktəCənubi Afrika Respublikasının ərazisi 22°Cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir.
CAR 1 221 038 km² sahəsinə malikdir və bu göstərici üzrə dünyada 24-cü yeri tutur. Cənubi Afrikanın ən yüksək nöqtəsi Dragon dağlarında Njesuchi dağıdır.
CAR-da müxtəlif iqlim zonaları, Namib quru çölündən Şərqdə, Mozambik sərhədində və Hind okeanının sahillərində subtropiklərə qədər təmsil olunur. Şərqdə, ərazi sürətlə yüksəlir, Dragonian dağları meydana gəlir və veld adlanan böyük bir daxili yayla hərəkət edir.
Geoloji quruluş və faydalı qazıntılar
redaktəCənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır
Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir. Cənubda Ordovik – Alt Karbonun miogeosinklinal çöküntülərindən ibarət Kap qırışıqlıq qurşağı Karru sineklizinə qovuşur. CAR faydalı qazıntı yataqları ilə zəngindir. Uran, manqan, xrom, qurğuşun, sink, qızıl, platin və almazın iri yataqları Buşveld kompleksi və Üst Arxeyin Vitvatersrand sistemi ilə əlaqədardır. Daş kömür, dəmir filizi, nikel, titan, vanadium, mis, gümüş, qalay, volfram, kobalt, beril, litium, sürmə, torium, zirkon, flüorit, barit, apatit, vermikulit, korund, talk, qrafit, mika, asbest və s. yataqları da mövcuddur.
Relyefi
redaktəÖlkə ərazisinin çox hissəsini plato və yastıdağlıqlar tutur: şm.-ş.-də şiş zirvəli kristallik silsilələrlə (Soutpansberge, Vaterberq, Vitvatersrand), həmçinin yastızirvəli qalıq massivlərlə müşayiət olunan Veld platoları seriyası, Vaal çayının sağsahilboyunda Kuruman, Langeberq və s. qalıq dağlar ilə Kap platosu, cənubda Yuxarı Karru qıraq platoları, qərbdə Kiçik Namakvalend yastıdağlığı (orta hündürlük 1200 m), Oranj çayından şm.-da 900–1000 m yüksəklikdə quru çay dərələri ilə kəsilmiş Kalaxari düzənlikləri yerləşir. Plato və yastıdağlıqların ş.-də sahilboyu düzənliyə, c.-da Böyük Karru çökəkliyinə düşən dik yamacları – Böyük Çıxıntı ölkə ərazisi relyefinin ən səciyyəvi elementidir. Çıxıntının arxasında Kap dağları yüksəlir. Mühüm landşaft səddi olan Böyük Çıxıntı ölkənin daxili rayonları ilə əlaqəni çətinləşdirir.
İqlimi
redaktəİqlimi, əsasən, tropik, 30°Cənub enliyindən cənubda isə subtropikdir. Daxili rayonların iqlimini Hind okeanından gələn rütubətli küləklərin qarşısını kəsən Böyük Çıxıntı formalaşdırır. Sahilboyu ovalıqlarda və Böyük Çıxıntının küləktutan yamaclarında il ərzində 1000–2000 mm, daxili rayonlarda və cənub -qərbdə 150 mm-ədək yağıntı düşür. Yastıdağlıqda yay aylarının orta temperaturu 18–27 °C, qış aylarınkı 7–10 °C-dir. Cənub-qərbdə və Veld platosunda 6 ay müddətində şaxtalar olur; quraqlıq səciyyəvidir. Subtropiklərdə yay aylarının orta temperaturu təqribən 21 °C, qış aylarınkı 13 °C-dən az, yağıntının illik miqdarı 700 mm-dir. Atlantika okeanı sahilində səhra iqlimi hakimdir; temperatur yayda 18–24 °C, qışda 11–15 °C, yağıntı 100 mm-dək olur.
Bitki örtüyü və heyvanlar aləmi
redaktəÖlkədə, əsasən, qırmızı, qırmızı-qonur, qara və boz-qəhvəyi torpaqlar yayılmışdır. Qırmızı-qonur torpaqlar səhra-çöl sahələri, qırmızı torpaqlar isə quru çöllər üçün səciyyəvidir. Quru savannaların“qara torf” adlandırılan dəmirli qara torpaqları məhsuldarlığı ilə seçilir. Yüksəkliklərdə çox vaxt qələviləşmiş qırmızı torpaqlara rast gəlinir. Sahilboyu rayonların torpaqları müxtəlifliyi ilə fərqlənir. Cənub-qərb sahilboyu münbit qonur torpaqlar sahəsidir. Yamacların düzgün şumlanmaması, mal-qaranın otarılması torpağın strukturunun pozulmasına və eroziyaya uğramasına səbəb olur. Quru iqlim süni suvarma problemi yaradır. Torpaqların cəmi 15%-i kənd təsərrüfatına yararlıdır.
Ölkənin bitki aləmi zəngin və rəngarəngdir. İki floristik vilayətə (Kap və Paleotropik) aid olan təqribən 15 min bitki növü vardır. Savanna, yarımsəhra və səhra zonalarının bitkiləri üstünlük təşkil edir. Daha rütubətli rayonlarda müxtəlif palmalar, baobablar, podokarpuslar, qiymətli ağac cinsləri və taxıl otları bitir; Aşağı Velddə park-savanna, yaxud savanna-mopane, Buşvelddə akasiya-südləyən savannası yerləşir. Yarımsəhra və səhra zonaları qərb sahilboyu düzənliyi, Yuxarı, Böyük və Kiçik Karrunu və Kalaxarinin ən quraq hissəsini tutur. Şimal-qərb rayonlarında sukkulentlər, yaxud “daş bitkilər” bitir; Namibiya ilə sərhəddə, qumlu torpaqlarda taxıllar üstünlük təşkil edir. Böyük Veldi otlu çöllər (qrasveld) tutur.
Qrasveld ərazisinin 60%-dən çoxu taxıllarla örtülmüşdür, Rütubətli şərq rayonlarında hündür temeda (1m-ədək), quraq rayonlarda alçaq temeda (hünd. 0,5 m-ədək) yayılmışdır; burada həmçinin daşdayan və topalın müxtəlif növləri vardır. Ölkə ərazisinin təqr. 6,7%-ni meşələr tutur. Şərq sahilboyunda tipik savannalar, 30 °C.e.-ndən c.-da kiçik sahələrdə müxtəlif lianalar və epifitlərlə qarışıq fikuslardan, Kap şümşad ağacı, Kap qırmızı ağacı və Kap ebenasından ibarət subtropik və sərtyarpaqlı həmişəyaşıl kolluqlar, meşələr, dağ yamaclarının bəzi yerlərində subtropik musson meşələri yayılmışdır.
Heyvanlar aləmi yırtıcılardan (vəhşi pişiklər, kaftarlar, panterlər, hepardlar, şirlər), çoxsaylı dırnaqlılardan, fillərdən ibarətdir. Bir neçə viver, iriqulaq it, gəmiricilərin bir neçə cinsi, qızılı göstəbəklər, 15 quş cinsi endemikdir. Ölkədə təqribən 40 minədək cücü və 200 növ ilan, təqribən 150 termit növmüxtəlifliyi məlumdur; şimal -şərqdə sese milçəyi və malyariya ağcaqanadlarının yayılma ocaqları var. Heyvanlar aləmi qoruqlarda və milli parklarda yaxşı mühafizə edilmişdir. Krüger, Kalaxari–Gemsbok və s. milli parkları, çoxsaylı qoruqlar, faunistik rezervatlar vardır.
Tarixi
redaktəEtnik müxtəlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır:
- Müstəmləkədən əvvəlki mərhələ
- Müstəmləkə mərhələsi
- Müstəmləkədən sonrakı mərhələ
- Aparteid mərhələsi
- Apartedi sonrası mərhələ
Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqaların arasındakı şiddətli torpaq anlaşılmazlıqları,təzyiqlər,digər irq və siyasi gərginliklərlə xarakterikdir.
XIX əsrdə almaz və qızıl keşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş,dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir..Kəşflər,eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperatorluğu arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində Boerlərin məğlubiyyətindən sonra, Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatorluğunun müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu.
Bu müstəqillik 1960 referendumunda qərəra alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formlaşması ilə sona çatdı. Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi.İrqi ayrı seçkiliyi və ya rəsmi olaraq “aparteid” olaraq adlandırılan ağ irq qanunu,”ayrılıq”mənasına gələn Afrika sözü olub,1948-ci ildə ortaya çıxdı və Cənubi Afrikanın bir respublika halında biləşməsindən sonra rəsmi bir ayrı seçkilik qanunu halına gəldi.1960 da qüvvəyə minən konstitusiya 27 aprel 1994-cü ildə,silahlı mübarizə və irq ayrı seçkiliyinə qarşı beynəlxalq müxalifətin ardınca, SSRİ-nin əsas olaraq Afrika Milli Konqresinə əsgər və siyasi dəstək təmin etməsiylə,qələbə çaldı.Ölkənin bütün irqlərinin səs verə biləcəyi ilk demoktraik səs vermədən bəri, Afrika Milli Konqresi, Cənubi Afrika Komunist Partiyası və Cənubi Afrika Həmkarlar konnfederasiyası ilə birlikdə ittifaq içərisində Cənubi Afrika siyasətinə hakim oldu.
Qanun və hüquqular
redaktəCAR-ın qanunvericiliyi, bu gün ayrılan üç hüquq ailəsinin elementlərini özündə cəmləşdirib: Romano-Alman, anqlo-sakson və ənənəvi. Ümumiyyətlə, Müasir Cənubi Afrikada Romano-Almaniya hüququ üstünlük təşkil edir, yəni bütün hüquqi qərarlar üzərində qanunun aliliyi, hüququn özəl və ictimai qərarlara aydın şəkildə bölünməsi müşahidə olunur. Ölkədə 1996-cı ildə qəbul olunmuş Konstitusiya var. O, bütün beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını qoruyur və təmin edir. Amma sağ CAR heç də həmişə humanist və tolerant. Uzun müddət orada "aparteid"adı almış qara əhaliyə qarşı ayrı-seçkilik gücləndi. Aparteidin siyasi əsasının aşağı düşməsi və 1990-cı illərdə uzun sürən qanun yaradıcılığı prosesləri nəticəsində CAR-ın hüquqi sisteminə tamamilə yenidən baxıldı və irqi əlamətə görə hər cür ayrı-seçkilik aradan qaldırıldı. 1994-cü ildə ölkədə Konstitusiya Məhkəməsi yaradılmışdır.
Cinayət hüququ
redaktəCənubi Afrika Respublikası cəza hüququnun İngilis nümunəsinə uyğun fəaliyyət göstərdiyi azsaylı ölkələrdən biridir. Məhkəmə sistemi aşağıdakı instansiyalardan ibarətdir:
- Ali Apellyasiya Məhkəməsi
- Yüksək Məhkəmələr
- Magistratura məhkəmələri
Ali Apellyasiya Məhkəməsi Cənubi Afrika Respublikasının Cinayət İşləri üzrə əsas məhkəmə instansiyasıdır. Ölkənin "məhkəmə paytaxtı" olan Blumfonteyn şəhərində yerləşir . Aparteid rejimində qara əhali üçün ayrı-ayrı yerli məhkəmələr mövcud idi. Eyni zamanda, ümumi məhkəmə sistemində hakimlərin böyük əksəriyyəti ağ idi. Siyasi rejimin əleyhdarları üçün xüsusilə amansız cəza tədbirləri nəzərdə tutulmuşdu. Məhkəmə və istintaq olmadan 5 gün müddətinə insanları saxlamağa icazə verildi. Aparteidin düşməsindən sonra bir çox normalar yenidən nəzərdən keçirildi. 1994-cü ildə daxili təhlükəsizlik aktı ləğv edilmiş, 1995-ci ildə ölüm hökmü verilmiş, 1997-ci ildə isə hüquqi cəza almışdır. 90-cı illərdə hüquqi sistemin yenidən nəzərdən keçirilməsi zamanı ölkədə homoseksual nikahlar qanuniləşdirilib ki, bu da onu Afrikada yeganə ölkəyə çevirir.
İnzibati bölgü
redaktəCAR hal-hazırda unitar dövlətdir. Ölkənin ərazisi 9 əyalətə bölünür (İnzibati mərkəzləri ilə):
- Qərbi Burun vilayəti (Keyptaun)
- Şimali Burun vilayəti (Kimberli)
- Şərqi Burun vilayəti (Bişo)
- Kvazulu-Natal vilayəti (Pitermaritzburq)
- Fri Steyt vilayəti (Blumfonteyn)
- Şimal-Qərb vilayəti (Mafikenq)
- Qautenq vilayəti (Yohannesburq)
- Mpumalanqa vilayəti (Nelspreyt)
- Limpopo vilayəti (Polokvane)
1994-cü ilə qədər Cənubi Afrika Federasiya idi və 4 əyalətlərə bölünürdü: Kapskaya, Natal, narıncı azad dövlət və Transveal. Belə bölgü Cənubi Afrika Respublikasının müstəmləkə keçmişini yaxşı əks etdirirdi. Birinci hissə 3 hissəyə, sonuncu hissə 4 hissəyə bölünmüş, şimalda isə ərazinin bir hissəsi Şərqi — Kapskayadan (keçmiş Kapkanın bir hissəsi) şimal-qərb hissəsinə (keçmiş Transvalın bir hissəsi) keçmişdir. Geri qalan iki hissə praktiki olaraq öz cizgilərini qoruyub saxlamışdır.
Bundan başqa, 1951-ci ildən 1994-cü ilə qədər CAR-da bantustanlar - müəyyən millətlərin yaşaması üçün ayrılmış muxtariyyət mövcud idi. Bantustanlardan kənarda qara əhalinin hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı.
Pretoriya rəsmi olaraq Cənubi Afrikanın əsas paytaxtı sayılır, çünki ölkənin hökumət binası orada yerləşir. Hakimiyyətin digər iki qolu digər iki şəhərdə yerləşir: Keyptaunda parlament, Blomfonteyndə Ali Məhkəmə. Onlar da paytaxt hesab olunur. Bu onunla bağlıdır ki, Cənubi Afrika əvvəlcə konfederativ dövlət idi, bununla əlaqədar olaraq, Cənubi Afrika İttifaqının hökumət orqanları onun tərkibinə daxil olmuş dövlətlərin paytaxtlarına bərabər paylanmışdılar.
Əhali
redaktə2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 44.819.778 nəfərdir.[4] Cənubi Afrika Respublikasının (CAR) əsas xüsusiyyəti cəmiyyətin sonsuz müxtəlif olmasıdır. Burada 11 dil dövlət dili hesab olunur, ölkədə tanınmış ictimai xadimlər arasında ravvinləri (yəhudi ruhanisi), tayfa başçılar, reqbi üzrə çempionları və geri qayıdan mühacirləri görmək olar, CAR-da yaxın-yaxına küçələrdə ənənəvi ara həkimləri və birja brokerləri işləyirlər, insanlar isə gil daxmalarda da, cah-calallı çarhovuzlu evlərdə də yaşayırlar. Uzun müddət ərzində ölkədə olan etnik müxtəliflik onun siyasi quruluşunda lazımi qədər əks olunmayıb.
1994-cü ilə qədər Cənubi Afrika Respublikası öz irqinin üstünlüyündən əmin olan və azlıq təşkil edən ağ irqin nümayəndələri tərəfindən idarə olunub. XX əsrdə uzun müddət ölkədə aparteidə qarşı (vətəndaşların irqi mənsubiyyətinə görə rəsmi olaraq ayrı-ayrı yaşamasını tətbiq edən) və demokratik prinsiplərin bütün etnik qruplara tətbiq edilməsi uğrunda mübarizə gedib. Azlıq təşkil edən ağ irq hökumətinin ictimai yenidənqurma sahəsində böyük fikirləri var idi, bura böyük irqi seqreqasiya və minlərlə insanın zor gücünə köçürülməsi daxil idi. Ölkənin daxilində rejim əleyhdarları partladılır, yaxud zəhərləndirilirdi. CAR hakimiyyəti qonşu ölkələrdə məqsədyönlü şəkildə vəziyyəti qarışdırırdılar.
Aparteidin sonu sülh yolu ilə bitdi – CAR hökuməti hakimiyyəti güzəştə getməyə razılıq verdi. Yeni rəhbərlik isə milli barışıq siyasəti elan etdi. Amma münaqişə illəri ölkəyə hələ uzun müddət baha oturacaq – ölkədə tez-tez qanunsuzluqlar törədilir, sosial əlaqələr pozulub, əhalinin böyük hissəsinin ibtidai təhsili də yoxdur. CAR-ın qarşısında həll edilməli bir sıra problemlər var. Bütün bunlara baxmayaraq, rejimin dəyişməsindən sonra burada üç dəfə ümummilli və bir neçə dəfə yerli seçkiləri keçirilib. Respublikada yavaş-yavaş demokratiya mədəniyyəti möhkəmlənir və xalq, az da olsa, onun gələcəyini müəyyənləşdirən qərarların seçiminə təsir edə bilir.
İqtisadiyyat
redaktəAfrika qitəsində CAR iqtisadi cəhətcə ən inkişaf etmiş ölkə sayılır. Bu ölkə Afrikanın digər ölkələrini Ümumi Daxili Məhsulun həcminə görə geridə qoyur, iqtisadiyyatın həm maliyyə, həm də sənaye sektoru güclüdür. CAR faydalı qazıntıların aparıcı ixracatçısıdır. Buna baxmayaraq, valyuta gəlirlərinin əsas mənbəyi turizmdəndir. Bir çox afrikalılar əvvəlki kimi yoxsuldur, işsizlik isə yüksək səviyyədə qalmaqdadır.
Cənubi Afrika[5] ən qədim insan fosillərinə sahib ölkələrdən biridir. Müasir zamanlarda Buşman və Bantu xalqları bu torpaqda məskən saldılar.
1652-ci ildə Hollandiyalı tacirlər Cənubi Afrikanın cənubuna yerləşərək Hollandiyadan Uzaq şərqə uzanan ədviyyat ticarət yolunda fasilə nöqtəsi olan Keyptaun şəhərini qurdular.
Ümid burnu 1806-ci ildə İngilislərin nəzarətinə keçəndə, Hollandiyalı köçkünlər şimala doğru hərəkət etdi və öz müstəqil respublikalarını, Transvaal və Azad Orange dövlətini qurdular. 1867-ci ildə almazın və 1886-cı ildə qiymətli metal olan qızılın kəşf edilməsi ilə bölgənin sərvəti sürətlə artdı. Bu vəziyyət qısa müddətdə bölgənin yerli əhalisinin böyük miqrasiyasına və köləliyinə gətirib çıxardı.
Bu gün Cənubi Afrika təbii qaynaqlarla zəngin, yaxşı inkişaf etmiş maliyyə, hüquq, kommunikasiya, energetika, nəqliyyat sektorlarına və Afrikada dünyanın ən böyük 20-ci birjasına sahib olan orta gəlirli bir ölkədir. Ölkə iqtisadiyyatı son illərdə zəiflədi və 2017-ci ildə aşağı səviyyələrə düşdü. İşsizlik, yoxsulluq və bərabərsizlik ölkənin ən böyük problemlərindən biridir. Ölkənin ümumi işsizlik nisbəti yüzdə 27-dir və bu nisbət qara dərili gənclər arasında daha yüksəkdir. Ölkə məhsullarını şəhər mərkəzlərinə effektiv şəkildə yaymaq üçün infrastrukturun olmasına baxmayaraq, elektrik enerjisində çətinliklər ölkənin inkişafına mane olur. Dövlət elektrik paylayıcı şirkəti olan Eskom, ölkənin enerji tələbatını ödəmək üçün üç yeni stansiya qurur və elektrik şəbəkələrini də təkmilləşdirir ancaq Eskomda ciddi korrupsiya olduğundan, şirkətin böyük miqdarda borcu var.
Cənubi Afrikanın iqtisadi siyasəti inflyasiyanı nəzarət altında saxlayaraq digər tərəfdən daha geniş bir iqtisadi baz yaratmaqdır, ancaq ölkədə iqtisadiyyatın inkişafına mane olan ixtisaslı kadrların olmaması, qlobal bazarda rəqabət gücünün azalması və işçilərin tətil səbəbindən tez-tez işdən çıxması kimi problemlər var. İqtidar partiyasının daxili mübahisələri və ölkənin valyutası olan Cənubi Afrika randının dəyişkənliyi iqtisadi inkişafı təhlükə altına atır. Beynəlxalq sərmayəçilər də ölkənin uzunmüddətli sabitliyinə şübhə ilə yanaşırlar.
Sənayesi
redaktəSənayenin aparıcı sahələrindən biri mədən çıxarma sənayesidir. Yanacaq-enerji resurslarının əsası daş kömürdür. Elektrik enerjisi başlıca olaraq İES-də istehsal olunur. CAR qızıl, platin, almaz, xromit, manqan filizi, vanadium, antimonit, həmçinin asbest hasilatına, uran konsentratlarının istehsalına görə düyada aparıcı yerlərdən birini tutur. Dəmir filizi, əlvan metal filizlərindən mis, antimonit, qalay, nikel çıxarılır. Emal sənayesi sahələrindən ən çox maşınqayırma və metal emalı inkişaf etmişdir (mədən avadanlığı, qaldırıcı kranlar, qazanlar, d.y. vaqonları və s. istehsalı; əsas mərkəz ləri – Cermiston, Sprinqs, Ferinixinq); qara (Pretoriya, Fanderbeylpark, Ferinixinq, Nyukasl) və əlvan metallurgiya (Sprinqs, Cermiston, Pretoriya, Okip), kimya (mineral gübrələr, lak və boyalar və s. istehsalı; Yohannesburq, Keyptaun, Durban rayonları), yeyinti (Keyptaun, Port-Elizabetvə İst-Londonda tərəvəz, meyvə, balıq konservləri istehsal olunur), toxuculuq (Yohannesburq, Durban, Keyptaun və s.) müəssisələri fəaliyyət göstərir. Əsas sənaye rayonları ölkənin şərqində və şimal.-şərqindədir.
Nəqliyyat
redaktəDəmir yollarının uzunluğu 20,2 km-dir (2008). Avtomobil yollarının uzunluğu 364,1 km-dir, 62,995 km-i bərk örtüklüdür (2002). Limanları: Durban, Keyptaun, Riçards-Bey, Saldanya, Port- Elizabet, İst-London.
Kənd təsərrüfatı
redaktəCənubi Afrika respublikasında artıq çoxdandır ki, torpağın kimə məxsus olması barədə məsələ ölkənin gündəmində durur. Kənd təsərrüfatı torpaqlarının böyük hissəsinə indi əvvəlki kimi ağ irqin nümayəndələri sahibdirlər. İndiyə qədər ağ fermerlərin torpaqları yalnız qarşılıqlı razılıq əsasında pul verilərək azad edilib, amma son zamanlar hakimiyyət nümayəndələri tez-tez torpaqların yenidən müəyyənləşdirilməsinin məcburi yolla tezləşdirilməsi haqqında danışırlar. Hökumət 2014-cü ilə qədər kənd təsərrüfatı sahələrinin qaradərili əhalinin mülkiyyətində olan payını 30 faizə çatdırmaq istəyir.
Kənd təsərrüfatı məhsullarının böyük hissəsi avropalılara məxsus fermer təsərrüfatlarından daxil olur. Ölkə ərazisinin 10,8%-ini becərilən sahələr, 66,7%-ini çəmən və otlaqlar, 6,7%-ini meşələr tutur. Əsas k.t. bitkiləri: qarğıdalı, buğda, şəkər qamışı. Meyvəçilik (şaftalı, ərik, alma və s.) və üzümçülük inkişaf etmişdir. Sitrus meyvələri, həmçinin banan, ananas, tütün becərilir. Heyvandarlıq, xüsusən qoyunçuluq mühüm əhəmiyyət kəsb edir. Qara mal və davar yetişdirilir (Afrikada aparıcı yerlərdən birini tutur); quşçuluq inkişaf etmişdir.
Xarici ticarəti
redaktəMineral və kənd təsərrüfatı xam malı, mədənçıxarma sənayesi yarımfabrikatları, kimya və k.t. məhsulları ixrac olunur. Əsas xarici ticarət tərəfdaşları: Çin, Almaniya, ABŞ, Yaponiya, Hindistan.
Səhiyyə
redaktəCAR HİV və QİÇS xəstələrinin sayına görə dünyada ikinci yerdə durur. Ölkədə hər yeddi vətəndaşdan birində QİÇS xəstəliyi qeydə alınıb. İndi milli səhiyyə sistemi pulsuz antiretrovirus preparatları yayılaraq, xəstəliyin sayının azaldılmasına çalışılır.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 6.1 // Constitution of the Republic of South Africa, 1996, Grondwet van die Republiek van Suid-Afrika, 1996, Molaotheo wa Rephaboliki ya Aforika Borwa wa 1996, UmThethosisekelo weRiphabliki yeSewula Afrika we-1996, uMgaqo-siseko weRiphablikhi yoMzantsi-Afrika ka-1996, uMthethosisekelo weRiphabhuliki yaseNingizimu Afrika, we-1996, Molaotheo wa Repabliki ya Afrika Borwa, wa 1996, Molaotheo wa Afrika Borwa wa 1996, uMtsetfosisekelo weRiphabhulikhi yeNingizimu Afrika wanga-1996, Ndayotewa ya Riphabuḽiki ya Afrika Tshipembe, wa 1996, Vumbiwa ra Riphabliki ra Afrika Dzonga, 1996. 1996.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://www.drivesouthafrica.co.za/driving-information/south-africa/.
- ↑ "Statistics South Africa : Population by province for the census years 1996 and 2001". 2005-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ https://ekonomist.co/ekonomist/ekonomi/guney-afrika-ekonomisi-15268/
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)