Baobab - Wikipedia
Baobab (lat. Adansonia digitata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin adansoniya cinsinə aid bitki növü.
Baobab | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Baobab |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Böyük baobab (lat. Adansonia grandidieri) Madaqaskarda olan 6 növdəki baobab ağacının ən böyüyü və ən məşhurudur. Adansoniya cinsi altında nəsli təhlükə altında olaraq təsnif edilmişdir.
Növ Madaqaskar adası üçün endemikdir. Adansoniya adını isə ilk dəfə onu təsnif və tətqiq edən, Fransız bioloq Alfred Grandidier (1836-1921) xatirəsinə ithaf olunub. Hünürlüyü 18 m-dir. Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır. Ağacın budaqları yuxarıdan aşağıya doğru sallandığından isə qübbəvarı çətir əmələ gətirir.
Qabığından və yarpaqlarından "adasoniya" adı verilən qızdırma salan maddə əldə edilən baobabın odunundan da kağız emal olunur. Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub məmnuniyyətlə yeyilir. Uzunömrlülük sırasında bitkilər arasında ilk beşlikdə qərar tutub.