Balaxani Sabuncu Polis Idaresi - Wikipedia
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu.
Balaxanı-Sabunçu Polis Meysterliyi |
---|
Haqqında
redaktəPolis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər
1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib.[1]
Mədəniyyətdə
redaktəPolis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir.[2]
Mənbə
redaktə- Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 265. ISBN 9952-417-14-2.
İstinadlar
redaktə- ↑ "Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü (1918-1920-ci illər, qısa tarixi tədqiqat) Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.7.