Bakililar Film 1938 - Wikipedia
"Bakılılar" — tammetrajlı bədii filmi rejissor Viktor Turin tərəfindən 1938-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].
Bakılılar | |
---|---|
Janr |
dram tarixi |
Rejissor | Viktor Turin |
Ssenari müəllifləri |
Vsevolod Pavlovski Viktor Turin |
Baş rollarda |
Rza Əfqanlı Nikolay Şulgin O. Kutıryeva Boris Baykov Vaso Qodziaşvili V. Baqratuni |
Operatorlar |
Leonid Kosmatov Dmitri Feldman |
Bəstəkar | Nikolay Kryukov |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 4 iyun 1938 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 97 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1938 |
Rəng | ağ-qara |
IMDb | ID0254165 |
Məzmun
redaktəFilm 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin (Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur.[2]
Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur.[2]
Filmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi — Vsevolod Pavlovski, Viktor Turin
- Rejissor — Viktor Turin
- Operator — Leonid Kosmatov, Dmitri Feldman
- Rəssam — Viktor Aden
- Bəstəkar — Nikolay Kryukov
Rollarda
redaktə- Rza Əfqanlı — Cəfər
- Nikolay Şulgin — Mixaylov
- O. Kutıryeva — Lida
- Boris Baykov — Zaxarıç
- Vaso Qodziaşvili — Vaso
- V. Baqratuni — Ruben
- Əlisəttar Məlikov — Cəfərin dostu
- Ş. Babayev — Cəfərin dostu
- Andrey Kostriçkin — jandarm rotmistri
- K. Dobjinski — usta
- Mustafa Mərdanov — menşevik
- Vladimir Otradinski — menşevik
İstinadlar
redaktə- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 32–33
Mənbə
redaktə- Бакинцы
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31–38.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1938-ci ilin Azərbaycan filmləri
1930-cu illər Azərbaycan filmlərinin siyahısı