Azerbaycan Isvec Munasibetleri - Wikipedia
Azərbaycan–İsveç münasibətləri — Azərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-İsveç münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Tarixi
redaktəAXC dövrü
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdir[1].
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur[2].
İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[3]. Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir[3].
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir[4].
İqtisadi əlaqələr
redaktəNobel qardaşları
redaktəƏdəbi əlaqələr
redaktəİndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşur[6]. Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır[6]. "Çöl Qala" romanı "Kirayənişinlər" (isv. "Hyresgäster") adı ilə"Diktonius Text" nəşriyyatında çapdan çıxmışdır[6]. Romanı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirmişdir[6].
İdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış Arxivləşdirilib 2017-05-26 at the Wayback Machine. lib.aliyevheritage.org, 31.01.2009 (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 İsveç dilində Azərbaycan romanı Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. qafqazinfo.az, 09.04.2018 (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |