Avstriyada Turizm - Wikipedia
Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.
Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daim ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.
Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.
Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər.
Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.
Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, Niderland və Böyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada "basabas" mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.
Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.
Xarici turistlər
redaktəAvstriyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil edir:[1]
Yer | Ölkə | 2014 | 2015 |
---|---|---|---|
1 | Almaniya | 11,750,027 | 12,134,836 |
2 | Niderland | 1,671,581 | 1,734,453 |
3 | İsveçrə | 1,309,660 | 1,400,251 |
4 | İtaliya | 1,051,490 | 1,122,936 |
5 | Böyük Britaniya | 802,552 | 875,664 |
6 | ÇXR | 497,925 | 715,119 |
7 | Çexiya | 660,086 | 711,351 |
8 | ABŞ | 632,512 | 708,233 |
9 | Fransa | 516,770 | 517,708 |
10 | Belçika | 514,264 | 514,329 |
11 | Macarıstan | 493,055 | 501,595 |
12 | Polşa | 425,730 | 456,615 |
13 | İspaniya | 309,794 | 348,768 |
14 | Danimarka | 264,704 | 331,507 |
15 | Rusiya | 467,565 | 313,406 |
16 | Cənubi Koreya | 234,557 | 277,032 |
17 | Rumıniya | 264,704 | 275,806 |
18 | Yaponiya | 245,306 | 236,621 |
19 | İsveç | 205,501 | 224,258 |
20 | Sloveniya | 176,760 | 194,186 |
Yekun | 25,291,371 | 26,718,945 |
İstinadlar
redaktə- ↑ "Tourismus in Österreich 2015". 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-02.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Austria haqqında səyahət məlumatları var.
- Official Website of the Austrian National Tourist Office