Aqnostisizm - Wikipedia
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu, eləcə də sözügedən varlıqların mövcud olmasının və olmamasının da sübut oluna bilməyəcəyini irəli sürən fəlsəfi görüş.[1][2][3]
Filosof Uliam Rou aqnostisizmi belə tərif edir: "Aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür".
Ateizm və deizmdən fərqi
redaktəAqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir:
Aqnostisizm inanc deyil. Amma bu mahiyyəti tək bir güclü təcrübədə olan üsuldur. Bu prinsipi şübhəsiz ki, səbəb kimi göstərmək olar. Amma nəticələr sübut edilmiş və yaxud edilə bilər deyiləcək qədər dəqiq göstərilməməlidir. |
"Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953
Növləri
redaktəAqnostik deizm
redaktəAqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər.
Aqnostik ateizm
redaktəAqnostik ateizm yaradıcının var olmadığını düşünən, amma yaradıcının yoxluğunun dəqiq sübut edilə bilməyəcəyini də deyən fəlsəfi görüşdür. Aqnostik atesit şəxs yaradıcının yoxluğuna dair tam dəqiq rəy bildirməz.
Zəif aqnostisizm
redaktəZəif aqnostisizm hər hansısa yaradıcının varlığının və ya yoxluğunun hazırda sübut edilə bilmədiyini, amma bunun tam olaraq sübut edilə bilinməyəcəyini deyir.
Məşhur aqnostiklər
redaktə- Albert Kamü — fransız yazıçı və filosof
- Albert Eynşteyn — yəhudi əsilli alman fizik
- Albert Sent-Dördi — macar fizioloq
- Oldos Haksli — ingilis yazıçı
- Aleksandr Kvasnevski — Polşa prezidenti (1995–2000)
- Aleksandr fon Humboldt — alman təbiətşünas və tədqiqatçı
- Bill Geyts — amerikalı sahibkar, Microsoft-un qurucusu
- Karl Saqan — amerikalı astronom
- Çarlz Darvin — ingilis təbiətşünas
- Çarli Çaplin — ingilis rejissor, aktyor və yazıçı
- Klement Ettli — britaniyalı siyasətçi
- Devid Attenboro — ingilis təbiətşünas
- İlon Mask — amerikalı sahibkar və mühəndis
- Emil Durkhaym — fransız sosioloq
- Epikür — Qədim yunan filosofu
- Fransua Olland — Fransa prezidenti (2012–2017)
- Frans Kafka — yəhudi yazıçı
- Frans Şubert — avstraliyalı bəstəkar
- Haynz Fişer — Avstriya prezidenti (2004–2016)
- Helen Klark — Yeni Zelandiya Baş naziri (1999–2008)
- Hovard Fillips Lavkraft — amerikalı yazıçı
- İmmanuel Kant — alman filosof
- İrvin Yalom — amerikalı ekzistensialist psixiatr
- İsayya Berlin — ingilis filosof
- Ceyms Coys — irlandiyalı şair
- Yanuş Korçak — polşalı uşaq yazıçısı, pediatr və pedaqoq
- Anri Dünan — isveçrəli yazıçı, sahibkar və Qırmızı Xaç təşkilatının qurucusu
- Yohans Brams — alman bəstəkar, pianoçu və drijor
- Karl Popper — Avstriya əsilli britaniyalı filosof
- Larri Kinq — amerikalı televiziya və radio aparıcısı
- Linus Torvalds — finland əsilli amerikalı proqram mühəndisi
- Lüdviq Vittgenşteyn — Avstriya əsilli britaniyalı filosof
- Mariya Küri — polyak əsilli fransız fizik
- Mark Tven — amerikalı yazıçı
- Mişell Baçelet — Çili prezidenti (2014–2018)
- Milton Fridman — amerikalı iqtisadiyyatçı
- Monika Belluççi — italyan aktrisa
- Nil Deqrass Tayson — amerikalı astrofizik
- Nikola Tesla — serb əsilli amerikalı ixtiraçı və fizik
- Protaqor — Qədim yunan sofist və ilk böyük humanist
- Rikardo Laqos — Çili prezidenti (2000–2006)
- Stendal — fransız yazıçı
- Vorren Baffett — amerikalı investor
- Vilhelm Reyx — Avstriya əsilli amerikalı psixatr və psixoanalitik
- Çingiz Abdullayev[4] — azərbaycanlı yazıçı
- Yakob Bronovski — polyak riyaziyyatçı, bioloq, teatr yazıçısı, şair və ixtiraçı
- Con Key — Yeni Zelandiya prezidenti (2008–2016)
- Mett Ston — amerikalı-yəhudi komediyaçı və "Cənubi Park"ın ortaq prodüseri
- Robert İnqersoll — "Böyük aqnostik" ləqəbli amerikalı natiq, aktivist və siyasətçi
- Stiven Cey Quld — amerikalı paleontoloq, geoloq, zooloq, taksonomist və elm tarixçisi
- Stinq — ingilis musiqiçi
- Syusen Entoni — amerikalı feminist
- Tomas İkins — amerikalı rəssam, heykəltaraş və incəsənət müəllimi
- Tomas Henri Haksli — "aqnostisizm" terminini yaradan ingilis filosof və bioloq
- Trey Parker — amerikalı komediyaçı və "Cənubi Park"ın ortaq prodüseri
İstinadlar
redaktə- ↑ Hepburn, Ronald W. Agnosticism // Donald M. Borchert (redaktor). The Encyclopedia of Philosophy. 1. MacMillan Reference USA (Gale). 2005 [1967]. səh. 92. ISBN 0-02-865780-2.
Agnostisizm terimin ən ümumi istifadəində biz tanrının olub-olmadığını bilmirik.
(səh.56 1967-ci il əlavəsi) - ↑ Rowe, William L. Agnosticism // Edward Craig (redaktor). Routledge Encyclopedia of Philosophy. Taylor & Francis. 1998. ISBN 978-0-415-07310-3.
In the popular sense, an agnostic is someone who neither believes nor disbelieves in God, whereas an atheist disbelieves in God. In the strict sense, however, agnosticism is the view that human reason is incapable of providing sufficient rational grounds to justify either the belief that God exists or the belief that God does not exist. In so far as one holds that our beliefs are rational only if they are sufficiently supported by human reason, the person who accepts the philosophical position of agnosticism will hold that neither the belief that God exists nor the belief that God does not exist is rational.
- ↑ agnostic, agnosticism // OED Online, 3rd ed. Oxford University Press. September 2012.
agnostic. : A. n[oun]. :# A person who believes that nothing is known or can be known of immaterial things, especially of the existence or nature of God. :# In extended use: a person who is not persuaded by or committed to a particular point of view; a sceptic. Also: person of indeterminate ideology or conviction; an equivocator. : B. adj[ective]. :# Of or relating to the belief that the existence of anything beyond and behind material phenomena is unknown and (as far as can be judged) unknowable. Also: holding this belief. :# a. In extended use: not committed to or persuaded by a particular point of view; sceptical. Also: politically or ideologically unaligned; non-partisan, equivocal. agnosticism n. The doctrine or tenets of agnostics with regard to the existence of anything beyond and behind material phenomena or to knowledge of a First Cause or God.
- ↑ Mən Kərbəlada, Məşhəddə, Nəcəfdə, Məkkə və Mədinədə olmuşam. Yerusəlimdə məsciddə dua etmişəm. Çox adam buna inanmır. Mən aqnostikəm. İnanmıram ki, məni o dünyada "saqqallı bir kişi" gözləyir, inanmıram ki, məni pərilər qarşılayacaq. Nə qədər Allaha inanmasan da, bir o qədər Allahın olduğunu sübut edirsən.