Irvin Yalom - Wikipedia
İrvin Yalom David (ing. Irvin David Yalom; 13 iyun 1931[1][2], Vaşinqton[3]) — amerikalı psixoloq və psixiatr, psixologiya elmlər doktoru, Stenford Universitetinin psixiatriya üzrə professoru.
İrvin Yalom | |
---|---|
Doğum adı | Irvin David Yalom |
Doğum tarixi | 13 iyun 1931[1][2] (93 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Elm sahəsi | psixiatriya |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
yalom.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə13 iyun 1931-ci ildə Vaşinqtonda, Kolumbiya ştatında yəhudi və rus əsilli ailədə anadan olub.
Kitabları
redaktəO psixoterapiya və psixoterapiya tarixi barədə bir çox kitabların müəllifidir. Onun kitablarından aşağıdakıları göstərmək olar:
- Nitsşe ağlayanda (1992)
- Yalançı passient (1996)
- Ekzistensional psxiatriya (2000)
- Sevgidən müalicə (2005)
- Şopenhauer dərman əvəzinə (2005)
- Psixoterapiyanın imkanları (2005)
- Anam və həyatın mənası (2006)
- Qrup psixoterapiya, nəzəriyyə və praktika. (2007)
- Günəşə baxmaq. Ölüm qorxusu olmadan yaşam (2008)
1993-cü ildə "Nitsşe ağlayanda" kitabına görə "Commonwealth Gold Medal" mükafatına layiq görülür. 2000-ci ildə İrvin Yaloma "Oskar Pfister" adına (Bu mükafat din və psixiatriya sahəsinə yeniliklər gətirən şəxslərə verilir) mükafat təqdim olundu. 2009-cu ildə 22 noyabrda İrvin Yalom həyat yoldaşı ilə Rusiyaya dəvət olundu.
İrvin Yalom Ekzistensional psixologiyanın – müasir psixoloji nəzəriyyələrdən birinin əsasçılarındandır. O öz çıxışlarında psixoterapiyada formal yanaşmaya, bürokratikliyə qarşı çıxırdı. Özünün də adlandırdığı qısamüddətli diaqnoza yönəlmiş psixoterapiyaların əleyhinə idi. Onun fikrincə hər bir psixoterapiya pasientin problemindən asılı olaraq fərdi xarakter daşımalıdır. Əsas münasibətlər terapevt və pasient arasında qurulan indi və burada prinsipinə söykənməlidir. Hər bir münasibət mövcud əlaqələrin fəallığına söykənməlidir. Qarşılıqlı empatiya və paylaşma yaradılır. Hər bir pasientin öz hekayəsi var və biz terapiyanı onun qəhrəmanlarının istəyinə uyğun aparmalıyıq. İrvin Yalom öz nəzəriyyəsinə keçidi psixoanalizdən başlamış, daha sonra ekzistensional-humanitar yanaşmaya keçmişdir. Onun fikrincə insanlar ən böyük ekzistensional krizisi ölümlə qarşılaşanda yaşayırlar. Son əsəri "Günəşə baxmaq. Ölüm qorxusu olmadan yaşam" kitabında o deyir: "Biz öz ölümlü olmağımız haqqında həqiqəti dərk edib, qəbul etdikdə öz imkanlarımızı daha yaxşı dəyərləndirir, onları yenidən qurur, öz yaxınlarımızla daha yaxın münasibət qurur, həyat gözəlliklərini daha yüksək qiymətləndirir və həyat qarşısında riskləri qəbul etmə gücümüzü artırırıq".
Onun həyat yoldaşı Merlin Yalom və oğlu Reyd Yalom bir çox tarixi-dramatik məzmunlu kitabların müəllifləridirlər.
İstinadlar
redaktə- ↑ 1 2 Irvin D. Yalom // Babelio (fr.). 2007.
- ↑ 1 2 Irvin D. Yalom // Munzinger Personen (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #120541092 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.