Nil Deqrass Tayson - Wikipedia
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[1][2][…], Manhetten, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır.
Nil deqrass Tayson | |
---|---|
ing. Neil deGrasse Tyson | |
Doğum tarixi | 5 oktyabr 1958[1][2][…] (66 yaş) |
Doğum yeri | |
Elm sahələri | astrofizika, Kosmologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
haydenplanetarium.org/ty… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib.
Gənclik illəri
redaktəTayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.
Karyerası
redaktəTayson astronomiya haqqında bir çox məşhur əsər yazmışdır. 1995-ci ildən etibarən o, Təbiət Tarixi junalında (ing. Natural History) "Kainat" adlı sütununu idarə etməyə başladı.
2002-ci ildə Tayson müəllifi olduğu bu sütuna ildə iki gün axşam günəşin Manhettenin küçələri ilə eyni istiqamətdə batmasını, bunun nəticəsində kücə uzunu baxdıqda qürubu görmək mümkün olmasını izah etmək üçün "Mahettenhendji" (ing. «Manhattanhenge») adlı yeni bir termin daxil elmişdir.
2004-cü ildə "Mənşələr" serialının (ing. Origins) 4 bölümünü PBS kanalıda NOVA[4] aparmışdı və elə eyni ildə Donald Qoldsmithlə (ing. Donald Goldsmith) biryerdə bu bölümlərlə bağlı kitab nəşr elətdiridi"Mənşələr: kosmik təkamülün ondörd milyard ili" ("Origins: Fourteen Billion Years Of Cosmic Evolution")[5].
2001-ci ildə prezident Corc Buş Taysonu ABŞ-nin aerokosmik sənayenin inkişafı məsələləri üzrə komisiyanın tərkibinə (Commission on the Future of the United States Aerospace Industry) və 2004-cü ildə "Ay, Mars və s." Komisiyası kimi tanınan Kosmosun tədqiqi üzrə Prezident komisiyası (President’s Commission on Implementation of United States Space Exploration Policy) tərkibinə daxil edildi. Tezliklə Tyson NASAnın ən yüksək mülki mükafatı olan görkəmli ictimai xidmətlər üçün Fəxri Medalına görkəmli ictimai xidmət"[6] layiq görülüb.
Hayden Planetariumunun direktoru olduğu müddətdə, Tayson Plutonun Günəş sisteminin doqquzuncu planet olması haqqındakı ənənəvi fikrə qarşı münasibət göstərirdi. Tayson bunu ümumi xarakteristikalar əsasında qruplaşdırılmış səma cisimlərini müşahidə etmək istəyindən irəli gəldiyini qeyd edirdi. Mövcud olduğumuz sistemdə Günəşə yaxın Merkuri, Venera,Yer və Mars planetləri öz aralarında daha çox oxşarlıqlara malikdirlər, daha sonra Marsı Yupiterdən ayıran qaya fraqmentli asteroid halqası yerləşir, onlar da eyni bir ailənin üzvləridirlər, ardınca Qaz nəhəngləri : Yupiter, Saturn, Uran, Neptun gəlir, ardınca Pluton və ona bənzər səma cisimlər yerləşir, bunlar kometalardı, sadəcə Günəşdən kifayət qədər kənarda yerləşdikləri üçün bu cisimlərin bir hissəsi buz təbəqəsi ilə örtülüb, əyər biz Plutonu Yer ilə eyni məsafəyə yaxınlaşdırsaq Günəş istisindən onun buz təbəqəsi əriyəcək və o özünü əsl kometa kimi aparmağa başlayacaq. O, The Colbert Report, The Daily Show и BBC Horizon televerlişlərindəki çıxışlarında bu qərarın qəbul edilməsini nəticəsində azyaşlı məktəblilərdən çoxsaylı qəzəb məktubları aldığını qeyd edirdi.[7]
2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı Taysonun bu fikrini əsas tutaraq Plutonu cırtdan planetlərə aid etdi.
O, 2006-cı ildən 2011-ci ilədək RBS kanalında NOVA scienceNOW[8] verlişində aparıcı olmuşdur.
Rəngarəng xarakterə malik olan və zarafatcıl Tayson 2007-ci ildə History Channel kanalında "Kainat" teleserialında daimi aparıcı seçilmişdir.
Tayson tez-tez əyləncəli verlişlərdə ekranlarda görünür. O, "Ulduz qapıları:Atlantida" и "Böyük Partlayış nəzəriyyəsi" seriallarında öz-özünü oynamışdır. "Europa Report" filmində onun iştirak etdiyi arxiv kadrlarından istifadə olunub.
Şəxsi həyatı
redaktəNil Deqrass Tayson həyat yoldaş Elis Yang və iki övladı ilə Nyu-Yorkda yaşayır.
Tayson şərab həvəskarıdır, onun şərab kolleksiyası Wine Spectator qəzetinin 31 may 2000-ci il nömrəsində, həmçinin 2005-ci ilin yazında Nəfis Şərab Dünyası buraxlışında (ing. The World of Fine Wine) nümayiş olunub.
Elmi yanaşmaları
redaktəNəşrləri
redaktəSeçilmiş məqalələri
redaktəKitabları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Gregersen E. Neil deGrasse Tyson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Neil De Grasse Tyson // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ WGBH Educational Foundation. "NOVA - Origins - PBS". Public Broadcasting Service (PBS). 2004. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
- ↑ Tyson, Neil deGrasse; Goldsmith, Donald. Origins: Fourteen Billion Years of Cosmic Evolution. New York: W.W. Norton & Co. 2004. ISBN 9780393059922.
- ↑ "Symposium Awards". nationalspacesymposium.org. 2009-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 25, 2009.
- ↑ "Arxivlənmiş surət". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-05.
- ↑ "NOVA - scienceNOW - PBS". Public Broadcasting Service (PBS). 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.