Aleksey Yavlenski - Wikipedia
Aleksey Yavlenski (rus. Алексей Георгиевич Явленский; rus. Alexej von Jawlensky; 13 (25) mart 1864[1][2], Torjok, Tver quberniyası[d], Rusiya imperiyası[4][5] – 15 mart 1941[1][3][…], Visbaden, Üçüncü Reyx[4][5]) — rus əsilli rəssam.
Aleksey Yavlenski | |
---|---|
Doğum adı | Алексей Георгиевич Явленский |
Doğum tarixi | 13 (25) mart 1864[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 mart 1941[1][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d], rəssam-qravürçü[d], rəsm kolleksioneri[d] |
Təhsili |
|
Janrlar | portret[4][5], peyzaj[5], avtoportret[5], dini incəsənət[d][5], natürmort[5] |
Stil | ekspressionizm[4][5] |
Üzvlüyü |
|
jawlensky.ch/index.php | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYavlenski altı uşaqlı ailənin beşinci oğludur. Polkovnik olan atası Georgi Nikiforoviç Yavlenski Aleksey 18 yaşında olanda ölmüşdür. Anası Aleksandra Petrova Medvedyeva atasının ikinci həyat yoldaşı idi. 16 yaşı olanda ailəsi ilə birlikdə Moskvada yaşayırdı. Zabit olmaq istəsə də, rəssamlığa olan sevgisini kəşf etdi.
Zabit olaraq Sankt-Peterburqa təyin edildi. 1889-cu ildən 1896-cı ilə qədər ziyarət etdiyi Sankt-Peterburq Rus İncəsənət Akademiyasında İlya Repinin şagirdi oldu. İlya Repin Yavlenskini İvan Şişkin, Konstantin Korovin, Vasili Surikov, Valentin Serov kimi rəssamlarla tanış etdi.
1891-ci ildə Yavlenski Repinin özəl şagirdlərindən Marianna Veryovkina ilə tanış oldu. Tanış olduqlarında Marianna Yavlenskidən dörd yaş böyük idi və realizm rəssamı olaraq tanınmışdı. 1896–1897 illərdə Yavlenski bütün vaxtını rəssamlığa həsr etmək üçün baş leytenantlıqdan ayrılmış və Marianna Veryovkina və qulluqçusu Yelena Neznakomova ilə birlikdə Münhenə köçdülər. Aleksey Yelenanı 1895-ci ildə onun 14 yaşı olarkən Veryovkinanın evində olarkən tanımışdı. 1922-ci ildə o Yelena ilə evlənmişdir.
Münhendə Anton Azbenin məktəbində Vasili Kandinski ilə tanış oldu.
1909-cu ildə Yavlenski Vasili Kandinski, Adolf Erbslo, Qabriel Munter, Marianna Veryovkina və başqa rəssamlarla birlikdə "Münhen yeni rəssamlar assosiasiyası" rəssamlar birliyini qurdular. Bu birlikdə Kandinski və Frans Markın qurduğu və Yavlenskinin də qatıldığı "Mavi atlı" birliyinin ideyaları inkişaf etdirilmişdi. Yavlenski və birliyin başqa rəssamları rəsmlərini sərgiləyirdilər. Bu sərgilərdən biri 1912-ci ildə Münhen Hans Golts qalereyasında keçirilmişdi.
1914-cü ildə Yavlenski Almaniyanı tərk etmək məcburiyyətində qaldığı üçün Cenevrə gölünün yaxınlığındakı İsveçrə şəhəri Sen-Preyə köçdü. İsveçrədə "Landşaft mövzusunda variasiyalar" adlı işinə başladı və rəsm silsilələrini boyamağa başladı. Sağlamlıq səbəblərindən 1918-ci ildə Askonaya köçdü və 1921-ci ildə Visbadendə bir sanatoriyada qaldı. Visbadendə kolleksiyaçı Haynrix Kirxhof ilə qarşılaşdı. Kirxhof Yavlenskiyə dəstək oldu. 1924-cü ildə Vasili Kandinski, Pol Kleye və Lionel Fayninger ilə birlikdə "Mavi dördlük" adlı rəssamlar qrupunu yaratdı. Bu qrup rəsmlərini Almaniyada və ABŞ-da sərgiləyirdi. 1929-cu ildə bədənində poliartrit xəstəliyinden ifliclər başladı. 1938-ci ildə bədəninin hamısı iflic olduğundan rəssamlığı buraxmaq məcburiyyətində qaldı. 1934-cü ildə Yavlenskiyə alman vətəndaşlığı verilməsinə baxmayaraq, 1937-ci ildə Almaniyada 72 əsəri degenerativ sənət əsəri adı ilə müsadirə edildi və bunlardan bəziləri "Entartete Kunst" sərgisinə çıxarıldı.
Yavlenski 1941-ci ildə öldü və Visbadenin rus pravoslav məzarlığında dəfn olundu.
Əsərləri
redaktəYavlenskinin ilk işlərinin stili realizm idi. Realizm stilini 1900-cü ildə Münhenə köçəndə buraxdı və stilini Ander Zornun şimal impressionizmindən təsirlənərək dəyişdirdi. Yavlenskinin bu stilini göstərən rəsmlərindən biri 1901-ci ildə çəkdiyi "Helene im spanischen Kostüm".
Yavlenski Veryovkina ilə birlikdə çox ölkə gəzirdi, ən çox da Fransaya gedirdi. Fransada fovizm sənəti ilə məşğul olurdu. O zamanlar çəkdiyi əsərlərini oktyabr 1905-ci ildə Parisdə "Salon d'automne"də sərgilədi. Bu əsərləri arasında Bretanda 1905-ci ildə çəkdiyi "Der Bucklige" tablosu var idi. Yavlenskinin o zamankı rəsmlərinin rəngləri Matisi xatırlatsa da, boyama üsulu van Qoqdan təsirlənmişdi.
Birinci Dünya Müharibəsinin başlanması ilə Yavlenskinin yaradıcılıq dövrü də bitmiş oldu. İsveçrədə sürgündə olanda seriyalar hazırlayan ilk rəssamlardan oldu. Birinci seriyasının adını "Variasiyalar" qoydu. Bu seriyadan 1914-cü ildən 1921-ci ilə qədər yüzlərlə rəsm boyadı. Məsələn, eyni mənzərəni rəngləri və görüş istiqamətini dəyişdirib bir neçə dəfə boyadı. İsveçrədən geri gəlmədən "Mystische Köpfe" və "Heiligengesichte" seriyalarına başladı. "Abstrakte Köpfe" seriyasına 1918-ci ilin əvvəlində, Visbaden köçdükdən sonra başladı və 1933-cü ilə qədər dəvam etdi.
Yavlenski 1934-cü ildən sonra boyadığı üz rəsmlərini abstraktlaşdırdı və bu əsərlərinin adını "Meditationen" qoydu. Bu işlərində rəngdən kobud istifadəsinin səbəbi Yavlenskinin artrit xəstəliyindən əllərini sərbəst istifadə edə bilməməsi idi. Bu xəstəliyi nəticəsində Yavlenski gedərək daha da iflic oldu və sonunda 1938-ci ildə rəsm çəkməkdən imtina etmək məcburiyyətində qaldı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Alexej von Jawlensky (nid.).
- ↑ 1 2 3 4 5 6 Union List of Artist Names (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 RKDartists (nid.).