Ad Gunu Film 1977 - Wikipedia
Ad günü — rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılmış Azərbaycan filmi. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Filmə 1978-ci ildə Azərbaycan dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verilmişdir. Filmdə əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova, E.Qasımov, Sədayə Mustafayeva, Hüseynağa Sadıqov, Fuad Poladov, Ağahüseyn Kərimov və Rafiq Əzimov ifa edirlər.
Ad günü | |
---|---|
Fayl:Ad günü (film, 1977).jpg | |
Janr | dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Hacı İsmayılov Şəfiqə Məmmədova David Uplisaşvili Şükufə Yusupova E.Qasımov Sədayə Mustafayeva Hüseynağa Sadıqov Fuad Poladov Ağahüseyn Kərimov Rafiq Əzimov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi |
11 fevral 1977 26 yanvar 1978 (Moskva, Ümumittifaq televiziyası)[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Sonrakı film | Həm ziyarət, həm ticarət... |
Texniki məlumatlar |
8 hissə 2200 metr |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0173764 |
Məzmun
redaktəLirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.[2]
Film şəkili müəllim Mustafanın (Hacı İsmayılov) Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli (David Uplisaşvili) oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...
Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır.[3]
Film haqqında
redaktə- Film yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri üzrə ekranlaşdırılmışdır.[2]
Mükafatlar
redaktəFilmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Rasim Ocaqov
- Ssenarist: Rüstəm İbrahimbəyov
- Operator: Zaur Məhərrəmov
- Rəssam: Kamil Nəcəfzadə
- Bəstəkar: Emin Sabitoğlu
Rollarda
redaktə- Hacı İsmayılov — Mustafa
- Şəfiqə Məmmədova — Fəridə
- David Uplisaşvili — Əli
- Şükufə Yusupova — Rəna
- E.Qasımov — Əlinin oğlu
- Sədayə Mustafayeva — Əlinin anası
- Hüseynağa Sadıqov — Əlinin atası
- Fuad Poladov — Nazim
- Ağahüseyn Kərimov — Həmid əmi
- Rafiq Əzimov — Səlim
- Səməndər Rzayev — Faiq
- Yaşar Nuri — Eldar
- Ramiz Məlikov — Əlinin dostu
- Tariyel Qasımov — Həsən
- Gülşən Qurbanova — Şeyda
Filmi səsləndirənlər
redaktə- Şahmar Ələkbərov — Əli (David Uplisaşvili) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı - Rəna (Şükufə Yusupova)(titrlərdə yoxdur)
Rasim Balayev - Nazim (Fuad Poladov)(titrlərdə yoxdur)
Ramiz Əzizbəyli - Eldar (Yaşar Nuri)(titrlərdə yoxdur)
Yusif Vəliyev - Həmid əmi (Ağahüseyn Kərimov)(titrlərdə yoxdur)
Bahadur Əliyev - Səlim (Rafiq Əzimov)(titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ "İNSAN REJİSSORU". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-22.
- ↑ 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 93-94.
- ↑ Azərbaycan kinematoqrafçıları [Mətn]: portretlər /A. Kazımzadə; elmi red. R. Bədəlov, red. S. Cəfərli, naşir. T. Vəlixanlı; Azərb. Döv. Mədəniyyət və İncəsənət Un-ti; Azərb. Döv. Filmfondu
Mənbə
redaktə- Əbluc, H. "Ad günü" [Rüstəm İbrahimbəyovun "Ezamiyyət" və "Ad günü" hekayələri əsasında çəkilmiş eyniadlı film haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 18 iyun.- səh. 6.
- Rəhimli, İ. "Kövrək hisslərin nikbinliyi" [R. İbrahimbəyovun "Ad günü" filmi haqqında] //Kommunist.- 1978.- 28 yanvar.
- Ağakişi Kazımov. "Yaxın ürəklər" ["Ad günü" filminin Respublika Dövlət Mükafatına təqdim olunması haqqında] //Ədəbiyyat və incəsənət.- 1980.- 28 mart.- səh. 6.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 304.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-223; 268; 278.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- [ölü keçid] Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016