Alp - Wikipedia
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri.
Azərbaycan Liberal Partiyası | |
---|---|
Sədri | Əvəz Temirxan |
Qurucu | Lalə Şövkət |
Lideri | Lalə Şövkət |
Quruluş tarixi | 3 iyun 1995 |
Qeydiyyat tarixi | 14 avqust 1995 |
Dağılma tarixi | 24 iyun 2023 |
Bölünmə | Azərbaycan Liberal Demokrat Partiyası (1999–2023) |
Baş qərargah | |
İdeologiya | liberalizm |
Üzvlüyü |
Milli Birlik Hərəkatı (2003-2023) Yeni Siyasət Bloku (2005) Azadlıq Bloku (2005-2010) Müxalifətin Əməkdaşlıq Mərkəzi (2008) İnsan Naminə Seçki Bloku (2010) Demokratik Qüvvələrin Milli Şurası (2013-2014) |
Tarixi
redaktəLalə Şövkət dövrü (1995–2003)
redaktəAzərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir.
1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur.
2003-cü il prezident seçkiləri
redaktəƏvəz Temirxan dövrü
redaktə24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı.[1][2]
27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır. Hətta belə bir halda Azərbaycan Liberal Partiyasının proporsional siyahına liderliyin Lalə Şövkətin edəcəyini vurğulamışdır.[3]
İdeologiyası
redaktəİdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.
Partiya siyasi sistemdə mərkəz-sağ mövqedədir.
Strukturu
redaktəPartiya 65 şəhər və rayon təşkilatı vasitəsilə yerlərdə fəaliyyətini davam etdirir.
Seçkili orqanları sədr, Siyasi Şura, Nəzarət-Təftiş Komissiyası və rayon təşkilatlarıdır.
Sədrləri
redaktə1995-ci ildən 2003-cü ilə qədər ALP-nin sədri professor Lalə Şövkət idi. 2003–2010 illərində ALP sədrinin birinci müavini Əvəz Temirxan partiyanın sədr əvəzi kimi fəaliyyət göstərmişdir. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Əvəz Temirxan partiyanın yeni sədri seçilmişdir.
Seçkilərdə
redaktə2008-ci ilin prezident seçkilərində partiya boykot mövqeyində durmuşdur. 2005-ci ilin parlament seçkilərində 70 namizəd irəli sürmüş, bir namizəd parlamentə keçmişdir (Lalə Şövkət). Partiya 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməmişdir. Partiya parlamentdə iştirakdan etmişdir. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində 2013-cü ildə bəzi müxalif Azərbaycan siyasi partiyalar; tərəfindən yaradılmış Milli Şuraya Qatılmış və siyasi qurumun vahid namizədi Cəmil Həsənliyə dəstək verilməsi qərara alınmışdır.[4]
Parlament seçkiləri
redaktəSeçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | Lalə Şövkət |
0 / 100
|
N/A | N/A | N/A | 0 / 125
| ||
2000 | 1.29 | 0 / 100
|
0 / 25
|
0 / 125
| ||||
2005 | 1 / 125 |
N/A | N/A | N/A | 1 / 125
| |||
2010 | 2 224 | 0.09 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |
2015 | Partiya seçkilərdə iştirak etmədi. | |||||||
2020 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
|
Simvolları
redaktəPartiya bayrağı albalı rəngli fonunda şahə qalxan ağ atın ön hissəsinin şəkilindən ibarətdir. Partiya emblemi ağ fonda açıq göy rəngində stilləşdirilmiş ALP hərflərindən ibarətdir.
Maddi-texniki baza
redaktə2005-ci ildən bəri partiya qərargahsızdır.[5].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: ALP-nin son BƏYANATI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Lalə Şövkətin partiyası fəaliyyətini DAYANDIRDI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Lalə Şövkət seçkilərdə iştirak edəcək (AÇIQLAMA) | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
- ↑ LALƏ ŞÖVKƏT MÜXALİFƏTİN VAHİD NAMİZƏDİLƏ GÖRÜŞÜB. lalashevket.az Arxivləşdirilib 2016-03-20 at the Wayback Machine (az.)
- ↑ "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
Mənbə
redaktə- Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh.121–122.