Esed Rejiminin Suqutu - Wikipedia
Əsəd rejiminin süqutu — 8 dekabr 2024-cü ildə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində süqut etdi. Hafiz Əsədin 1971-ci ildə İslahedici inqilab nəticəsində prezidentliyə başlamasından indiyədək Suriyanı irsi diktatura kimi idarə edən Əsəd ailəsinin hakimiyyəti Dəməşqin ələ keçirilməsi ilə süquta uğradı.
Əsəd rejiminin süqutu | |
---|---|
Əsas hadisə: Suriya vətəndaş müharibəsi çərçivəsində 2024-cü ildə Suriya müxalifətinin başlatdığı irimiqyaslı hücumlarıın tərkib hissəsi | |
| |
Tarix | 8 dekabr 2024 |
Yeri | Suriya |
Səbəbi | Suriyalı müxaliflərin irimiqyaslı hücumları |
Nəticəsi |
• Suriya prezidenti Bəşər Əsəd Dəməşqin süqutundan sonra Moskvaya getdi[1] • Hökumətyönlü qüvvələrin məğlubiyyəti və Suriya Ərəb Respublikasının süqutu[2] • Suriya müxalifəti paytaxta və Suriyanın böyük hissəsinə nəzarəti ələ keçirdi • İsrailin Suriyaya hücumu (2024) |
Vikianbarda əlaqəli mediafayllar |
Keçmiş prezidenti tapmağa cəhd edən müxaliflərin Cənub Əməliyyat Otağının qüvvələri Dəməşqə soxularkən, Əsədin paytaxtı təyyarə (ehtimal ki, Suriya Hava Qüvvələrinin 9218 saylı uçuşu[3]) ilə naməlum istiqamətdə tərk etməsi ilə bağlı xəbərlər ortaya çıxdı.[4] Suriyalı üsyançıları daha sonra dövlət televiziyası vasitəsilə rejim üzərində qələbə qazandıqlarını, Rusiya Xarici İşlər Nazirliyi isə Bəşər Əsədin istefa verdiyini və Suriyanı tərk etdiyini açıqladı.[5] Daha sonra Əsədin ailəsi ilə birlikdə Rusiyaya sığındığı açıqlandı.[6]
Arxa fon
redaktəƏsəd ailəsi və ya Əsəd sülaləsi kimi də tanınan[7] ailə, Hafiz Əsədin 1971-ci ildə Suriya prezidenti olmasından sonra ölkəni idarə edirdi. Hafiz Əsədin 2000-ci ilin iyununda ölümündən sonra onun yerinə oğlu Bəşər Əsəd keçdi.[8][9][10][11]
Hafiz Əsəd öz rejimini müasir Suriya tarixinə səciyyəvi olmayan şəxsiyyətə pərəstişlə seçilən bürokratiya kimi qurdu. Məktəblərdən bazarlara və dövlət idarələrinə qədər hər yerdə Əsədin şəkilləri, portretləri, sitatları və tərifləri nümayiş olunur və Hafiz Əsəd rəsmiləşdirilmiş "Əsədist" ideologiyasında "Ölməz Lider" və "Müqəddəs"[12] kimi xatırlanırdı. Hafiz Suriya cəmiyyətini militarist xətt üzrə yenidən təşkil etdi və israrla beşinci kalonna tərəfindən "xaricdən dəstəklənən təhlükələr" ritorikasına müraciət etdi və beləliklə ordu ictimai həyatın mərkəzi aspekti kimi təbliğ edildi.[13][14][15]
Hafiz Əsədin 1970-ci ildə hakimiyyəti ələ keçirməsindən sonra dövlət xətti ilə suriyalılara "xəyali vahid Bəəsçi kimlik" və eləcə də Əsədizm ideyaları altında birləşməyə əsaslanan yeni milli diskurs təbliğ edildi.[16] "Şəbiha" (ruhlar) kimi tanınan və Hafiz Əsədə sadiq olan şəxslər "Bəşərdən başqa tanrı yoxdur!" kimi şüarlarla Əsəd sülaləsini ilahiləşdirir və qeyri-konformist əhaliyə qarşı psixoloji müharibə aparırdılar.[17]
Bəşər Əsəd
redaktəHafizin ölümündən sonra hakimiyyət oğlu və partiya tərəfindən "Gənc Lider" və "Xalqın Ümidi" kimi qəbul edilən varisi Bəşər Əsədə miras qaldı. Şimali Koreyadakı Kim sülaləsi modelindən yüksək dərəcədə təsirlənən rəsmi təbliğat, Əsəd sülaləsinə ilahi xüsusiyyətlər aid edir və Əsəd patriarxlarına müasir Suriyanın qurucuları kimi hörmətlə yanaşırdı.[13][14][15]
2011-ci ildə Birləşmiş Ştatlar, Avropa Birliyi və Ərəb Liqasının əksər üzvləri Suriya vətəndaş müharibəsinə səbəb olan Suriya inqilabı hadisələri zamanı, Ərəb baharı etirazçılarına qarşı basqılardan sonra Əsədi istefaya çağırdı. Vətəndaş müharibəsi 580.000-ə yaxın insanın ölümünə səbəb oldu və onlardan minimum 306.000-i qeyri-döyüşçülər idi. Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, mülki şəxslərin 90%-dən çoxu Əsəd tərəfdarı olan qüvvələr tərəfindən qətlə yetirilib.[18] Əsəd hökuməti Suriya vətəndaş müharibəsi zamanı çoxsaylı hərbi cinayətlər törədib.[a] Belə ki, Suriya Ərəb Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə kimyəvi hücum həyata keçirilib.[24] Ən ölümcül kimyəvi hücum isə 21 avqust 2013-cü ildə baş tutmuş Qutadakı zarin qazı hücumu olub. Hücum nəticəsində həlak olanların sayı haqqında konkret rəqəm olmasa da, müxtəlif mənbələrə görə 281–1729 arası şəxsin öümü ilə nəticələnib.
2013-cü ilin dekabrında BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pilley bəyan etdi ki, BMT-nin apardığı araşdırmanın nəticələri Əsədin müharibə cinayətlərində əli olduğunu göstərir. "OPCW"-BMT Birgə İstintaq Mexanizmi və "OPCW-UN IIT" apardıqları araşdırmalar nəticəsində, Əsəd hökumətinin 2017-ci ildə Xan-Şeyxun şəhərinə və 2018-ci ildə isə Duma şəhərinə edilmiş kimyəvi hücumlara görə məsuliyyət daşıdığı qənaətinə gəliblər. 15 noyabr 2023-cü ildə Fransa Suriyada mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyinə görə Əsədin həbsinə order verib.[25] Əsəd bu ittihamlarla bağlı iddiaları qəti şəkildə rədd edib və xarici ölkələri, xüsusən də ABŞ-ı rejim dəyişikliyinə cəhddə ittiham edib.[26]
Müxalifətin hakimiyyəti ələ keçirməsi
redaktəHərbi irəliləyişlər
redaktə7 dekabr 2024-cü ildə müxalifət qüvvələri təqribən iyirmi dörd saatlıq hərbi əməliyyatlardan sonra Hüms şəhərinin nəzarətini tam ələ keçirdi. Müqavimət göstərə bilməyən hökumət qüvvələri həssas sənədləri məhv edərək sürətlə geri çəkildilər. Hümsün tutulması üsyançı qüvvələrə kritik nəqliyyat infrastrukturuna, xüsusən də Əsədin hərbi bazası və Rusiya hərbi obyektlərinin yerləşdiyi Dəməşq şəhəri ilə Suriyanın sahil bölgəsini birləşdirən magistral yol qovşağına nəzarəti təmin etdi.[27]
Əsədin müttəfiqi Hizbullah qüvvələri Hüms yaxınlığındakı Qusayr rayonundan təxminən 150 zirehli maşın və yüzlərlə döyüşçünü təxliyə etdilər. Rejimin mövqeyinin zəifləmə səbəbinin əsas müttəfiqlərinin dəstəyinin azalması olduğu güman edilir. Belə ki, hazırda Rusiya Ukrayna ilə, Hizbulla isə İsraillə hərbi qarşıdurmadadır.[27]
Dekabrın 7-də suriyalı üsyançılar yaxınlıqdakı şəhərləri ələ keçirdikdən sonra Dəməşqi mühasirəyə almağa başladıqlarını elan etdilər. Üsyançıların komandiri Həsən Əbdül Qani açıqlamasında "qüvvələrimiz paytaxt Dəməşqin mühasirəyə alınmasının son mərhələsini həyata keçirməyə başlayıb" deyə qeyd etdi.[28] Üsyançılar paytaxtın cənub girişinə 20 kilometr (12 mil) məsafədə olan Sənameyn şəhərini ələ keçirdikdən sonra paytaxtı mühasirəyə almağa başladılar.[29] Axşama yaxın hökumətyönlü qüvvələr Ceramana, Qətəna, Muadamiyət əş-Şam, Dərayya, Kişvə, Dumayir, Dəra və Mezzeh aviabazası daxil olmaqla Dəməşqin kənarındakı yaşayış məntəqələrini, o cümlədən yaxınlığındakı əraziləri tərk etdilər.[30]
Suriya Ordusu isə dövlət mediası vasitəsilə ictimai asayişi qorumağa çalışaraq, vətəndaşları milli təhlükəsizliyi pozmağa yönəlmiş "yalan xəbər"lərə məhəl qoymamağa çağırdı. Hərbi rəhbərlik əhalini ölkənin müdafiəsinə sadiq qalacaqlarına əmin etdi, baxmayaraq ki, onların bunu etmək imkanları getdikcə məhdudlaşırdı. Müxalifətin kəşfiyyat bölmələri paytaxtın müdafiə xəttini yardılar və şəhərin bütün strateji yerlərində mövqelər yaratdılar. Xüsusi əməliyyat qrupları Əsədi Dəməşq daxilində axtarsalar, onun yerini tapmaq cəhdləri nəticəsiz qaldı.[31]
Siyasi nəzarətin itirilməsi
redaktəCeramananın əsas meydanında etirazçıların Hafiz Əsədin heykəlini yıxması və bir neçə şəhərətrafı qəsəbədə irimiqyaslı etirazların baş verməsi səbəbindən axşam saatlarında hökumətyönlü qüvvələr həmin bölgələrdən geri çəkildilər.[31]
Həmin dövrdə Dəməşqdə Əsəd hökumətinin yüksəkrütbəli rəsmiləri ilə müxalifət qüvvələri arasında ölkənin tərk edilməsi bağlı danışıqlar aparıldığı bildirilirdi. Həmçinin bu hadisələr zamanı İran rəsmiləri Bəşər Əsədin ölkədən qaçdığına dair xəbərləri təkzib etdilər, lakin onun Dəməşqdə harada olduğu bildirilmirdi. Müxalifət qüvvələrinin paytaxta daxil olmasından sonra Əsədin prezident mühafizəsi artıq onun iqamətgahını tərk etmişdi. 7 dekabr 2024-cü il axşam saatlarında üsyançı qüvvələr Əsədin yeri ilə bağlı kəşfiyyat məlumatı tapmadılar və onu axtarmağa başladılar.[31]
Dekabrın 8-də Heyət Təhrir əl-Şam rəsmi Twitter/X hesabında Suriyanın ən böyük həbsxanalarından biri olan Dəməşqin Sednaya həbsxanasındakı məhbusları azad etdiyini elan etdi. Təşkilat bunu əvvəlki insan haqları pozuntuları qarşısında öz qüvvələrinin simvolik və strateji qələbəsi, Əsəd hökumətinin isə ədalətsizliklərinin süqutu kimi qiymətləndirdi.[32]
Müxalifətin Dəməşqə daxil olması hökumətin müdafiə mövqelərinin sürətlə dağılması səbəbindən minimal müqavimətlə baş verdi. Suriya İnsan Haqları Müşahidə Qrupu müxalifət qüvvələrinin Dəməşqdə bir neçə kritik obyekti, o cümlədən dövlət mediası və Dəməşq Beynəlxalq Hava Limanını uğurla ələ keçirdiyini təsdiqlədi. Müxalifət sürətlə irəliləyərək əsas nəqliyyat yollarına və strateji rayonlara, xüsusən də Mezza rayonuna nəzarəti təmin etdi.[33][34]
Qaçışlar
redaktəSuriya Ordusunun iki yüksəkrütbəli rəsmisinin məlumatına görə, dekabrın 8-i, səhər saatlarında Əsəd sürətlə pisləşən təhlükəsizlik şəraiti səbəbindən şəxsi təyyarəsi ilə Dəməşqdən açıqlanmayan yerə yola düşmüşdü. Eyni zamanda, Suriya sakinləri Dəməşq boyunca Allahu əkbər ("Allah böyükdür") şüarları və güclü atəş səsləri eşitdiklərini bildirirdilər.[32][35] Daha sonra Rami Abdel Rəhman (Suriya İnsan Haqları Müşahidə Qrupu) Bəşər Əsədin "Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə Suriyanı tərk etdiyini" bildirdi.[36][37] Həmçinin Mixail Ulyanov (Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri) "Telegram" hesabında Əsəd və ailəsinə Rusiyadan sığınacaq verildiyini elan etdi.[38]
Birinci xanım Əsma Əsəd, müxalifət qüvvələrinin Dəməşqə doğru irəliləməsinə təxminən bir həftə qalmış üç uşağı ilə birlikdə Rusiyaya getmişdi. Paralel olaraq Əsədin ailə üzvlərinin bir hissəsinin, o cümlədən onun bacısı tərəfdən olan qohumlarının Birləşmiş Ərəb Əmirliklərinə sığındığı bildirildi. Müxalifətin irəliləməsindən bir neçə gün əvvəl Misir və İordaniya rəsmilərinin Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırdıqları barədə məlumatlar yayılsa da, Misir Xarici İşlər Nazirliyi və İordaniya səfirliyi bunu inkar etdi.[39][40] Dekabrın 8-dən etibarən Əsəd ailəsinin Moskvaya qaçması və Rusiyadan sığınacaq alması xəbərləri yayıldı.[38][41][42]
Siyasi keçid
redaktəHTŞ lideri Əbu Məhəmməd əl-Culani "Telegram"da Suriya dövlət qurumlarının dərhal hərbçilər tərəfindən ələ keçirilməyəcəyini və bunun əvəzində tam siyasi keçid tamamlanana qədər müvəqqəti olaraq Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali tərəfindən idarə ediləcəyini bildirdi. Əl-Cəlali isə sosial mediada paylaşdığı videoda Dəməşqdə qalmağı və Suriya xalqı ilə əməkdaşlıq etməyi planlaşdırdığını açıqladı. Eyni zamanda Suriyanın "normal bir ölkəyə" çevriləcəyinə və digər xalqlarla diplomatik əlaqələrə başlaya biləcəyinə ümid etdiyini bildirdi.[35] O, həmçinin Əsəd rejiminin süqutunu "region tarixində yeni səhifə" adlandırıb və Suriyanın məzhəbçilik və korrupsiya ilə xarakterizə olunan "İran ambisiyaları üçün oyun meydanı" halına gəlməsini pisləyib.[43]
9 dekabrda Suriya Qurtuluş Hökumətinin başçısı Məhəmməd əl-Bəşir Suriya keçid hökumətinin yeni baş naziri təyin edildi.[44]
İsrailin hücumu
redaktə8 dekabr 2024-cü ildə İsrail ordusu Suriyanın Qüneytirə vilayətində hərbi əməliyyatlara başladı. Zirehli texnika ilə hərəkətə kəçən İsrail ordusu, İsrailin işğal etdiyi Qolan təpələri ilə Suriyanın qalan hissəsi arasındakı bufer zonaya doğru irəliləyərək, Tel-Əyubə də daxil olmaqla Qüneytirə vilayətinin mərkəzi bölgələrini artilleriya atəşinə tutdu.[45][46] Bu əməliyyat Yom Kippur müharibəsi nəticəsində 31 may 1974-cü ildə əldə edilmiş atəşkəs razılaşmalarından sonra İsrail qüvvələrinin son 50 ildə ilk dəfə Suriya sərhədini keçməsi halı idi.[15]
İsrailin baş naziri Benyamin Netanyahu Suriya Ərəb Ordusunun mövqelərini tərk etməsi səbəbindən Suriya ilə 1974-cü il sərhəd razılaşmasının iflasa uğradığını və mümkün təhlükənin qarşısını almaq üçün İsrail Müdafiə Qüvvələrinə (İMQ) hər iki ölkə arasında atəşkəs xətti sayılan "bənövşəyi xətti" müvəqqəti olaraq yenidən işğal etməyi əmr etdiyini açıqladı.[47][48]
Bundan əlavə, İsrailin Suriyanın Xalxala aviabazasını və Dəməşqin Məzze bölgəsini hədəf alan hava hücumlarını təşkil etdiyi bildirilir.[49]
Reaksiyalar
redaktəDaxili
redaktəMüxaliflər
redaktə- Suriya Milli Koalisiyasının prezidenti Hadi əl-Bəhra 8 dekabrda Bəşər Əsədin devrildiyini elan etdi.[50][51]
- Əsədin devrilməsində iştirak edən əsas müxalif qüvvə olan Heyət Təhrir əl-Şam (HTS) Əsədin gedişindən sonra Suriyanın "azad edildiyini" elan etdi. Qrup sosial media platformaları vasitəsilə "qaranlıq dövr"ün başa çatdığını elan edən bəyanatlar yayıb və "hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü" "yeni Suriya" vəd edib. Onların bəyanatlarında xüsusi olaraq köçkünlərə və keçmiş siyasi məhbuslara müraciət edilib, onlar yenidən ölkəyə dəvət edilib.[35]
İctimaiyyətin reaksiyası
redaktəDəməşqdə, xüsusən də Müdafiə Nazirliyi və Suriya Silahlı Qüvvələrin qərargahının yerləşdiyi, hakimiyyəti mərkəzi olan Əməvi meydanında əhali tərəfindən şənliklər təşkil edildi və bu görüntülər sosial mediada yayıldı. Müdafiə Nazirliyinin rəsmilərinin bu hadisələr zamanı oradan təxliyə edildiyi bildirilir.[35][52]
Livanda yüzlərlə insan ölkənin şimalındakı Tripoli və Akkar şəhərlərində, həmçinin əsasən Hizbullah və Əsəd hökumətinə qarşı çıxan sünni müsəlmanların yaşadığı Bar Eliyas şəhərində Dəməşqin süqutundan sonra bayram təşkil edib.[53][54] Həmçinin Bəəs Partiyasının Livanın Halbada şəhərindəki ofisinə basqın edildi və Əsədin portreti yerə atılaraq tapdalandı.[55]
Xarici
redaktə- Əfqanıstan: Talibanın Xarici İşlər Nazirliyi Suriya müxalifətini və "Suriya xalqını sülhsevər, vahid və sabit sistem" ümidi ilə təbrik edib.[56]
- Kanada: Baş nazir Castin Trüdo bütün tərəfləri insan haqlarına hörmət etməyə çağırıb və bildirib ki, "Əsədin diktaturasının süqutu onilliklər boyu davam edən qəddar zülmə son qoydu". Həmçinin "Suriya üçün yeni bir dövr burada başlaya bilər — Suriya xalqı üçün terrorizmdən və əzabdan azad bir dövr" deyə əlavə edib.[57]
- ÇXR: Xarici İşlər Nazirliyinin sözçüsü dekabrın 8-də bildirib ki, Çin hökuməti "Suriyadakı vəziyyəti diqqətlə izləyir və sabitliyin tezliklə bərpa olunacağına ümid edir". Həmçinin "biz tərəfləri Suriyadakı Çin qurumlarının və personalının təhlükəsizliyini təmin etməyə çağırırıq" deyə qeyd edib.[58][59][60]
- Cənubi Afrika Respublikası: Beynəlxalq Əlaqələr Nazirliyi dekabrın 5-də yaydığı bəyanatda bildirib ki, "Suriya Ərəb Respublikası hökuməti və xalqı ilə həmrəydir… [və] Təhrir əş-Şam (HTŞ) BMT tərəfindən terror təşkilatı kimi tanınmışdır və xarici muzdlulardan ibarət koalisiyanın Hələb və İdlibdə həyata keçirdiyi təcavüzkar hücumdan dərin narahatlığını ifadə edir.[61][62]
- Misir: Misir Xarici İşlər Nazirliyi Suriyanın "suverenliyinə, birliyinə və ərazi bütövlüyü"nə dəstəyini ifadə edərək, münaqişənin bütün tərəflərini sülhün bərqərar olması üçün "hərtərəfli siyasi proses" başlatmağa çağırıb.[56]
- Fransa: Prezident Emmanuel Makron "barbar dövlətin çökdüyünü" və Fransanın "Yaxın Şərqdə hamının təhlükəsizliyinə" sadiq olduğunu ifadə edib.[56]
- Almaniya: Kansler Olaf Şolts Əsədin devrilməsini "yaxşı xəbər" adlandırıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok isə Əsədin Suriya xalqına qarşı törətdiyi vəhşiliklərə görə "cavab verməli" olduğunu qeyd edib.[56]
- Hindistan: Hindistan hökuməti tərəfləri məsələni sülh yolu ilə həll etməyə dəvət edib.[63]
- İndoneziya: İndoneziya xarici işlər nazirinin müavini Anis Matta müvafiq tərəfləri Suriya xalqının təhlükəsizliyini qorumağa çağırıb və İndoneziyanın Suriyadakı vəziyyəti diqqətlə izləməyə davam edəcəyinə zəmanət verib. O, İndoneziyanın suriyalıların "yeni və daha yaxşı həyata başlaya biləcəklərinə" inandığını və Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.[64]
- İran: İran Xarici İşlər Nazirliyi bildirib ki, "Suriyanın gələcəyini təyin etmək və onun taleyi ilə bağlı qərarlar vermək yalnız Suriya xalqının üzərinə düşür".[56]
- İraq: İraq hökuməti rəsmi bəyanat yayaraq, bütün suriyalıların azad iradəsinə hörmət edilməsinin vacibliyini, Suriyanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb.[65]
- İsrail: İsrailin baş naziri Benyamin Netanyahu hadisələri alqışlayıb və bildirib ki, Əsəd hökumətinin sonu İsrailin "İran və Hizbullaha vurduğu zərbələrin birbaşa nəticəsidir".[66] İsrail Müdafiə Ordusu isə vəziyyətə, xüsusən də İranın hərəkətlərinə nəzarəti davam etdirdiklərini, eyni zamanda silahlı qrupların hücumlarını dəf etməkdə Birləşmiş Millətlər Təşkilatı qüvvələrini dəstəklədiklərini açıqlayıb.[31]
- İordaniya: Kral II Abdullah bəyan edib ki, İordaniya Suriya xalqının yanındadır və onların iradə və seçimlərinə hörmət edir..[56]
- Livan: Livan Ordusu bölgədəki "sürətli dəyişikliklər fonunda" Suriya ilə şimal və şərq sərhədlərindəki hərbi mövcudluğu gücləndirdiyini bildirib."[67]
- Mərakeş: Xarici işlər naziri Nasser Burita "Suriya xalqının bütün torpaqları üzərində suverenliyini qoruyararaq, onların hüquqlarını təmin edən istənilən siyasi həlli" dəstəklədiklərini bildirib.[68]
- Fələstin: Fələstin Prezidenti Mahmud Abbas Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulayaraq, Fələstin dövləti və xalqının qardaş Suriya xalqı ilə tam həmrəyliyini ifadə edib.[69]
- Həmas: Həmas Suriya xalqını "azadlıq və ədalət istəklərinə" nail olması münasibətilə təbrik edib və bildirib ki, "böyük Suriya xalqının yanında", "iradəsi", "müstəqilliyi" və "siyasi seçimləri" ilə möhkəm dayanır. Həmas həmçinin Suriyanın yeni hökumətinin "Fələstin xalqını dəstəkləməkdə tarixi və əsas rolunu" davam etdirəcəyinə ümid etdiyini bildirib.[70]
- Qətər: Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdülrəhman əl-Tani Bəşər Əsədin döyüşlərin azaldığı dövrlərdə sosial, iqtisadi və siyasi məsələlərdə heç bir addım atmamasını tənqid edib. Suriya hökumətinin vəziyyəti ilə bağlı açıqlamalarında Tani yeni siyasi əlaqələrin qurulmasının və yeni Suriya hökuməti ilə diplomatik əlaqələr yaratmağın vacibliyini vurğulayıb.[71]
- Rusiya: Rusiya Xarici İşlər Nazirliyi Əsədin prezidentlikdən istefa verdiyini, Suriyadan Rusiyaya getdiyini və münaqişədə iştirak edən tərəflərlə danışıqlar apardığını təsdiqləyib və əlavə edib ki, "Rusiya bu danışıqlarda iştirak etməyib".[67][72]
- Səhravi Ərəb Demokratik Respublikası: Səhravi Xarici İşlər Nazirliyi Səhravi hökumətinin Suriyadakı hadisələri yaxından izlədiyini bildirərək, "qardaş Suriya xalqına rəğbətini və həmrəyliyini" ifadə edən bəyanat yayıb. Nazirlik həmçinin beynəlxalq ictimaiyyəti Suriya və onun xalqının demokratik təsisatlarının qurulması səylərində yanında olmağa çağırıb, eyni zamanda Suriyanın sərhədlərini qorumaq və maraqlarını "hər hansı xarici müdaxilədən uzaq" tutmaq ehtiyacı ilə bağlı narahatlıqlarını ifadə edib.[73]
- Səudiyyə Ərəbistanı: Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyadakı "müsbət addımlardan" məmnun olduğunu bildirib və əlavə edərək "Suriyanın ərazi bütovlüyünü və xalqının birliyini qorumaq gərgin səylər göstərməyə" çağırıb.[56]
- İspaniya: Xarici işlər naziri Xose Manuel Albares, "biz suriyalıların öz gələcəklərinə dair qərar verməsini istəyirik və bunun sülh, sabitlik və ərazi bütövlüyünə təminat verməsini istəyirik" deyə qeyd edib.[74]
- Türkiyə: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada on üç illik münaqişədən sonra sülh və sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə fikirlərini "Suriya elə bir mərhələyə çatıb ki, Suriya xalqı öz ölkələrinin gələcəyini formalaşdıracaq" şəklində ifadə edib.[56] Həmçinin Fidan Dohada keçirdiyi mətbuat konfransında "Əsədin hakimiyyətinin son günlərində onunla əlaqəyə keçməyin mümkün olmadığını" ifadə edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "milli birlik və sülh əldə etmək üçün rejimə əl uzatdığını, lakin Əsədin bunu rədd etdiyini" əlavə edib.[75]
- Ukrayna: Ukraynanın xarici işlər naziri Andriy Sibiha Əsədin devrilməsinin Rusiyanın dəstəyinə güvənməyin qaçılmaz nəticəsi olduğunu deyib və əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin "həmişə ona güvənənlərə xəyanət edir".[56]
- BƏƏ: Prezident Şeyx Məhəmməd ibn Zayidin diplomatik müşaviri Ənvər Qarqaş Əsədin "müxtəlif ərəb ölkələri tərəfindən ona atılan xilasedici iplərdən istifadə etmədiyini" söylədi və hökumətin süqutunu "bu böyük siyasi uğursuzluq"la əlaqələndirdi.[56]
- Böyük Britaniya: Baş nazir Kir Starmer "Əsədin barbar rejiminin" süqutunu alqışladığını və Suriyada "sülh və sabitliyə" çağırış etdiyini bildirib.[76]
- ABŞ: ABŞ prezidenti Co Bayden çıxışında "ilk dəfə olaraq nə Rusiya, nə İran, nə də "Hizbullah"ın Suriyadakı bu iyrənc rejimi müdafiə edə bilməyəcəyini" ifadə edərək bildirib ki, regionda güc balansının dəyişməsinə səbəb böyük ölçüdə beynəlxalq sanksiyalar, ABŞ-ın İŞİD-ə qarşı Suriyaya verdiyi dəstək, ABŞ-ın Suriyadakı hərbi mövcudluğu və İsrailin bölgədə İranın dəstəklədiyi qruplara qarşı hərbi əməliyyatlara verdiyi dəstək kimi amillərin birləşməsindən qaynaqlandığını söylədi.[77] ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Daniel Şapiro, "Əsəd rejiminin sona çatması ilə bağlı heç kimin göz yaşı tökməməməli" olduğunu qeyd etdi və əlavə edərək ABŞ-nin "İŞİD-in daimi məğlubiyyətini təmin etmək üçün" Suriyanın şərqindəki hərbi mövcudluğunu davam etdirəcəyini söylədi. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə "Əsədin ölkəsini tərk etmə" səbəbinin "müdafiəçisi" Rusiyanın Ukrayna ilə müharibəyə görə Suriyaya marağının itməsi olduğunu qeyd etdi.[56]
- Yəmən: Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya naziri Muammar əl-Əryani, İranın "Fars Ayparasını tamamlamaq üçün məzhəb milislərindən alət kimi istifadə edən ekspansionist layihəsi" olaraq xarakterizə etdiyi Müqavimət Oxunu pisləyib və onun süqutunu yüksək qiymətləndirib. O, əlavə edib ki, Yəmən xalqı "İran və onun Husi alətinin onların torpaqlarını və onların taleyini pozmaq planlarını aradan qaldırmağa qadirdir. Necə ki, bu planlar Suriya və Livanda iflasa uğradı".[67]
- Yunanıstan: BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinə uyğun olaraq, Yunanıstan Xarici İşlər Nazirliyi bəyanatında sülhün və demokratik yolla legitim hökumətə fasiləsiz keçidin vacibliyini vurğuladı. Nazirlik həmçinin qaçqın probleminin həll olunacağına və suriyalıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının demokratik hakimiyyətin bərpası ilə mümkün olacağına ümid etdiyini bildirib.[78]
Beynəlxalq təşkilatlar
redaktə- Avropa İttifaqı: İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Bəşər Əsədin "diktaturasının sona çatmasının müsbət və çoxdan gözlənilən bir inkişaf olduğunu" qeyd edərək, bunun "Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyinin ortaya çıxması" olaraq ifadə edib.[56]
- BMT: BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen Əsədin devrilməsini "Suriya tarixində dönüş nöqtəsi" adlandırıb və "sülhə, barışığa, ləyaqətə və bütün suriyalılar üçün inklüzivliyə" ümid etdiyini bildirib.[56]
Təhlillər
redaktəStrateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramının baş əməkdaşı Nataşa Holl hökumətin süqutunu Əsədin ənənəvi müttəfiqlərinin zəifləməsi, həmçinin Rusiyanın Ukraynadakı müharibəyə yönəlməsi və regional problemlərlə üzləşməsi ilə əlaqələndirib. Bundan əlavə o, əhalinin təxminən 90 faizinin yoxsulluq həddinin altında yaşaması və bir çoxunun köçkün düşərgələrində yaşaması kimi ağır iqtisadi şəraitin hökumətə dəstəyin azalmasına səbəb olduğunu qeyd edib.[35]
Beynəlxalq Böhran Qrupundan baş analitik Cerom Drevon, Suriya müxalifətinin üsyançı koalisiyasının müxtəlifliyini nəzərə alaraq, Suriyada yeni idarəetmə sistemi ilə bağlı qərarın "son dərəcə çətin" olacağını qeyd edib və əlavə edib ki, "bəzi qrupların strukturlaşdırılmış olmasına baxmayaraq, çoxluq təşkil edən digər qruplar isə strukturlaşdırmamış lokal qruplardır".[79]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ "Syrian President Bashar al-Assad has left Damascus to an unknown destination". The Jerusalem Post (ingilis). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ ""The Authority" controls Aleppo International Airport and many cities and towns in the northern Hama countryside amid a complete collapse of the regime forces" (Arabic). SOHR. 30 November 2024. İstifadə tarixi: 30 November 2024.
- ↑ "أنباء عن اختفائها.. هل تحطمت طائرة بشار الأسد؟" [News of his disappearance.. Did Bashar al-Assad's plane crash?]. Erem News (ərəb). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Syrian President Bashar al-Assad has left Damascus to an unknown destination, say two senior army officers". Reuters. 7 December 2024. İstifadə tarixi: 7 December 2024.
- ↑ "Syria Live Updates: Assad Has Resigned and Left Syria, Russia Says". The New York Times. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya çatdı". Oxu.az (az.). İstifadə tarixi: 2024-12-08.
- ↑ Ma'oz, Moshe. 15: The Assad dynasty // Larres, Klaus (redaktor). Dictators and Autocrats: Securing Power across Global Politics. New York: Routledge. 2022. 249–263. doi:10.4324/9781003100508. ISBN 978-0-367-60786-9."15: The Assad dynasty". In Larres, Klaus (ed.). Dictators and Autocrats: Securing Power across Global Politics. New York: Routledge. pp. 249–263. doi:10.4324/9781003100508. ISBN 978-0-367-60786-9.
- ↑ Eyal Zisser. "Bashar al-Asad and his Regime – Between Continuity and Change". Orient. 2004. 1 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2011.
- ↑ Kmak, Magdalena; Björklund, Heta. Refugees and Knowledge Production: Europe's Past and Present. Abingdon, Oxon: Routledge. 2022. səh. 73. doi:10.4324/9781003092421. ISBN 978-0-367-55206-0.
- ↑ Turku, Helga. 3: Long-Term Security Repercussions of Attacking Cultural Property // The Destruction of Cultural Property as a Weapon of War. palgrave macmillan. 2018. səh. 74. doi:10.1007/978-3-319-57282-6. ISBN 978-3-319-57282-6.
- ↑ Darke, Diana. Syria (2nd). Bradt Travel Guides. 2010. səh. 311. ISBN 978-1-84162-314-6.
- ↑ Pipes, Daniel. Syria Beyond the Peace Process. Washington, D.C.: Washington Institute for Near East Policy. 1995. 15. ISBN 0-944029-64-7.
- ↑ 1 2 Halasa, Malu; Omareen, Zaher; Mahfoud, Nawara. Syria Speaks: Art and Culture from the Frontline. London: Saqi Books. 2014. 125, 147–156, 161. ISBN 978-0-86356-787-2.
- ↑ 1 2 3 Pipes, Daniel. Syria Beyond the Peace Process. Washington, D.C.: Washington Institute for Near East Policy. 1995. 6, 7, 13–17. ISBN 0-944029-64-7.
- ↑ 1 2 3 Shamaileh, Ammar. Trust and Terror: Social Capital and the Use of Terrorism as a Tool of Resistance. New York: Routledge. 2017. 66, 70–72, 82. ISBN 978-1-138-20173-6.
- ↑ Carlos BC, Juan. "The Assad Family Has Been Shaping Syria for 50 Years". Fair Observer. 9 December 2021. 9 December 2021 tarixində arxivləşdirilib.
- ↑ Phillips, Christopher. The Battle for Syria: International Rivalry in the New Middle East. London: Yale University Press. 2015. səh. 131. ISBN 9780300217179.
- ↑ "Civilian Death Toll". SNHR. September 2022. 5 March 2022 tarixində arxivləşdirilib.
- ↑ Robertson QC, Geoffrey. 11: Justice in Demand // Crimes Against Humanity: The Struggle for Global Justice (4th). New York: The New Press. 2013. 560–562, 573, 595–607. ISBN 978-1-59558-860-9.
- ↑ Syria Freedom Support Act; Holocaust Insurance Accountability Act of 2011. Washington DC: Committee on Foreign Affairs, House of Representatives. 2012. 221–229.
- ↑ Vohra, Anchal. "Assad's Horrible War Crimes Are Finally Coming to Light Under Oath". Foreign Policy. 16 October 2020. 2 November 2020 tarixində arxivləşdirilib.
- ↑ "German court finds Assad regime official guilty of crimes against humanity". Daily Sabah. 13 January 2022. 22 January 2022 tarixində arxivləşdirilib.
- ↑ Martina Nosakhare, Whitney. "Some Hope in the Struggle for Justice in Syria: European Courts Offer Survivors a Path Toward Accountability". Human Rights Watch. 15 March 2022. 5 April 2022 tarixində arxivləşdirilib.
- ↑ "Security Council Deems Syria's Chemical Weapon's Declaration Incomplete". United Nations: Meetings Coverage and Press Releases. 6 March 2023. 14 March 2023 tarixində arxivləşdirilib.United Nations: Meetings Coverage and Press Releases. 6 March 2023. Archived from the original on 14 March 2023.
- ↑ "France issues arrest warrant for Syria's President Assad - source". Reuters. 15 November 2023.
- ↑ King, Esther. "Assad denies responsibility for Syrian war". Politico. 2 November 2016. 28 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2016.
The Syrian president maintained he was fighting to preserve his country and criticized the West for intervening. "Good government or bad, it's not your mission" to change it, he said.
- ↑ 1 2 "Homs falls: Rebels tighten grip as Assad regime teeters". The Express Tribune (ingilis). 2024-12-08. İstifadə tarixi: 2024-12-08.
- ↑ Abdulrahim, Raja. "Syria's Government Battles Multiple Rebel Uprisings". The New York Times. 7 December 2024. İstifadə tarixi: 7 December 2024.
- ↑ "Syrian rebels say they control the south and are approaching Damascus". Middle East Eye (ingilis). İstifadə tarixi: 2024-12-07.
- ↑ "After the major withdrawal in the Damascus countryside and cities adjacent to the capital.. Regime forces redeploy in the capital Damascus" (Arabic). SOHR. 7 December 2024. İstifadə tarixi: 7 December 2024.
- ↑ 1 2 3 4 Robertson, Nic. "Syrian rebels edge closer to Damascus as US officials say Assad regime could fall soon: Live updates". CNN (ingilis). 2024-12-07. İstifadə tarixi: 2024-12-07.
- ↑ 1 2 الوسط, بوابة. ""رويترز": بشار الأسد غادر دمشق إلى وجهة غير معلومة". alwasat.ly (ərəb). İstifadə tarixi: 8 December 2024.
- ↑ "عاجل: هروب بشار الأسد وسقوط دمشق". Elaph - إيلاف (ərəb). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "الأحداث تتسارع.. المعارضة تدخل دمشق والأسد يغادر لوجهة غير معلومة". الجزيرة نت (ərəb). İstifadə tarixi: 8 December 2024.
- ↑ 1 2 3 4 5 "Syria rebellion: Rebels say Syria free of Assad after reports he has fled". BBC News (ingilis). İstifadə tarixi: 8 December 2024.
- ↑ Iskandarani, Aya. "Rebels declare end of Assad rule in Syria". Al-Monitor (ingilis). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Syrian rebels enter Damascus: everything we know so far". The Guardian (ingilis). 8 December 2024. ISSN 0261-3077. İstifadə tarixi: 8 December 2024.
- ↑ 1 2 Gebeily, Maya; Azhari, Timour. "Assad gets asylum in Russia, rebels sweep through Syria". Reuters. 8 December 2024.
- ↑ "Egypt denies WSJ report on asking Al Assad to leave Syria". Egypt Today (ingilis). 7 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Bashar al-Assad's family left Syria for Russia amid rebel offensive-mass media | УНН". unn.ua (ingilis). 6 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Assad is in Moscow, Russian state media reports". BBC News. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Syria Latest". Bloomberg. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ Robertson, Nic. "Syrian rebel leader's victory speech holds a message for Iran – and for Trump and Israel too". CNN (ingilis). 2024-12-08. İstifadə tarixi: 2024-12-10.
- ↑ "Mohammed al-Bashir appointed as Syria's prime minister after Assad's fall - [İLKHA] Ilke News Agency". ilkha.com. İstifadə tarixi: 2024-12-09.
- ↑ "قصف إسرائيلي على تل أيوبا في ريف القنيطرة الأوسط بسوريا". دار الهلال (ərəb). İstifadə tarixi: 8 December 2024.
- ↑ Fabian, Emanuel. "Reports claim Israeli tanks crossing into Syria buffer zone". www.timesofisrael.com (ingilis). 9 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ Krever, Mick. "Watching with trepidation and glee, Netanyahu orders military to seize Syria buffer zone". CNN. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Israel's Netanyahu declares end of Syria border agreement, orders military to seize buffer zone". The New Arab. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Suspected Israeli strikes hit a part of Damascus, two security sources say". Reuters. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "رئيس الائتلاف الوطني السوري للعربية: أعلن لكم سقوط بشار الأسد". العربية (ərəb). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Bahra: Esad rejimi düştü, intikam ve misillemeye yer yok". Duvar (türk). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ Michaelson, Ruth. "'Beyond our dreams': exiled Syrian activists set sights on returning home". The Guardian.
- ↑ "'We're going to be proud to be Syrian': After the fall of Assad, L'Orient Today meets Syrians on the road to Masnaa: Live". L'Orient Today (ingilis). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Celebrations in Lebanon's Tripoli over Assad regime collapse". Middle East Monitor. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Syrian Baath Party office in Halba, north Lebanon, stormed, picture of Syrian President Bashar al-Assad thrown and trampled". This is Beirut (ingilis). İstifadə tarixi: 8 December 2024.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Nierenberg, Amelia. "Governments around the globe expressed cautious optimism over the future of Syria". The New York Times. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "World leaders, Trudeau hail 'fall of Assad's dictatorship' after rebels topple Syrian government". CBC News. 2024-12-08.
- ↑ Zhuang, Sylvie. "As Assad regime falls, China urges Syria to ensure safety of Chinese nationals". South China Morning Post (ingilis). 2024-12-08. İstifadə tarixi: 2024-12-09.
- ↑ "China calls on Syria to ensure safety of its institutions, personnel". Al Jazeera English. 2024-12-09. İstifadə tarixi: 2024-12-09.
- ↑ "Foreign Ministry Spokesperson's Remarks on the Situation in Syria". Ministry of Foreign Affairs. 2024-12-08. İstifadə tarixi: 2024-12-09.
- ↑ Fabricius, Peter. "SA's ambassador in Damascus sticks to post despite Pretoria's defence of Assad". Daily Maverick (ingilis). 2024-12-09. İstifadə tarixi: 2024-12-10.
- ↑ "South Africa pledges full support to efforts of UN Secretary-General's Special Envoy in Syria | South African Government". www.gov.za. İstifadə tarixi: 2024-12-10.
- ↑ ""Need To Preserve Syria's Unity, Sovereignty, Territorial Integrity": India". NDTV.
- ↑ "Indonesia Hopes Syrians Could 'Start New Life' After Regime Fall". Tempo.co English. 10 December 2024. İstifadə tarixi: 10 December 2024.
- ↑ "Iraqi government issues statement on developments in Syria". INA.
- ↑ Berman, Lazar. "Visiting Syria border, Netanyahu claims credit for process that led to Assad's fall". The Times of Israel. 8 December 2024.
- ↑ 1 2 3 "World reacts to Bashar al-Assad's fall, capture of Damascus". Al Jazeera (ingilis). İstifadə tarixi: 8 December 2024.
- ↑ "Nasser Bourita : "Le Maroc soutient toute solution politique conforme aux aspirations du peuple syrien"". Médias24 (fransız). 2024-12-09. İstifadə tarixi: 2024-12-09.
- ↑ Palestinian presidency expresses solidarity with Syrian people
- ↑ Agencies and ToI Staff. "Hamas, Islamic Jihad congratulate Syrians on achieving 'freedom and justice' by toppling Assad". www.timesofisrael.com (ingilis). İstifadə tarixi: 2024-12-10.
- ↑ Mroue, Bassem; Karam, Zeina. "Syrian government forces withdraw from central city of Homs as insurgent offensive accelerates". Associated Press. 7 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ Grove, Thomas. "Assad and Family in Moscow After Fleeing Syria". The Wall Street Journal. TASS. 8 December 2024. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Sahrawi government expresses its solidarity with brotherly Syrian people". Sahrawi Press Service. 9 December 2024. İstifadə tarixi: 10 December 2024.
- ↑ "Albares señala como prioridad garantizar la seguridad de la colonia de españoles en Siria". ABC. 8 December 2024.
- ↑ "Turkey says new Syrian administration must be inclusive". Reuters. 8 December 2024.
- ↑ BBC News. "Starmer welcomes fall of Assad's 'barbaric regime'". BBC News. 8 December 2024. 8 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2024.
- ↑ "Syria Live Updates: Assad Has Arrived in Russia After Fleeing Syria, Russian Media Says". The New York Times. 8 December 2024.
- ↑ "Greece welcomes Assad regime's fall, calls for democratic transition in Syria". Neos Kosmos. 9 December 2024. İstifadə tarixi: 10 December 2024.
- ↑ Nicholls, Catherine. "Syria rebels declare Damascus 'free,' claim Assad has fled the capital". CNN (ingilis). 8 December 2024. İstifadə tarixi: 8 December 2024.