Suriya Tarixi - Wikipedia
Suriya tarixi — müasir Suriya ərazisinin tarixi.
Ən qədim dövr
redaktəSuriya qədim tarixə malik olan ölkələrdən biridir. Əldə olunan məlumatlara əsasən, demək olar ki, eramızdan əvvəl III minilliyin ikinci yarısında Suriyada tayfa quruluşu mövcud olmuş və burada yaşayanların əksər hissəsi oturaq həyat tərzi sürməyə meyl göstərmişlər. Ölkənin əlverişli coğrafi mövqeyi, şəhərlərin və kiçik quldar dövlətlərin yaranması üçün nə qədər münasib idisə, xarici müdaxiləçilər üçün də bir o qədər tamahlandırıcı idi.
Aramilər — vətəni Ərəbistan yarımadası olan köçəri tayfalar. E.ə. XIV–XI əsrlərdə aramilər Suriya, Finikiya, Mesopotamiyada yayılmışlar. Arami dili Əhəmənilər dövlətində rəsmi yazılı dövlət dillərindən biri olmuşdur. Eramızın əvvəllərinə qədər arami dili bütün Ön Asiyanın danışıq dilinə çevrilmişdir. Aramilərin törəmələri müasir assurlar — İraqda və Cənubi Qafqazda yaşayan aysorlardır.
Qassanilər dövrü (463–636)
redaktəBu sülaləni bəzi vaxtlar Ali Cəfnə də (babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf köçərək Roma İmperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq Badiyətuş-Şama (Şam çölünə) getmişdir. Qassan adlı çayın sahilində yerləşdiklərinə görə onları Qassani çağırırmışlar. Qassanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Roma imperiyasında baş verən müharibələrdə Romalıları himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər.
Justiyanın imperator olduğu dövrdə Qassani dövləti daha da gücləndi. O, bu sülalənin əmiri olan Haris ibni Cəbləni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Qassanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Qassani dövləti islamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Roma imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Bizansa və ya Kiçik Asiyaya getmişdir.[1]
İslam dövrü
redaktəEramızın 633–640-cı illərində Suriya büsbütün ərəblər tərəfindən zəbt edilir. Suriyanın ərəb hakimi Müaviyyə 661-ci ildə özünü Ərəb dünyasının xəlifəsi, Dəməşqi isə Ərəb dünyasının paytaxtı elan edir.
VIII əsrin ortalarınadək Suriya Əməvilər xilafətinin siyasi, mədəni və iqtisadi mərkəzinə çevrilir. Məhz bu illərdə Suriyada şəhərlər və ticarət inkişaf etdirilir. VIII yüzilliyin ortalarından Ərəb-İslam dünyasında hakimiyyət Abbasilər sülaləsinin əlinə keçdiyindən, Suriyanın, xüsusilə Dəməşqin Ərəb-İslam dünyasındakı mövqeyi zəifləməyə başlayır. Xilafətin paytaxtı isə Bağdada köçürülür.
Sonrakı yüzilliklərdə də Suriya üçün əmin-amanlıq illəri olmur. Suriya torpaqları səlcuqların, səlibçilərin, Misir məmlüklərinin, monqolların işğalı altına düşür. XII yüzilliyin axırlarına yaxın Səlahəddin Əyyubinin Yaxın Şərqdəki müvəffəqiyyətli hərbi əməliyyatları Suriya tarixinin parlaq səhifələri hesab olunur. 1187-ci ildə Fələstin ətrafında səlibçiləri darmadağın etmiş Səlahəddin Əyyubi Qüds şəhərini (indiki Yerusəlim), Suriya və Fələstin torpaqlarını azad etmişdir.
Həmdanilər dövrü (890–1004)
redaktəSülaləni Həmdan ibn Həmdun yaratmışdı. O, Mardinin valisi təyin edilmişdi.
IX əsrin sonlarında bu tayfa Həmdan ibn Həmdanın başçılığı ilə xaricilər tərəfindən vuruşduğu halda, X əsrin əvvəllərində Həmdanın oğlu Hüseynin rəhbərliyi altında xilafətə tərəf keçib xaricilər hərəkatının yatırılmasına kömək etdi.
905-ci ildə xəlifə əl-Müktəfi Hüseynin qardaşı, anası kürd olan Əbu əl-Haycə ibn Həmdanı Mosulun hakimi təyin etdi. Beləliklə Mosul vilayəti həmdanilər (Həmdan ibn Həmdanın adını daşımaqla) sülələsinin irsi hakimiyyəti altına keçdi.
Həmdanilər əmirliyinin çiçəklənmə dövrü Əbu əl-Haycənin iki oğlunun hakimiyyətinə təsadüf edir. Qardaşlarından biri Həsən irsi əmir tituluna yiyələnərək müstəqil hakimiyyətə başladı. Həsənin arvadı Fatimə kürd Əhməd ibn əl-Kürdinin qızı idi. 941-ci ildə Bağdad sarayı (xilafətin mərkəzi burda yerləşirdi) Həsənə Nəsir əd-Dövlə titulu verdi və beləliklə o, Mosul vilayətində öz hakimiyyətini gücləndirdi.
Əbu əl-Haycə ibn Həmdan Mosula hakim təyin olunan gündən qədim zamanlardan burada yaşayan və bu torpaqların qorunması uğrunda sərlər boyu canından və qanından keçmiş kürdlərin ciddi narazılığına səbəb oldu. Hərçənd ki, onun anası kürd idi. Əbu əl-Haycə ibn Həmdana qarşı ilk kürd üsyanı Məhəmməd ibn Bilalın rəhbərliyi altında başladı. Əvvəlcə Ninəva (Mosul şəhəri yaxınlığında yerləşən qədim şəhər) şəhərinə hücum edən üsyançılar onun böyük hissəsini ələ keçirməyə nail oldular. Əbu əl-Haycə ibn Həmdan üsyanı yatırtmağa çalışsa da heç bir nəticə əldə edə bilmədi.
906-cı ildə Xəlifədən kömək alan Haycə ibn Həmdan kürdlərin üzərinə qoşun göndərdi. Kürdlər Şəhruzura doğru hərəkət edib burada möhkəmləndilər. Kürdlərin başçısı Məhəmməd ibn Bilal hiyləgər gediş edərək, öz tərəfdarlarının Azərbaycan ərazisinə keçməsi üçün vaxt qazanmaq məqsədilə Ibn Həmdanla danışıqlar aparmaq qərarına gəldi.[2]
Osmanlı dövrü
redaktə1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məmlükləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması bölgədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdur[3]. O zaman Suriya tərkibinə daxil olan Dağlıq Livan və Fələstin yerli feodal hakimlər köhnə qaydada olduğu üçün vəzifələrində qaldı və onlar türk sultanının vassalları oldu. Suriyanın qalan yerləri isə üç vilayətə bölünüb bilavasitə Osmanlı dövləti tərəfindən idarə edilirdi.
Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnəsindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napoleon Misir səfərində Yafaya qədər Fələstinin (Heyati Ülkü, 1979) bir hissəsini işğal etsə də, orada duruş gətirə bilmədi. Əhməd Paşa komandanlığındakı Osmanlı ordusu Akka önlərində Napol eonun ordusunu g eri oturtdu. Savaş yolu ilə qalib gələ bilmədiklərini görən Avropa strat eqləri başqa planlar hazırladılar.
Böyük Britaniya imperiyası da Orta Doğunun zənginliklərindən faydalanmaq və dünya hakimiyyətini davam etdirmək üçün XIX əsrin başlarından etibarən Osmanlı dövlətini yıxmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdi[4].
Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təhriki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin güneyini işğal etmək, hətta gücü çatarsa, İstanbulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə düşür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Həmin illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərəkatı başladığından üsyançı ordu birləşmələri məhv edilə bilmir. O, 1832-ci ilin mayında Ək-kəni aldı, iyunun 13-də isə Dəməşqə daxil oldu. Əhali osman-lı zülmünə qarşı mübarizədə İbrahimi öz xilaskarı hesab edib, onu sevinclə və rəğbətlə qarşıladı. 1832-ci ilin iyulunda Misir ordusu türklər üzərində iki dəfə parlaq qələbə çaldı və bütün Suriyanı işğal etdi. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziyyətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mahmuda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu müraciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mahmud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.[5]
Bundan Böyük Britaniya hökuməti narahat olur və Kütahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osmanlı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaşmaya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.[6]
Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir valisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır.[7] Avropalıların apardıqları pozuculuq işi öz təsirini göstərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əleyhdarlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəblərin böyük bir qismi yüksək hökumət vəzifələrində də çalışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yüksəlirdi.
İbrahim Suriyada ən vacib sahə olan strateji sahədə inzibati sistemi yenidən qurdu, o möhkəm mərkəzləşdirmə siyasəti yeridərək mütləq hakimlik iddiasında idi. Amma İbrahimin ideyalarının əksinə olan hadisələr baş verdi. Suriya mahallara bölündü və bunlar İbrahimin təyin etdiyi qubernatorlar tərəfindən idarə edilirdi. Eyni zamanda misirlilər tərəfinə keçən II Bəşir Dağlıq Livanda öz hakimiyyətini mühafizə edib saxladı. Misir canişini obyektiv olaraq mütərəqqi xarakter daşıyan bir sıra tədbirlər həyata keçirdi. Feodal hərc-mərcliyi və iğtişaşlarına son qoyuldu. İbrahim türklərin hakimiyyəti dövründə xristianlar üçün qoyulmuş həqarətli məhdudiyyətləri ləğv etdi, ölkədə tolerantlığa şərait yaratdı və onların da qanunun himayəsi altında olmasını təmin etdi. O, ölkənin kənd təsərrüfatını yüksəltməyə çalışır, taxıl əkini sahələrini genişləndirirdi. İbrahim heyvandarlığı inkişaf etdirmək məqsədilə Antakya yaxınlığında böyük bir nümunəvi maldarlıq ferması təşkil etdi. Bununla yanaşı o, özbaşına cərimə və vergi alınmasına qarşı mübarizə aparırdı. Bundan başqa o, yoluxucu xəstəliklərə qarşı karantinlər düzəltdi, poçt-rabitə xidmətini qaydaya saldı. Bir çox ibtidai məktəblər, o cümlədən Dəməşqdə 600 şagird üçün, Hələbdə 400 şagird üçün məktəb və Antakyada üç orta məktəb açılmışdı. Canişin, xristian missionerlərinə də icazə verdi ki, məktəblər açsınlar. O, bu yolla xalq maarifi işini yaxşılaşdırmaq ümidində idi. Missionerlər isə Beyrutda qızlar üçün ilk məktəb açdılar və mətbəə təşkil etdilər. Lakin bu səmərəli tədbirlərin ölkə həyatına dərin təsir göstərməsi üçün vaxt yox idi. Əhali Misir hakimiyyətinin mənfi cəhətlərini daha çox hiss etməkdə idi. Məhəmmədəli daim Türkiyə ilə yeni müharibə təhlükəsi şəraitində idi və buna görə İbrahim öz silahlı qüvvələrini artırmalı və istehkamlar tikdirməli olurdu. Əlbəttə, bu cür hərbi işlərə çoxlu vəsait xərclənirdi. Əlavə vəsaitlər əldə etmək üçün o, yeni can vergisi qoydu, vergi yığılması işində ellik zəmanət qaydası tətbiq etdi. İnhisarlar sistemi Suriyaya da yayıldı. İpək və pambıq üçün qoyulmuş inhisar əməli surətdə həyata keçirilirdi. Əhalini yol və istehkam tikintisinə cəlb edirdilər və bu işlər mövsümi və icbari idi. Bununla yanaşı, İbrahim ordunun sıralarını artırmaq üçün hərbi xidmətə çağırışa başladı. Bütün əhalinin tərksilah edilməsi haqqında İbrahimin əmri də çox narazılıqla qarşılanırdı.
1834-cü ildə Nablusda bunun ardınca nüsəyrilərin üsyanı baş verdi. Bu üsyanlar qəddarlıqla yatırıldı və 180 kənd yandırıldı. 1837-ci ilin axırlarında druzlar ayağa qalxdı. Onlar Hauran vilayətində hakimiyyətə qarşı bir ildən artıq mübarizə apardılar. Onlara qarşı vuruşmalarda İbrahim 15 min əsgər itirdi ki, bu da Türkiyə ilə bütün müharibə dövründəki tələfatdan çox idi. Buna baxmayaraq, İbrahim tam qələbə əldə edə bilmədi, druzların öz qanun-qaydaları əsasında yaşamaq hüquqlarını tanımağa, onları hərbi qulluğa çağırışdan azad etməyə məcbur oldu. Başqa yollarla da müqavimət göstərilirdi. Uzun müddət xalq İbrahimin qəddar rejiminə qarşı çıxdı və altı il ərzində İbrahim orduya 35 mindən artıq adam səfərbərliyə ala bilmədi. Halbuki, 100 minə qədər adam Türkiyəyə və bədəvilərin yanına qaçmış, dağlarda gizlənmişdi. Suriyanın işğalı Məhəmmədəliyə baha başa gəldi. Suriyanın gəlirlərinin olduqca artırılmasına və 70 milyon piastra çatdırılmasına baxmayaraq, hər halda bu gəlirlər azlıq edirdi və Misir xəzinəsi hər il İbrahimə 30–40 milyon piastr əlavə vəsait verməli olurdu.
1833–1840-cı illərdə Məhəmmədəli ilə Türkiyə arasında müharibə getdiyi zaman Suriyada həlledici hərbi əməliyyatlar genişləndi. 1839-cu il iyunun 26-da İbrahim Nəzib yaxınlı-ğında türk qoşunlarını məğlub etdi. Belə bir şəraitdə ingilislər türklərin köməyinə gəldi. 1840-cı ilin payızında ingilis donanması Suriya sahillərinə yan alaraq oranı atəşə tutdular və Beyruta, Trablisə, Əkkəyə, Səydəyə ingilis desantları çıxarıl-dı. Suriyalılar dərhal ümumxalq üsyanına başladı. Onların zərbələri altında İbrahimin 70 minlik ordusu tamamilə dağıdıldı. 1840-cı ilin axırlarında misirlilər 40 mindən artıq adam tələfat verərək Suriyanı tərk etməli oldu, əvəzində isə Suriyanı türk qoşunları işğal etdi. Bununla da Suriya geriyə, feodal hərc-mərcliyi dövründəki vəziyyətə qaytarılmış oldu. Bununla yanaşı, Suriyanın daxili işlərinə İngiltərə və Fransanın qarış-ması yenidən açıq xarakter aldı. İngiltərə druz feodallarından, Fransa isə maronitlərdən istifadə edirdi.
XIX əsr tarixi
redaktəXIX yüzillikdən başlayaraq Avropanın inkişaf etmiş dövlətləri Suriya ilə maraqlanmağa başlayırlar.
Böyük Britaniya Osmanlı dövlətinin ərazisi olan Fələstində Yəhudi dövləti yaratmaq istərkən yaxşı bilirdi ki, orada dövlət qura biləcək qədər Yəhudi yoxdur. Yəhudilər dünyanın müxtəlif guşələrinə dağılmışlar. Onları bir araya gətirmək və bölgədə Yəhudilərin sayını artırmaq üçün ilk növbədə ideoloji zəmin lazım idi. Bu ideoloji zəmini hazırlamaq üçün hökumət vəkil Sir Nerru Finqə "Calling of the Yews" ("Qaraçöhrələrin çağırışı") adlı bir kitab yazdırdı.
Londonda yaşayan, böyük sərvət sahibi, İtaliya yəhudisi Musos Haim Montefiore 1824-cü ildə Fələstinə göndərildi. О, 1837-ci ilə qədər burada yaşadı və geri dönəndə Fələstində olan 8000-ə yaxın Yəhudi ilə dövlət qurmağın mümkün olmayacağını yazdı. Yəhudi dövlətinin qurulmasına İngilis hakim dairələri ilə yanaşı, digər Avropa dövlətləri, Amerika və Rusiya da yardım göstərirdilər. Bu dövlətlər həm öz ərazilərindəki yəhudiləri təşkilatlandırır, həm də yəhudiləri sıxışdırıb təzyiqlərə məruz qoymaqla onların arasındakı ziddiyyətləri ortadan qaldırmaq istəyirdilər.
Alman yəhudisi Musa Hese 1862-ci ildə çap etdirdiyi "Roma və Qüds" kitabında yəhudi davasının ortaya atılacağı günün yaxınlaşdığını, nəyin bahasına olursa-olsun, yəhudi dövləti qurulacağını, bu işə isə Fransanın yardımçı olacağını, hətta Fransa burjua inqilabının da bunun üçün təşkil edildiyini yazdı.
XIX əsrin ikinci yarısında xristian dünyasında güclənən yəhudi əleyhdarlığı da onları daha sıx birləşməyə, öz dövlətlərini qurmağa təhrik edir, Rusiyada qurulan "Sionu sevənlər cəmiyyəti" yəhudiləri Fələstinə köçməyə sövq edirdi. 1878-ci ildə onlar müxtəlif yəhudi tələbə cəmiyyətləri qurdular. Hətta Hayfa yaxınlığında iki min dönüm ərazi satın alaraq əkinçilik məktəbi yaratdılar.
Avstriyalı Yəhudi Teodor Hertslin 1891-ci ildə çap etdirdiyi "Yəhudi dövləti" kitabı Fələstində yəhudi dövləti qurulmasının ideoloji əsasına çevrildi[8].
XIX əsrin ortalarında Avropa dövlətləri Suriyaya ticarət ekspansiyasını və kapital ixracını sürətləndirdi. Əslində, bu onların Osmanlı dövlətini çökdürmək planının bir hissəsi idi. XX əsrin əvvəllərində bu bölgələr formal olaraq Osmanlı dövlətinin tərkibində qalmış, gerçəkdə isə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmişdilər.
Osmanlı sultanı II Əbdülhəmid avropalıların planlarını pozmağa yollar axtarırdı. Onun atdığı qəti və sərt addım Avropa və ABŞ-nin Fələstində yəhudi dövləti qurmaq istəyini xeyli ləngitdi. О, Fələstini Osmanlı sultanlarının "saray mülkü" elan etdi və oradakı torpaqların satışına qəti qadağa qoydu. Bu qərarın ləğv edilməsinə çox səy göstərildi. Sionizmin lideri Teodor Hertsl bir neçə dəfə Osmanlı sarayına məktub yazdı, II Əbdülhəmidlə görüşmək üçün Polşa əsilzadəsi, sultanın dostu Nevlinskini Osmanlı sarayına göndərdi. II Əbdülhəmid ona deyir: "Əgər cənab Hertsl sən dostum olduğun kimi dostunsa ona söylə ki, bu məsələdə ikinci bir addım atmasın. Mən bir qarış da olsa, torpaq satmaram. Zira bu vətən mənim deyil, millətimindir. Millətim bu torpağları qanını tökərək qazanmışdır və sonra qanı ilə məhsuldar qılmışdır. О, bizdən qopub uzaqlaşmadan yenə qanımızla sulayarıq. B enim Suriya v e F el estin alaylarımın efradı bir er-bir er g eri dönmemek üzre h epsi muharibe m eydanında kalmışd. Yahudilər milyarlarını saklasınlar. B enim imparatorluğumun parçalandığı zaman onlar Felestini karşılıksız ele g eçirecekler"[9]. Osmanlı hökuməti Fələstin bölgəsinə diqqəti artırdı, iqtisadiyyatını dirçəltmək, əkilə biləcək torpaqları g enişləndirmək üçün tədbirlər gördü. Hayfa – Yafa, Yafa – Qüds dəmir yolunun çəkilməsi üçün Fransız şirkətinə imtiyaz v erdi. Həmin şirkət Fələstini B eyrut, Şam və Hələblə birləşdirəcək dəmir yolunun layihəsini hazırladı. Bu layihə 20-ci yüzilin başlanğıcında g erçəkləşdi. B eləliklə, Hayfa və Yafa limanları Ərəb bazarını Avropa müştərilərinə açan ticarət mərkəzi halına gəldi. Əldə edilən qazanc bölgənin iqtisadiyyatının, mədəniyətinin yüksəlməsinə yönəldildi. Çох təəssüf ki, bir çox Ərəb öndərləri bunu lazımınca qiymətləndirə bilmədilər. Müstəmləkəçilərin felinə uyub Osmanlı dövlətinin əl eyhinə işləməyə başladılar. İngiltərə hökumətinin və Yəhudi əsilli bankir Roçilin təhrikilə Teodor Hertsl dəfələrlə İstanbula gəldi. II Əbdülhəmidlə görüşdü, istəklərini təkrarladı. Hamısında da rədd cavabı aldı. Sonuncu dəfə – 18 may 1901-ci ildə Teodor Hertsl Yəhudi hahambaşı Musa Levi ilə birlikdə İstanbula gələndə Sultana aşağıdakı təklifi etdilər: "Yəhudilər Osmanlı dövlətinin bütün borclarını ödəyəcək və dövlətə böyük yardımlar edəcəklər. Sultan II Əbdülhəmidin siyasətini Avropada dəstəkləyəcəklər, Osmanlı dövlətində inşa ediləcək savaş üstlərinin pulunu ödəyəcəklər, Sultan II Əbdülhəmidin özü üçün böyük sərvət v erəcəklərdi. Ayrıca Fəlistində qurulacaq böyük univ ersitit etdə Türk tələbələri də oxuyacaqlar".
Bu təkliflər qarşısında hiddətlənən II Əbdülhəmid deyir: "Dünyanın tüm devletleri ayağıma gelseler de ve tüm hazineleri kucağıma dökseler de, size siyonistlik adına bir karış bile y er v ermem. Ecdadımızın ve milletimizin kanıyla elde edilen bir vatan para ilə satılmaz. Derhal burayı terk edin!"[9].
XX əsr tarixi
redaktə1918-ci ildə türklər Suriyadan həmişəlik getsə də onların yerini fransızlar tutdu. 1928-ci ilin aprelində Suriya rəsmi sürətdə Fransanın mandatlı ərazisi elan olundu.
1943-cü ilin dekabrında Fransanın Suriya üzərindəki mandatı ləğv edilir. Amma sonuncu yadelli əsgər Suriya torpaqlarını 1946-cı ilin aprelin 17-də tərk edir. O vaxtdan etibarən hər il aprelin 17-də Suriyada Milli bayram – Müstəqillik günü qeyd olunur. Dəməşqin mərkəzi meydanlarının birində iti nəzərləri uzaqlara zillənən, əlində ölkənin azadlıq və müstəqillik rəmzini bildirən məşəl tutmuş suriyalı ərəbin bürüncdən heykəli ucaldılıb. Heykəlin barelyefini isə Suriya xalqının azadlıq uğrunda mübarizəsinin müxtəlif anlarını əks etdirən rəsmlər haşiyələndirir.
1944-cü ildən etibarən yeni yaradılmış gənc Suriya hökuməti ölkənin xarici siyasi müstəqilliyini möhkəmləndirmək üçün bəzi tədbirlər həyata keçirməyə başlayır. 1944-cü ilin iyulunda Sovet İttifaqı ilə Suriya arasında diplomatik münasibətlər yaradılır. 1945-ci ilin fevralında Suriya faşist Almaniyası və Yaponiyasına müharibə elan edir. 1945-ci iln martında Suriya Ərəb Ölkələri Cəmiyyətinin yaradılmasında fəal iştirak edir, 1945-ci ilin oktyabrında isə o, BMT-yə üzv qəbul olunur. 1948–1949-cu illərdə Suriya Ərəb ölkələrinin İsrail təcavüzü əleyhinə hərbi əməliyyatlarında iştirak edir. 50-ci illərin ortalarından Suriyanın siyasəti açıq antiimperialist xarakter kəsb edir. 1967-ci ilin iyununda Suriya özü İsrail təcavüzünə məruz qalır. Bu müharibə nəticəsində ölkənin cənub-qərbindəki Colan təpələri adlanan əyalət (sahəsi 1,6 min km²) İsrail tərəfindən işğal olunur.
1973-cü ilin oktyabrında baş vermiş İsrail – Ərəb müharibəsindən sonra Suriya ordusu Colan təpələri əyaləti ərazisinin təqribən 1/3 hissəsini, o cümlədən əyalətin inzibati mərkəzi Əl-Quneytra şəhərini İsrail təcavüzündən azad edir. Colan təpəli rayonun qalan hissəsi (təqribən 1 min km²) həm də İsrail işğalı altındadır. 1963-cü il martın 8-də Suriyada hakimiyyət Ərəb Sosialist Dirçəliş Partiyasının (ərəb abbeviaturası BƏS) əlindədir. 1963-cü ildən etibarən hər növbəti ilin 8 martı Suriyada İnqilab günü kimi geniş qeyd edilir. 1966-cı ilin fevralın 28-də ölkəyə rəhbərlik BƏS partiyasının sol cinahının əlinə keçir. 1970-ci ilin noyabrında isə hakimiyyətə general Hafiz Əsədin başçılıq etdiyi qrup gəlir.
XXI əsr tarixi
redaktəSuriyada Ərəb Respublikasının siyasi həyatı üçün Fələstin və Livan probleminin nizama salınması çox mühüm əhəmiyyət kəsb edir. Ərəb Ölkələri Cəmiyyətinin və Livan hökumətinin razılığı ilə Suriyanın 40 min nəfərə yaxın əsgər və zabiti Livan torpağında onun İsraillə sərhəd bölgələrində cəmləşdirilir. Onlar Livandakı dini-siyasi qruplaşmalar arasında tez-tez baş verən münaqişə və çəkişmələrin qarşısını almaqda Livan hökumətinə köməklik göstərməli idilər.
Sonradan İsrailin təkidi, Livan hökumətinin razılığı ilə Suriya əsgərləri Livandan çıxarılır. Suriyalı əsgərlər Livandan çıxdıqdan sonra 2006-cı ilin iyun ayında Livan torpağında fəaliyyət göstərən Fələstin müxtariyyətində hakimiyyətə gəlmiş Həmas təşkilatının İsrailin terrorçu hesab etdikləri hərbi-siyasi birləşmələrini məhv etmək üçün İsrail Livana hücum etsə də, təqribən 40 gündən sonra BMT-nin Təhlükəsizlik Şurasının bu hadisəyə dair xüsusi qətnaməsinə əsasən Livanın cənub bölgələrindən çıxmağa məcbur olur. İsrail əsgərlərinin zəbt etdiyi Livanın cənub bölgələrinə əsasən BMT-nin sülhməramlı qüvvələri və Livan ordusunun əsgərləri yerləşdirilir.
ABŞ başda olmaqla imperialist dövlətləri Suriyanın yeritdiyi müstəqil xarici siyasətlə, rəsmi Dəməşqin Fələstin xalqının haqq işinin tərəfdarı kimi Suriyanı özlərinin tərtib etdikləri "qara siyahıya" salaraq onu terrorçu dövlət adlandırırlar. Rəsmi Vaşinqton və digər NATO dövlətləri öz vətəndaşlarını Suriyaya turist səfərləri etməkdən çəkindirirlər.
İstinadlar
redaktə- ↑ Yasmine Zahran: Ghassan Resurrected. Stacey International Publishers, London 2007.
- ↑ Freytag, G. W. (1856). "Geschichte der Dynastien der Hamdaniden in Mosul und Aleppo". Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft (in German) X: 432–498.
- ↑ Türkmen oğlu Deniz, http:// halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/ 5436639.
- ↑ Nur Ayşe, 2014, http://www.radikal.com.tr/yazarlar/ayse_hur/megerse_[ölü keçid] suriyede _turkmenler_yasarmis-1169309
- ↑ Татищ eв С. С. Восточная политика имп eратора Николая I. СПб., 1889.
- ↑ Sabry M., L’Empire 'egyptien sous Mohammed-Ali et la question d’Orient (1811–1849), Paris, 1930.
- ↑ Zeyrek Yunus, 2013:10, sayı 32.
- ↑ Osmanlı Tarixi Ensiklopediyası, 20…:93, 3-cü cild
- ↑ 1 2 Osmanlı Tarixi Ensiklopediyası, 20..:93, 3-cü cild