Ehemeniler Dovleti - Wikipedia
Əhəmənilər imperiyası[2] — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti.
İmperiya | |||||
Əhəmənilər dövləti | |||||
---|---|---|---|---|---|
Hakhâmaneshiyân | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Babil, Pasarqad, Ekbatan, Susa, Persepolis (rəsmi) | ||||
Dilləri | Elam dili, Misir dili, qədim yunan dili, Midiya dili, şumer dili, Akkad dili[1], erməni dili[1] | ||||
Rəsmi dilləri |
Arami (rəsmi, linqva franka), qədim fars (rəsmi), akkad dili, elam dili, yunan, Midiya dili və s. |
||||
Dövlət dini |
Zərdüştilik (rəsmi) Mesopotamiya dini, iudaizm, vedizm, Misir dini, yunan dini və s. |
||||
Ərazisi | 8.000.000 km² | ||||
Əhalisi | 50 000 000 nəfər | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə | Əhəmənilər | ||||
Davamiyyət | |||||
İran → Azərbaycan |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır.
Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara.
Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi.
Tarix
redaktəE.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə. 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.
Qavqamela döyüşü
redaktəMisirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi.
İstinadlar
redaktə- ↑ 1 2 https://archive.org/stream/JamesRussellZoroastrianismInArmenia/James%20Russell%20-%20Zoroastrianism%20in%20Armenia#page/n11/mode/2up.
- ↑ Әһәмәниләр дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 253.