El Cahiz - Wikipedia
Əl-Cahiz - Haqqında Məlumat
Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr (ərəb. الجاحظ; 775[1], Bəsrə, Abbasilər xilafəti – dekabr 868[2] və ya yanvar 869, Bəsrə, Abbasilər xilafəti) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi.[3] İslamda rasional cərəyan olan Mötəzilik və ədəbiyyatın ədəb cərəyanının nümayəndəsi. Abbasilərin sarayında xidmət edib. Öz dövrünün ən savadlı insanlarından biri kimi məşhurdur.
Əl-Cahiz | |
---|---|
Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr | |
Təxəllüsü | الجاحظ |
Doğum tarixi | |
Doğum yeri | Bəsrə |
Vəfat tarixi | |
Vəfat yeri | Bəsrə |
Fəaliyyəti | filoloq, yazıçı, şair, bioloq, zooloq, tarixçi |
Əsərlərinin dili | ərəb dili |
Janr | satira |
Əl-Cahiz Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFəaliyyəti
redaktə100 çox traktatın və antologiyanın müəllifidir:
- yumoristik novellalar toplusu Xəsislər barədə kitab;
- natiqlik və stilistika üzrə Dəlillər haqqında kitab;
- tarixi-siyasi Ərəblər və məvalilər haqda kitab və
- Ərəblər və farslar haqqında kitab[4] ;
- Kitab əl-Hayavan ("Heyvanlar kitabı") 350-den çox heyvan növünü şeir, lətifə və atalar sözləri ilə təsvir edən ensiklopedik əsər, kitabda təbii mühitin heyvanlar üzərindəki təsirindən danışır və bir təkamül haqqında nəzəriyə yaratmışdı. Mühitin bir heyvanın yaşaması üçün təsirlərini incələmişdir. Bu kitabda Cahiz tarixdə ilk dəfə qida zəncirini təsvir etmişdir.[5]
Ətraf mühitin determinizmi tərəfdarı olan Cahiz, ətraf mühitin toplumun irqi və etnik xüsusiyətlərinin formalaşmasına təsiri barədə də danışmışdı.
- Fəzail ül Ətrak(Türklərin fəzilətləri). Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarları[6] bu prosesin sübutu kimi Cahizin yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Cahiz türklərin o dövrdə bir qədər mənfi obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layıqli yer vermək, onları Xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini ta'lif əl-kulub və ittifaq əl-əsbab("ürəkləri barışdırmaq" və "əlaqələri bərkitmək") kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.[7]
Cahiz xüsusilə ədəb janrına çox gclü təsir etmişdir.
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #118680919 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ James E. Lindsay, Daily Life in the Medieval Islamic World (2005), p. 72.
- ↑ -Джахиз — Большая советская энциклопедия [ölü keçid]
- ↑ Frank N. Egerton, "A History of the Ecological Sciences, Part 6: Arabic Language Science — Origins and Zoological", Bulletin of the Ecological Society of America, April 2002: 142–146
- ↑ Frye, Sayılı, s.206; Şəmsəddin Günaltay. Abbas oğulları imparatorluğunun kuruluş və yüksəlişində Türklərin rolü.-"Belleten". Vol.6. Ankara, 1942, s.178–179
- ↑ Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981. Birinci bölmə K. E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22