Samil Rasizade - Wikipedia
Şamil Əlirza oğlu Rasizadə (28 dekabr 1916, Naxçıvan – 1 iyul 1993, Bakı) — Azərbaycan SSR dövlət xadimi və Sovet kənd təsərrüfatı alimi. Maarifçi və marksist inqilabçı Əlirza Rasizadənin oğlu.
Şamil Rasizadə | |
---|---|
| |
20 oktyabr 1970 – 16 noyabr 1984 | |
30 mart 1963 – 26 mart 1985 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1916 |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1 iyul 1993 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Partiya | Azərbaycan Kommunist Partiyası |
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi |
Atası | Əlirza Rasizadə (1884–1923) |
Uşaqları | Əli, Oqtay, Ülfət Rasizadələr |
Hərbi xidmət | |
Döyüşlər | Böyük Vətən müharibəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Həyatı
redaktəŞamil Rasizadə 1916-cı ilin dekabrın 28-də Naxçıvan şəhərində tanınmış bir maarifçi, sosialist inqilabçı və Naxçıvan MSSR-in təsisçilərindən biri olan Əlirza Rasizadənin ailəsində dünyaya gəlmişdir. Azrevkomun komissarı olan atası Əlirza 1923-cü ildə kənd rayonlarında ezamiyyət zamanı vəfat etdi. Əlirzanın qardaşı, görkəmli dramaturq Hüseyn Cavid Rasizadə, onun Bakıdaki mənzilini və əmlakını sataraq, 7-yaşlı Şamili vətəndaş müharibəsi yetimləri üçün uşaq evinə verdi, anası Səkinə-xanım isə yerlərdə Sovet hökumətini təşkil etmək məqsədilə Quba rayonuna göndərildi.[1]
1935-ci ildə Şamil Rasizadə Kirovabad (Gəncə) şəhərində yerləşən Kənd Təsərrüfatı Institutuna daxil olub, 1940-cı ildə onu zootexnik ixtisası üzrə bitirdi. Lakin tarix elmi onu daha çox maraqlandırırdı, buna görə də o, 1940-cı ildə Bakı şəhərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Amma müharibə universiteti bitirməyə imkan vermədi və Şamil Rasizadənin gələcək taleyi Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı oldu.[2]
1941-ci ildə sürətləndirilmiş topçular kurslarını bitirib, Şamil Rasizadə Şimali Qafqaz cəbhəsində zenit artilleriya bölmələrində vuruşub, tezliklə mayor rütbəsində divizion komandiri vəzifəsinə çatdı.[3] 1942-ci ildə yaralandıqdan sonra Şamil Rasizadə doğma Naxçıvan şəhərinə işə göndərildi və orada Naxçıvan MSSR Nazirlər Sovetinin sədr müavini təyin olundu.[4] Bu vəzifədə o, müharibə illərində Naxçıvan MSSR əhalisinin yerli istehsal olunmuş bütün ərzaq məhsulları ilə təchizatının təmin olunmasına nail olmuşdur. Oradaca (Naxçıvanda) o, 1946-cı ildə Bilqeyis Heydər qızı Vəliyevaya (1926–1981) evləndi.
1946-cı ildən etibarən Şamil Rasizadə Bakıya, Azərbaycan SSR Sovxozlar nazirliyinin heyvandarlıq şöbəsi müdiri vəzifəsinə keçirilir. 1954-cü ildə üç aqrar (sovxozlar, tədarük və əkinçilik) nazirliklərin birləşməsi nəticəsində o, Azərbaycan SSR-in vahid Kənd təsərrüfatı nazirliyində eyni vəzifəni tutur. 1958-ci ildə Şamil Rasizadə Azərbaycan SSR Dövlət Plan Komitəsində (Госплан) kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsinə təyin edildi, 1960-cı ildə isə Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsinə təyin olundu.[5] Həmin ildə o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi üzvü seçildi.[6]
Şamil Rasizadə 1959–1960-cı illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini, 1962-ci ildən kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin birinci müavini, 1963–1965-ci illərdə müavini, 1965-ci ildən isə yenidən kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir.[7] 1963-cü ilin seçkilərində Azərbaycan SSR-in altıncı çağırış Ali Sovetinin deputatı seçildi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi hakimiyyətə gəlişindən sonra, 1970-ci ildə Şamil Rasizadə kənd təsərrüfatı məsələləri üzrə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin olundu.[8] 1971–1984 illərdə o, yenidən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi-nin üzvü seçilərək, Sovet İttifaqı Kommunist Partiyasının XXV (1976) və XXVI (1981) qurultaylarının nümayəndəsi oldu.[9]
1982-ci ildə Heydər Əliyevin Moskvaya işə gedəndən sonra və Perestroyka ilə əlaqədar Azərbaycan SSR-in rəhbərliyinin dəyişdirilməsi prosesində Şamil Rasizadə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Şurasından təqaüdə göndərildi. İstefanın səbəbi Şamil Rasizadənin SSRİ-də başlayan alkoqol əleyhinə kampaniya zamanı özünün əkdiyi üzüm bağlarını məhv etməkdən imtina edərək, Yenidənqurma siyasətinə müqavimət göstərməsi olmuşdur.[10] Təqaüddə olarkən Azərnəşrin kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsində çalışmışdır.
1991-ci ildə Sovet hakimiyyəti dağıldıqdan sonra Şamil Rasizadə, təbiətən təmiz və namuslu bir insan olaraq, xalq təsərrüfatının (o cümlədən özünün yaratdığı aqrar-sənaye dövlət müəssisələrinin) vəhşicəsinə özəlləşdirilməsinə buraxılmadı. Ömrünün son iki ilində yoxsulluğa düşdü, çünki hiperinflyasiya onun pul əmanətlərini tezliklə yox etdi.[11] Ömrünün son illərində o, ABŞ-a mühacirət edən uşaqlarından pul köçürmələri hesabına yaşayırdı. 1993-cü ilin iyulun 1-də, Bakıya Heydər Əliyevin hakimiyyətə qayıdışı günü, Şamil Rasizadə vəfat etdi. Bakı şəhərində Azərbaycanın görkəmli xadimləri sırasında Fəxri xiyabanda dəfn edilib.[12] Kənd təsərrüfatı, elmi-təcrübi və dövlət quruculuğununda görkəmli xidmətlərinə görə Şamil Rasizadə çoxsaylı SSRİ orden, medallar, mükafatlar və fərmanlarla təltif olunmuşdur.[13]
Dövlət fəaliyyəti
redaktəRespublika Nazirlər Şurası sədrinin müavini vəzifəsində olarkən (və o zamankı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi altında) Şamil Rasizadə Azərbaycanın kənd rayonlarındaki ənənəvi hökm sürən mafioz qurumlarına və kənd təsərrüfatının inkişafına mane olan korrupsiyaya qarşı barışmaz bir mübarizəni başladı.[14] Nəticədə aqrar sektorun məhsuldarlığı Azərbaycanın tarixində indiyədək bərabəri olmayan rekord göstəricilərinə çatmışdır.[15]
Şamil Rasizadənin rəhbərliyi altında Azərbaycan öz tarixində ilk dəfə olaraq əkinçilik və heyvandarlıq məhsulları ilə özünü tam şəkildə təmin etməyə malik oldu.[16] Eyni zamanda (aqrar-sənaye kompleksin yaradılması ilə) tərəvəzçilik məhsulları SSRİ-nin şimal bölgələrinə ixrac olunmağa başladı.[17] Bu nailiyyət indiyə qədər üstələnmiş olmayıb: müstəqillik aldıqdan sonra Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatının 80 faizini hazırda kənardan idxal etməli olur.[18]
Şamil Rəsizadənin təşəbbüsü ilə hazırlanmış və onun rəhbərliyi altında tətbiq olunmuş bir neçə kənd təsərrüfatı layihənin icrası nəticəsində Azərbaycan SSR rekord miqdarda pambıq məhsulunun tədarükünə (ildə 1 milyon ton), tarixdə görünməmiş üzüm yığımına (ildə 1 milyon ton) və hər il bir neçə milyon ton ixrac olunan tərəvəzçilik məhsullarının istehsalına nail oldu.[19] Respublikada əkinçilik və heyvandarlıq məhsullarına yerli əhalinin tələbatını tam təmin etmiş aqrar-sənaye kompleksi yaradılmışdır. Bütün bu nailiyyətlər SSRİ dağılandan sonrakı dövrdə özəlləşdirmə nəticəsində ləğv edilmişdir və Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi o vaxtkı rekordların hətta bir hissəsinədə çatmır.[20]
Azərbaycan SSR kənd təsərrüfatının rəhbəri olaraq, Şamil Rasizadə 1978-ci ildə Macarıstana və 1981-ci ildə Suriyaya SSRİ kənd təsərrüfatı nümayəndə heyətlərinə başçılıq etmişdir. Habelə o, 1970–1984-cü illərdə Azərbaycan pambıqçılarının hər il Özbəkistana baş çəkən təcrübə mübadiləsi və yoxlama briqadalarına rəhbərlik edirdi.[21] Macarıstanda o, quş əti istehsalı praktiki təcrübəsini öyrənib Azərbaycanda broyler fabrikləri şəbəkəsini təşkil etmiştir. Özbəkistan təcrübəsini isə Azərbaycanın quru çöl rayonlarında suvarma kanallar sisteminin yaradılmasında istifadə etmişdir. Bu məqsədlə o, Azərbaycan SSR kənd təsərrüfatı naziri və Nazirlər Şurası sədrinin müavini vəzifələrdə 21 il ərzində işləyərkən, faktiki olaraq Azərbaycanın müasir irriqasiya sistemini yaratmışdır.[22]
Quraqlıq şəraitində davamlı məhsul verən yerli taxıl növlərini və düzgün suvarma şəraitində naziklifli pambığın yetişdirilməsi üçün Şamil Rasizadə həmçinin Naxçıvan, Ağdam, Şəki, Lənkəran, Quba, Şamaxı və Gəncə zonalarında seleksiya stansiyaları şəbəkəsini yaratmışdır.[23] Bunlardan əlavə o, 1970-ci illərdə Azərbaycanda şərabçılıq mədəniyyətinin yüksəldilməsi üzrə kampaniyaya başçılıq edib, çünki bu ölkədə müsəlman əhalisi islam qadağa ilə əlaqədar şərabçılıqla tarixən məşğul olmurdu. Yeni üzümlüklərin salınması ilə yanaşı, Şamil Rasizadə demək olar ki, hər bir rayonda yerli şərablar və konyaklar istehsalı müəssisələrini açırdı. Onların məhsulları SSRİ-də və xaricdə o zaman böyük populyarlıq qazanmışdır.[24]
Elmi işləri
redaktəŞamil Rasizadənin Azərbaycanda heyvandarlığın inkişafına elmi töhfəsi əsasən təmiz qanlı cins atların bərpasından və həmçinin Qafqaz şəraitinə uyğunlaşdırılmış iri və xırdabuynuzlu heyvanların yerli növlərinin yaradılmasından ibarətdir. Avstriya, İsveçrə, Almaniya, Hollandiya və Danimarkadan bu bölgəyə gətirilən cins mal-qara öz məhsuldarlığını itirirdi, ona görə də heyvandarların qarşısında bu cinslərin yerli şəraitə uyğunlaşdırmaq vəzifəsi qoyulmuşdur. Şamil Rasizadənin seleksiya işləri nəticəsində Qafqaz respublikalarının yerli iqlim şəraitinə əla uyğunlaşdırılmış "boz qafqaz cinsli qaramal" (кавказская бурая) adlı mal-qara cinsi yaradılmışdır. Düzgün saxlanma şərti ilə bu mal-qara Alp dağlarında otlayan Avstriya, İsveçrə, Fransa, İtaliya və Almaniyanın ən məhsuldarlı cinslərindən geri qalmırdı.[25] Ona görə də, bunun ilə yanaşı, Şamil Rasizadə yerli əhali arasında yorulmadan maldarlıq mədəniyyətinin yüksəldilməsini təbliğ edirdi və bunun üzrə yerli yeyvandarlar üçün xüsusi təlimat kitabı yazmışdır.[26]
Hələ Azərbaycan SSR Sovxozlar nazirliyinin heyvandarlıq şöbəsi müdiri vəzifəsində işləyən dövrdə, Şamil Rasizadə 1950-ci illərdə Qarabağ atlarının bərpası ilə şəxsən məşğul olmuşdur. Bu məqsədlə Ağdam, Bərdə və Ağstafa at zavodlarında aparılan işləri onun kənd təsərrüfatı elmləri üzrə namizədlik dissertasiyasının mövzusu oldu.[27] Sonradan Azərbaycan SSR Kənd təsərrüfatı nazirliyində eyni vəzifəni tutarkən o, 1960-cı illərdə boz qafqaz cinsli qaramal yaradılması üzrə seleksionerlərin bir qrupuna rəhbərlik edib, SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiya müdafiə etmədən kənd təsərrüfatı elmləri doktoru dərəcəsini gazanmışdır.[28] Sonra o, ümumittifaq layihədə zərifyunlu qafqaz qoyunun cinsinin yaradılması istiqamətində də fəal iştirak edib.[29] Şamil Rasizadənin heyvandarlıq üzrə elmi işlərinin nəticələri beş monoqrafiyada, habelə yüzdən çox elmi məqalədə, müxtəlif illərdə nəşr olunmuş broşürlər və digər nəşrlərdə öz əksini tapmışdır.
Atçılıq sahəsində tanınmış nüfuz sahibi olan Şamil Rasizadə Ümumittifaq atçılıq idman federasiyası Azərbaycan bölməsinin 1965-ci ildə yarandığı gündən 1985-ci ilə qədər (təqaüdə çıxana qədər) daimi olaraq rəhbəri olub və Bakı cıdır meydanında cıdır mövsümü hər il şəxsən açırdı. Bu vəzifədə o, Avstriya, Macarıstan, İtaliya, İngiltərə və digər ölkələrdən safqanlı cins atların Azərbaycan at zavodlarına gətirilməsi üçün SSRİ Nazirlər Şurasından xüsusi valyuta fondunun ayrılmasına nail oldmuşdur. Onların Qarabağ atları ilə çarpazlaşdırma nəticəsində yerli çapağan cinsləri xeyli yaxşılaşdırılmışdır və yekunda Azərbaycan atları o illərdə ümumittifaq və beynəlxalq müsabiqələrdə mükafat yerlərini tuturdular.[30] Şamil Rasizadənin atçılıq sahəsində nailiyyətləri 1963-cü və 1966-cı illərdə SSRİ Kənd təsərrüfatı nazirliyinin xüsusi mükafatları ilə qeyd edilmişdir.[31]
Kənd təsərrüfatı və dövlət quruculuğunun inkişafında görkəmli xidmətlərinə görə Şamil Rasizadə beş dəfə SSRİ Qırmızı Əmək bayrağı ordeni ilə təltif olunub.[32] Həmçinin o, SSRİ Oktyabr inqilabı və Xalqlar dostluğu ordenləri ilə təltif olunmuşdur.[33] Onun rəhbərliyi altında Azərbaycan SSR 9 dəfə dalbadal Sovet İttifaqı Kommunist Partiyası MK-nın və SSRİ Nazirlər Sovetinin Keçici Qırmızı bayrağını almışdır.[34] Onun elmi-təcrübi nailiyyətləridə Sovet İttifaqının ali hökumət mükafatları ilə qeyd edilmişdir: SSRİ Nazirlər Sovetinin dövlət mükafatı,[35] Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının iki qızıl medalı,[36] SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 4 qızıl və 6 gümüş medalları,[37] Azərbaycan SSR Ali Sovetinin iki fəxri fərmanı.[38] Həmçinin 1983-cü ildə Şamil Rasizadə "SSRİ Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına layiq görülmüşdür.[39]
İstinadlar
redaktə- ↑ Сакина Расизаде: Нас спасла советская власть (интервью). "Вышка" (Баку), 29.XI.1954.
- ↑ Şamil Rasizadənin tarixçi olmaq arzusu onun oğlu Əli Rasizadə tərəfindən həyata keçirildi: o, həmin Azərbaycan Dövlət Universitetinin tarix professoru oldu.
- ↑ А.A.Гюльмамедов и Р.A.Туманян. Они отстояли Кавказ (серия статей к 30-летию победы): Шамиль Расизаде. = "Бакинский рабочий" (Баку), 28.IV.1975.
- ↑ Депутаты Верховного Совета Азербайджанской ССР (биографический справочник): Расизаде Шамиль Алиевич. Издательство Азернешр, Баку, 1973, стр.283.
- ↑ Депутаты Верховного Совета Азербайджанской ССР (биографический справочник): Расизаде Шамиль Алиевич. Издательство Азернешр, Баку, 1976, стр.286.
- ↑ Материалы пленума ЦК Компартии Азербайджана. = "Коммунист" (Баку), 22.III.1960.
- ↑ Rasi-zade, Sh.A. // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 515.
- ↑ Указ Президиума Верховного Совета Азербайджанской ССР "O назначении т. Расизаде Ш.А. заместителем председателя Совета министров Азербайджанской ССР" от 21 июня 1970 года. = "Ведомости Верховного Совета Азербайджанской ССР" (Баку), 1970, № 12, статья 98.
- ↑ Списки делегатов XXV и XXVI съездов КПСС. = Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991). Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine
- ↑ Постановление пленума ЦК Компартии Азербайджана. = "Бакинский рабочий" (Баку), 19.XI.1984.
- ↑ Atamın 1991–1993 illərdə məktubları (ingilis dilinə tərcüməsi). = Alec Rasizade. Azerbaijan after a decade of independence: less oil, more graft and poverty. = Central Asian Survey (London: Taylor & Francis), December 2002, volume 21, number 4, pages 349–370. Arxivləşdirilib 2023-10-31 at the Wayback Machine
- ↑ Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı.
- ↑ Şamil Rasizadə haqqında bax Fuad Axundovun videosuna 1:21 dəqiqədən. [1] Arxivləşdirilib 2024-08-19 at the Wayback Machine
- ↑ Ш.А.Расизаде (член ЦК КП Азербайджана). Избавить сельского труженика от пут местных органов. = "Партийная жизнь" (Москва), февраль 1972, № 3, стр.58–69.
- ↑ Müqayisə üçün bax: "Сельское хозяйство Азербайджана" (cari göstəriciləri) və "Сельское хозяйство Азербайджанской ССР" (статистический сборник ЦСУ Азербайджанской ССР). Издательство Азернешр, Баку, 1985, 219 стр.
- ↑ Выступление т. Расизаде Ш.А. = XXIX съезд Компартии Азербайджана (1976 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1977, стр.166–173.
- ↑ Выступление т. Расизаде Ш.А. = XXX съезд Компартии Азербайджана (1981 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1982, стр.98–103.
- ↑ "Д.В.Харитонов. Политика Азербайджана в области сельского хозяйства: основные тенденции, проблемы и новые перспективы. = "Молодой учёный" (Москва), апрель 2015, № 8, стр.407–413". 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
- ↑ Материалы ХХХ съезда Компартии Азербайджана (1981 год). Издательство Азернешр, Баку, 1981, стр.18–23, 57–62.
- ↑ "Сельское хозяйство: основные показатели (Управление делами Президента Азербайджанской Республики)" (PDF). 2019-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ Ш.А.Расизаде. Что мы видели в Узбекистане. = "Коммунист Азербайджана" (Баку), ноябрь 1979, стр.63–77.
- ↑ "А.Мамедов. Проблемы и перспективы управления водными ресурсами в Азербайджане" (PDF). 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-05.
- ↑ Ш.А.Расизаде. Вопросы селекции зерновых для засушливых степей Азербайджана. = "Вестник сельскохозяйственной науки" (Москва), 1978, № 7, стр.53–70.
- ↑ "Виноградарство и виноделие Азербайджана". 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ Генетические ресурсы сельскохозяйственных животных в России и сопредельных странах (справочник). Издательство ВНИИГРЖ, Санкт-Петербург, 1994: Кавказская бурая. Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine
- ↑ Ш.А.Расизаде. Культура высокогорного скотоводства. Издательство Колос, Москва, 1969, 193 стр.
- ↑ Ш.А.Расизаде. Чистокровное коннозаводство в Азербайджане. Государственное издательство сельскохозяйственной литературы, Москва, 1959, 216 стр.
- ↑ "Ш.А.Расизаде, А.Б.Манучаров, В.Е.Быстрицкий. Качественное улучшение скотоводства и создание кавказской бурой породы скота в Азербайджане. Издательство Азернешр, Баку, 1962, 352 стр". 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-25.
- ↑ Ш.А.Расизаде. Выведение тонкорунной кавказской породы овец-мериносов в Азербайджане. Издательство Колос, Москва, 1973, 264 стр.
- ↑ О.Балакшин. Наши лошади за рубежом. = "Коневодство и конный спорт" (Москва), 1968, № 5, стр.32–37; С.Гаврилова. Путь к чемпионской медали. = Там же, 1980, № 3, стр.18–23.
- ↑ Всесоюзный слёт ударников животноводства в Пятигорске. = "Сельская жизнь" (Москва), 23.X.1963; Зональное совещание работников сельского хозяйства в Тбилиси. = "Заря Востока" (Тбилиси), 18.XII.1966.
- ↑ Удостоверения на ордена Трудового Красного знамени за номерами 23035 от 23.II.1944, 481196 от 30.IV.1966, 642662 от 27.VIII.1971, 778358 от 12.XII.1973, 1019942 от 23.II.1981. = Пятикратные кавалеры oрдена Трудового Красного знамени.
- ↑ Удостоверение на орден Октябрьской революции номер 104226 от 27.XII.1976; удостоверение на орден Дружбы народов СССР номер 22977 от 28.XII.1978.
- ↑ Постановления ЦК КПСС и Совета министров СССР по итогам Всесоюзного социалистического соревнования в 1974–1983 годах. = Собрание постановлений правительства СССР (первый раздел). Госполитиздат, Москва, 1974–1983.
- ↑ Диплом № 4219 лауреата премии Совета министров СССР: "Постановлением Совета министров Союза ССР от 13 октября 1976 года т. Расизаде Шамилю Алиевичу присуждена премия Совета министров СССР за создание агропромышленного комплекса всесоюзного значения в Азербайджанской ССР".
- ↑ Медаль ВАСХНИЛ имени Вильямса (1968), медаль ВАСХНИЛ имени Вавилова (1971).
- ↑ Номера золотых медалей ВДНХ СССР: 2441, 2807, 3452, 4040; номера серебряных медалей: 3286, 5234, 5545, 16883, 17344, 171676.
- ↑ Указ Президиума Верховного Совета Азербайджанской ССР "O награждении т. Расизаде Ш.А. почётной грамотой Верховного Совета Азербайджанской ССР" от 28 декабря 1976 года. = "Ведомости Верховного Совета Азербайджанской ССР" (Баку), 1977, № 1, статья 36; Указ Президиума Верховного Совета Азербайджанской ССР "O награждении т. Расизаде Ш.А. почётной грамотой Верховного Совета Азербайджанской ССР" от 28 декабря 1986 года. = "Ведомости Верховного Совета Азербайджанской ССР" (Баку), 1987, № 1, статья 52.
- ↑ Указ Президиума Верховного Совета СССР о присвоении почётного звания "Заслуженный работник сельского хозяйства СССР" работникам агропромышленного комплекса Азербайджанской ССР от 21 апреля 1983 года: Расизаде Шамилю Алиевичу. = "Известия" (Москва), 23.IV.1983.
Biblioqrafiya
redaktə- Elmi monoqrafiyalar
- Ш.А.Расизаде. Чистокровное коннозаводство в Азербайджане. Государственное издательство сельскохозяйственной литературы, Москва, 1959, 216 стр.
- Ш.А.Расизаде, А.Б.Манучаров, В.Е.Быстрицкий. Качественное улучшение скотоводства и создание кавказской бурой породы скота в Азербайджане. Издательство Азернешр, Баку, 1962, 352 стр.
- Ш.А.Расизаде. Культура высокогорного скотоводства. Издательство Колос, Москва, 1969, 193 стр.
- Ш.А.Расизаде. Выведение тонкорунной кавказской породы овец-мериносов в Азербайджане. Издательство Колос, Москва, 1973, 264 стр.
- Ш.А.Расизаде. Развитие животноводства в Советском Азербайджане в 1946–1984 годах. Издательство Азернешр, Баку, 1988, 503 стр.
- Seçilmiş məqalələr, məruzələr və kollektiv əsərlərdə bölmələr
- Сельскохозяйственная энциклопедия (член редакционной коллегии Ш.А.Расизаде), 4-е издание в 6 томах. Издательство Советская Энциклопедия, Москва, 1969–1975.
- Выступление т. Расизаде Ш.А. = XXIX съезд Компартии Азербайджана (1976 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1977, стр.166–173.
- Выступление т. Расизаде Ш.А. = XXX съезд Компартии Азербайджана (1981 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1982, стр.98–103.
- Ш.А.Расизаде (член ЦК КП Азербайджана). Избавить сельского труженика от пут местных органов. = "Партийная жизнь" (Москва), февраль 1972, № 3, стр.58–69.
- Ш.А.Расизаде. Вопросы селекции зерновых для засушливых степей Азербайджана. = "Вестник сельскохозяйственной науки" (Москва), 1978, № 7, стр.53–70.
- Ш.А.Расизаде. Что мы видели в Узбекистане. = "Коммунист Азербайджана" (Баку), ноябрь 1979, № 11, стр.63–77.
- В.О.Витт. Практика и теория чистокровного коннозаводства (раздел о восстановлении карабахской породы). Государственное издательство сельскохозяйственной литературы, Москва, 1957, 272 стр.
- Bioqrafik mənbələr
- Расизаде, Шамиль Алиевич. = Лауреаты высших премий ВАСХНИЛ. Издательство Колос, Москва, 1986, стр.175.
- Расизаде, Шамиль Алиевич. = Сельскохозяйственная энциклопедия (4-е издание), V том. Издательство Советская Энциклопедия, Москва, 1974, стр.258.
- Расизаде, Шамиль Алиевич. = Депутаты Верховного Совета Азербайджанской ССР шестого созыва. Издательство Азернешр, Баку, 1963, стр.278.
- Расизаде, Шамиль Алиевич. = Депутаты Верховного Совета Азербайджанской ССР седьмого созыва. Издательство Азернешр, Баку, 1968, стр.279.
- Расизаде, Шамиль Алиевич. = Депутаты Верховного Совета Азербайджанской ССР восьмого созыва. Издательство Азернешр, Баку, 1971, стр.283.
- Расизаде, Шамиль Алиевич. = Депутаты Верховного Совета Азербайджанской ССР девятого созыва. Издательство Азернешр, Баку, 1975, стр.286.
- Расизаде, Шамиль Алиевич. = Депутаты Верховного Совета Азербайджанской ССР десятого созыва. Издательство Азернешр, Баку, 1980, стр.289.
- Rasizade, Shamil Alievich. = Who is who in socialist countries: a biographical encyclopedia of 10,000 leading personalities in 16 communist countries (compiled by B.Lewytzkyj and J.Stroynowski). Verlag Dokumentation Sauer, München, 1978, page 495.
Qalereya
redaktə-
AKP MK kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində (Bakı 1961)
-
Şamil Rasizadə 1978-ci ildə onun SSRİ Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi şərəfinə Moskvadaki Azərbaycan SSR daimi nümayəndəliyində verilmiş qəbulda
-
Şamil Rasizadə təqaüdə çıxdıqdan sonra ona Heydər Əliyev tərəfindən verilən Kommunist küçəsindəki mənzilində (Bakı 1985)